Mingəçevirdə Kür çayına tonlarla çirkab axıdılır: MUXTAR BABAYEVİN DAHA BİR DƏHŞƏTLİ "EKOTERROR"U İFŞA EDİLDİ (VİDEO)

Mingəçevirdə Kür çayına tonlarla çirkab axıdılır: MUXTAR BABAYEVİN DAHA BİR DƏHŞƏTLİ
7NEWS.az xəbər verir ki, bu barədə internet-media ekspert, QHT sədri Səbuhi Abbasov məlumat verib: "Əziz dostlar, çox xahiş edirəm videoya sona qədər baxın, yazını oxuyun və paylaşın!

Ekologiya naziri Muxtar Babayev Söyüdlüdən daha dəhşətli ekoterroru Mingəçevirdə reallaşdırmaqdadır. Məsələ burasındadır ki, "Sədərək Yusif" kimi tanınan iş adamına məxsus "İnci" restoranı qeyri-qanuni olaraq Kür çayının üzərində, dəmir konstruksiya üzərində qurulub. Gün ərzində restoranın tualetindən Kür çayına tonlarla çirkab axıdılır. Məsələ burasındadır ki, bu çirkab Kür çayını bataqlığa çevirir, eyni zamanda, içməli suyu birbaşa zəhərləyir. Məsələnin ciddiliyi odur ki, Kür çayı təkcə Mingəçeviri yox, ölkənin böyük bir hissəsini içməli su ilə təchiz edir. Yəni bu çirkab suları Muxtar Babayevin sayəsində hər birimizin evinə qədər gəlib çıxır. İkinci ən böyük təhlükə odur ki, çirkab balıqlarla yanaşı nadir quşların da kütləvi qırəlmasına səbəb olur. Videoda bunları da görə bilərsiniz. Bir ay öncə Muxtar Babayevin Mingəçevirə təyin etdiyi yeni idarə rəisi Asif Məcidov "İnci" restoranını tasa oturdub və protokolda çirkabı "cuzi çirklənmə" adı ilə qeyd edib. Yeni rəislə bağlı isə redaksiyamıza dəhşətli məlumat göndərilib. Belə ki, məlumatda iddia olunur ki, Asif Məcidov rəis vəzifəsinə təyin olunmaq üşün nazir müavini Vüqar Kərimova və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə 70 min manat rüşvət verib. Məhz bu səbəbdən təyinatının ilk günlərində bütün obyektlər, meşə terrorçuları aylıq tasa "otuzdurulublar". Nazir, müavini və xidmət rəisi nazirliyin bütün ştatlarını açıq satışa çıxarıblar, bu ayrı mövzudur və dəqiqləşmə tələb edir. Lənkərana yeni təyin olunan idarə rəisindən isə daha böhük məbləğ alınıb. Təbii ki, bu iddilar dəqiqləşdiriləndən sonra saytımızda dərc ediləcək.

Dəqiqləşən odur ki, "İnci" kimi rüstoranlardan Kür çayına axıdılar yüz tonlarla çirkab hər birimizin evinə qədər gəlib çatır.

Bu birbaşa Prezident İlham Əliyevə xəyanətdir. Bu mənada başda cənab prezident olmaqla, bütün aidiyyatı qurumlara müraciət edirəm, "ekoloji terror"u birlikdə dayandıraq. Muxtar Babayev ölkənin faunasını, florasını elə günə qoyub ki, zatən bərpasına azı 50-100 il lazım olacaq. Onsuz da qıt olan su ehtiyatlarımız bu təxribata görə daha da kritik durumda olacaq. İndi də həqiqətləri olduğu kimi Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmaq lazımdır. Mingəçevirdə, Kür çayında ekoloji böhran pik həddə çatıb.

Söyüdlüdə yalnız bir kəndin əhalisinin həyatı təhlükədə idi, Kür çayında baş verənlər isə bütün xalqımızın həyatını zəhərləyir..." 
 

Xəbər lenti