Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV

Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV
"Mingəçevir əhalisi hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olubdur.”

 

Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert, Mingəçevir şəhər ziyalısı Səbuhi Abbasov deyib: "Mingəçevir şəhərinin əhalisi hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olubdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra şəhərimizə diqqət, qayğı artmış, inkişafı üçün müxtəlif proqramlar qəbul edilmişdir. Dünyanın ən gözəl şəhərinə olan bu xoş münasibət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz cənab Prezidentin tapşırıqları, sərəncamları nəticəsində şəhərimiz ölkənin sənaye, turizm və idman mərkəzinə çevrilməkdədir. Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına rəhbər təyin edilməsi bu sahədə olduqca ciddi canlanmaya səbəb oldu. Mingəçevir şəhəri yenidən idman, ələxsus da avarçəkmə üzrə imicini özünə qaytardı. Mingəçevir şəhəri həm də qəhrəmanlar diyarıdır. Həm aprel, həm 44 günlük, həm 1 günlük qələbə savaşlarında şəhərimizin yetmişə yaxın igid oğlu şəhidlik zirvəsinə, onlarla igidimiz qazilik məqamına ucalmışdılar. Ali Baş Komandanın verdiyi əmrləri icra etmək Mingəçevir gəncləri üçün hər zaman şərəf, ləyaqət etalonu olubdur. Mən qətiyyətlə deyə bilərəm ki, bu seçkilərdə də Mingəçevir əhalisi birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyəcəklər. İnsanlar öz aralarında deyirlər ki, bu seçkilər həm də Ali Baş Komandana təşəkkür imkanıdır. Bəli, bu, dünya ilə üz-üzə gələrək Qarabağı azad edən bir liderə, Ali Baş Komandana təşəkkür, ehtiram, sədaqət göstərmək imkanıdır. Cənab Prezident bu seçkilərdə qələbə qazanacaq və şəhərimizə olan diqqət və qayğını bundan sonra da davam etdirəcəkdir. Hər kəs gözəl bilir ki, bu gün Mingəçevir şəhərinin ən böyük problemləri işsizlik, istismar müddəti bitmiş binalar və istilik məsələləridir. Əminəm ki, 2024-cü il şəhərimiz bu problemlərdən də azad olacaq və Cənab Prezidentlə birlikə Kürün sahilində yaradılacaq "Zəfər seyrangahı”nın açılışında iştirak edəcəyik.”

Xəbər lenti