Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
14 Mart 2024, 11:46
14 Mart
2024
11:46
147
Ermənistanın tarix boyunca forpostu olduğu Rusiyadan tam üz döndərmək, bu dəfə Qərbin Cənubi Qafqazdakı forpostuna çevrilmək siyasəti ona heç şübhəsiz ki, ucuz başa gəlməyəcək. Kremlin bu tip davranan İrəvanla çox sərt davranacağı bəllidir. Ancaq maraqlıdır ki, Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir və artıq konkret addımlar atmağa hazırlaşır. Paşinyan martın 12-də bildirdi ki, KTMT-dən çıxmağa hazırlaşırlar.
Habelə Nikol bəyan edib ki, Ermənistan sərhədçiləri avqustun 1-dən Zvartnots hava limanında müstəqil xidmətə başlayacaq. Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən Zvartnots hava limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər. "Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi Zvartnots hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Qriqoryanın demişdi ki, Zvarnots hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir. Onun ardınca Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, Zvartnotsda rus sərhədçiləri ilə bağlı Ermənistanın qərarı rəsmi şəkildə çatdırılmayıb. Ermənistanın müstəqilliyi tarixində onun hava limanıı sərhədlərini Rusiya sərhədçiləri qoruyub. Faktiki olaraq indi İrəvan Rusiyanı ərazisindən qovur. Buna Kreml hansı cür reaksiya verəcək? İrəvanı cəzalandırmaq üçün hansı mexanizmlər işə salına bilər və bu, bölgədəki duruma necə təsir göstərə bilər? Azərbaycanın bu prosesdə marağı nədir? Əgər Ermənistan qarışarsa, sülh prosesi də pozulacaqmı?
Elşən Musayev: "Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Avropanın Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən açmaq niyyətində olduğunu bildirdi: "Əlbəttə ki, Zvartnotsla bağlı Ermənistan tərəfinin ard-arda verdiyi bəyanatlar elə-belə məsələ deyil. Bu, Rusiyaya qarşı açıq demarş deməkdir və hesab edirəm, cavabı da çox ağır olacaq. Hətta artıq bunun ilkin işartıları belə var. Məsələn, Peskovun açıqlamasına diqqət edin: "Ermənistan müstəqil olduğu dövrdən etibarən onun hava limanı sərhədlərini həmişə Rusiya qoruyub”. Yəni siz heç bir zaman özbaşına qərar verməmisiz, həmişə bizdən asılı, bizim sərhədçilərə möhtac olmusuz.
Yaxşı bəs məsələ nədir? Məsələ budur ki, Qərb, konkret olaraq Amerika və Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir. Üstəlik, hər gün fərqli istiqamətlərə yönələn, yerində qərar tuta bilməyən, kvartalda bir dəfə qucaq dəyişən Ermənistan hakimiyyətinin də bu məsələdə həvəsli görünməyi Qərbin növbəti provokasiya planları üzərində işləməsini sürətləndirir. Bilmirəm, Avropa Paşinyana nə söz verib. Amma o söz hər nədirsə, Ukraynaya veriləndən daha artıq deyil. Ola bilməz. Buna dəqiq əminəm. Ona görə də Ermənistanın Zvartnots və KTMT ilə başlayan həmlələri, Rusiyanı kəskin şəkildə qıcıqlandırması təbii ki, cavabsız qalmayacaq. Putin komandası bu qəfil üzdöndərməni Ermənistana bağışlamayacaq və Paşinyanın başı çox ciddi şəkildə ağrıyacaq. Ya da belə deyək: bu xəmir hələ çox su aparacaq.
Ermənistan həqiqətən bədbəxt ölkədir. O anlamda ki, nə müstəqil siyasəti var, nə sabit mövqeyi, nə də praqmatik lideri. Ermənistanı xüsusən son 30 ildə idarə edənlər hər şeyi qatıb qarışdırıblar, ölkəni böyrü üstə qoyublar. Paşinyan isə məlum tənəzzülü tam kulminasiya nöqtəsinə çatdırıb. Halbuki bu adam zamanında sülh müqaviləsinin imzalanması üçün yetərli cəhdlər etsəydi, verdiyi sözləri tutsaydı, bölgədə normal münasibətlərin bərqərar olması üçün çalışsaydı, indi vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. Paşinyan niyə bu günə qaldı? Çünki müharibədəki uğursuzluğundan dərs çıxarmadı. Sadəcə, hakimiyyətini qorumaq haqda düşündü. Zaman udmağa çalışdı. Fransanın sözü ilə oturub-durmaqla, dəxlisiz bəyanatlar verməklə, Avropaya ən uğursuz məqamda sığınmaqla çox mənasız və məzmunsuz bir siyasi xətt, istiqamət götürdü. Götürdü və batdı. Və bundan sonra da bata-bata gedəcək".
Rusif Məmmədsoy: "İki ölkə arasında hazırda baş verənlər bizim üçün məqbuldur”
Politoloq Rusif Məmmədsoy gedən proseslərin tam olaraq Azərbaycanın xeyrinə cərəyan etdiyini söylədi: "Əvvəla, onu qeyd edim ki, Rusiya ilə Ermənistan arasında problemlərin olmasından və ya bu problemlərin genişlənməsindən narahat olmaq lazım deyil. İki ölkə arasında hazırda baş verənlər bizim üçün məqbuldur. Ermənistanın bu gün sərgiləmiş olduğu ritorikaya gəlincə isə bu məsələ ilə bağlı xeyli qaranlıq məqamlar da mövcuddur. Məsələn, hazırda bəyanatlar səslənsə də, real addımlar görmürük. Nikol Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi Zvartnots hava limanında erməni hərbçilərin rus sərhədçilərini əvəz etməlidir açıqlamaları hələ o demək deyil ki, Rusiyadan imtina edə biləcəklər. Əvvəla, bəzi iddialara görə, Avropa İttifaqı Ermənistana söz verib ki, Gürcüstan kimi Ermənistan vətəndaşlarına da vizasız gediş-gəliş imkanı yaradılacaq. Lakin şərt kimi də hava limanında rus sərhədçilərinin göndərilməsi qoyulub. Hər halda, bütün bunlar hələ ki iddiadır. Yəni istənilən halda Ermənistanın Rusiyadan belə asanlıqla imtina etməsi deyil. Tutaq ki, ruslar Zvartnotsdan getdi, bəs Türkiyə və İranla sərhəddə kim dayanacaq? Ermənistanın bunun üçün potensialı varmı? Bunlar açıq qalan suallardır. Nikol Paşinyanın iddiaları da absurddur. Məsələn, Nikol deyir ki, biz KTMT-dən çıxırıq, Avrasiya İttifaqından isə yox. Təbii ki, bu açıqlama özü-özlüyündə qüsurludur. Rusiya buna imkan verərmi? Təbii ki, yox. Sergey Lavrov Antalyada, ardınca isə Mariya Zaxarova Ermənistanla bağlı sərt açıqlamalar verdilər və sual verdilər ki, bizimləsən, ya yox. Yəni qərar verməlisən. Rusiya özü də Ermənistanla bağlı qəti addımlar atmır. Bunu şərtləndirən amillər də kifayət qədərdir. Rusiya istəsə, Ermənistana qarşı ciddi təsir və təzyiq metodlarından istifadə edə bilər. Ermənistanın birmənalı şəkildə Rusiyadan enerji asılılığı var. Bundan əlavə, Ermənistan mallarını ölkəyə buraxmazsa, İrəvanda ciddi proseslərin şahidi ola bilərik, lakin etmir. Ona görə etmir ki, Paşinyan bundan ciddi şəkildə istifadə edərək anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirəcək. Amma sadəcə, bununla bitmir. Hazırda Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti ona qarşı sanksiyalarla nəticələnib. Bu sanksiyalar onu alternativ yollarla bazarlara çıxmaq kimi məcburiyyətlər qarşısında qoyub. Rusiyanın sanksiyalardan yayınmasında müstəsna rol oynayan ölkə isə Ermənistanın elə özüdür. Bütün bunları göz önünə aldıqda bu proseslərdə tərəflərin səmimi, yoxsa ssenari oynadıqları ilə bağlı da suallar yaranmış olur. Hər bir halda əgər Ermənistan həqiqətən də Qərbi bölgəyə gətirmək eşqinə düşərsə və buna real addımlarla şərait yaradarsa, Rusiyanın bir çox müstəvidə müdaxiləsini izləyə bilərik ki, Ukraynada aparılan savaş da buna mane ola bilməz”.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib