Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
26 Aprel 2024, 15:17
26 Aprel
2024
15:17
14
Avropa Parlamentinin qətnaməsi ilə ABŞ Dövlət Departamentinin hesabatının eyni günə, hətta eyni saata təsadüf etməsi onun göstəricisidir ki, artıq Azərbaycana qarşı sərgilənən qərəzli fəaliyyət sinxron fazaya keçib. Yəni, məlum şəbəkə əlbirdir, koordinasiya halındadır və bir düymə basımında hamıya oxşar tezislər ötürülür. Belə riyakarlığın isə indiyə qədər nəinki analoqu, heç ataloqu da olmayıb!
Başlayaq ABŞ-dan. İnsan hüquqları və Amerika! Yada ilk nə düşür? Əlbət, qaradərililər. Sonra? Nüvə silahına görə Səddamı qətl edən ölkənin bəşəriyyət tarixində ilk və son dəfə həmin nüvədən istifadəsi. Sonra? Rəngli inqilablar. Soros. Fətullah. Sonra? Bin Laden mifi. "İŞİD”in ştatlı əsgərlərdən ibarət ordusu. Qəddafinin linçi. Sonra? Mixail Saakaşvili, Sergey Tixonovskiy, Aleksandr Navalnıy kimi siyasətçilərin "təkər”ə salınması, xərclənməsi, bada verilməsi. Sonra? Ukraynanın oyuna gətirilməsi və onun az qala bir dövlət kimi məhv olma perspektivinə sürüklən(diril)məsi. Sonra? Siyasi rəqiblərə qarşı dözümsüzlük, etirazçıların günün günorta çağı + küçənin tən ortasında öldürülməsi, seçkilərin saxtalaşdırılması...
Əlqərəz, bitmir və bitməyəcək bu "sonra”lar. Üstəlik, absurdluğun zirvə nöqtəsi bilirsinizmi nədir? – Bəzi ştatlarında hələ də ölüm hökmünü cəza növü kimi saxlayan, onu feodal təfəkkürü ilə ən ağır formada (məsələn, elektrik stuluna bağlanmaqla) icra edən Amerika bu gün bizə insan hüquqlarından moizə oxumağa çalışır, hansısa avantüristin, ya da avantüristlərin təxəyyül məhsulu olan "siyasi məhbus” siyahısını təqdim edir, özünü "Tereza ana” kimi aparır...
Eləcə də Avropa. Dünən 474 nəfərlik səs çoxluğu ilə əleyhimizə qətnamə qəbul edib. Hərgah, inanın, tam səmimiyyətlə və sırf öz payıma deyirəm: Əgər həmin 474 nəfərin çox yox, 74 nəfəri qətnamənin mətnindən ümumiyyətlə xəbərdardırsa, mənim üzümə lənət! Yoxdur xəbərləri! Vallah-billah yoxdur. Lağ-lağı məkanına, "kargüzarlar klubu”na döndəriblər, Avropa Parlamentini. Makron kimi siyasi provokatorların, müxtəlif təyinatlı lobbilərin "mətbuat xidməti”nə çeviriblər, o boyda tribunanı. Səsvermədən öncə mobil telefonlarına hansı düyməni basmağın əmri gəlirsə onu da basırlar. 3-5 dövlətin riya və qərəz dolu maraqlarını təmin etmək üçün kom şəklində ləbbeyk olublar, hamısı...
Zori Balayan öz kitabında yazırdı ki, 5 yaşlı azərbaycanlı qızı diri-diri torpağa basdırmaqdan aldığım ləzzəti heç yerdə almamışam. 30 il boyunca bu canişin barədə sanksiya tətbiq etmək heç ağlınıza gəldimi? Bir dəfə "İnterpol”a sorğu göndərdinizmi ki, Xocalı cəlladları haradadır, onlar 3-cü dövlətlər üzərindən bütün dünyanı rahat-rahat necə gəzə bilirlər? Fransa nümayəndə heyətinin üzvlərindən təsadüfən də olsa soruşdunuzmu ki, siz axı fransızsız, niyə özünüzü erməni kimi aparırsız? Tural Sadıqlı kimi binamusları əlinizdə "siyasi siğə” ilə saxladığınızda, belələrinin ekstradisiyasına əngəl yaratdığınızda düşündünüzmü ki, həmin yaramazları, tərbiyəsizləri, əxlaqsızları bəsləmək nəinki hüquq, nəinki demokratiya, elə insanlığın öz adına da ləkədir?
Yox, əlbət!
Çünki siz insan hüquqları deyərkən Balayanların "ləzzət”, Turalların təhqir, Makronların təxribat hüququnu nəzərdə tutursunuz.
Çünki sizin qarnınızın ağrısı başqadır.
Çünki sizi narahat, məyus edən əsas səbəb Azərbaycanın gücüdür, İlham Əliyevin öz ideyalarından, prinsiplərindən dönməzliyidir, Qarabağdakı qələbəmizdir, gecindən də olsa delimitasiya prosesinin başlamasıdır və nəhayət: Avropanın həmin prosesdə "ofsayd” qalmasıdır!
Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib