Mingəçevirdə şəhər İcra Hakimiyyəti başçısının məzunlarla görüşü keçirildi
18 Avqust 2021, 17:55
18 Avqust
2021
17:55
838
Təhsil sahəsi hər zaman dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olmuş və artıq bu diqqət və qayğının bəhrəsini hər birimiz görməkdəyik. Dünya bilik olimpiyadalarında şagirdlərimizin qızıl medal qazanması artıq bizə təəccüblü gəlmir, dünyanın ən prestijli universitetlərinə azərbaycanlı tələbələrin qəbulu isə adi hala çevrilib. Azərbaycanın universitetləri də inkişaf səviyyəsinə görə dünyanın aparıcı təhsil ocaqlarından geri qalmır, hətta bir çox hallarda onlarla fəal əməkdaşlıq şəraitində ayaqlaşmağa müvəffəq olurlar.
Mingəçevir şəhəri ənənəvi olaraq təhsildə əldə olunan nailiyyətlərlə daim respublika səviyyəsində ön sıralarda dayanmış və bu ənənə bu gün də davam etməkdədir. Görünən odur ki, Mingəçevir şəhərinin rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin təhsil ilə bağlı verdiyi tövsiyələri rəhbər tutaraq hər zaman bu sahəni öz diqqətində saxlayır. Təsadüfi deyil ki, pandemiya şəraiti ilə bağlı məktəblərin müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərməsinə baxmayaraq mingəçevirli məzunların göstəriciləri əvvəlki illə müqayisədə yüksəlmişdir. Belə ki, keçən tədris ilində şəhər üzrə 600 bal toplayanaların sayı 24 nəfər idisə, bu il bu göstərici 35 nəfər, keçən il 9-cu sinifi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 55 nəfər idisə, bu il bu rəqəm 86 nəfər, keçən il 11-ci sinifi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 27 nəfər idisə, bu il bu rəqəm 51 nəfər olub və bu təhsil sahəsində olan inkişafın bariz göstəricisi hesab oluna bilər.
Ənənəyə sadiq qalan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərlə görüş keçirməsi, onları şəxsən təbrik etməsi, valideyin və müəllimlərinə gözaydınlığı verməsi gələcək tələbələrin hədsiz sevincinə səbəb olmuşdu. Şəhər rəhbərinin bu diqqəti təhsil ictimaiyyəti üçün əlavə stimul rolunu oynayır, onların məsuliyyətini daha da artırır desək heç də yanılmarıq.
Məzunlarla görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun gözlərində mingəçevirli şagirdlərin uğurlarından hasil olan sevinc açıq oxunurdu. Şəhər rəhbəri qürurla çıxışının əvvəlində "Mingəçevir şəhərində təhsil sahəsində əldə edilən uğurların əsas səbəbi dövlət rəhbəri cənab Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən qayğı və qulluq, həmçinin, müəllimlərin fədakar əməyidir” söylədi və əlavə etdi ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olmasaydı, bəlkə də, bizim bu nailiyyətlər əldə olunmayacaqdı. Onun sözlərinə görə, şəhər ərazisində təhsilin maddi texniki bazasının gücləndirilməsi, şəhər məktəblərinin demək olar ki, əksəriyyətinin əsaslı təmir olunaraq ən müasir avadanlıqlarla təchiz olunması məktəblilərimizin təhsil səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynamışdır. "Cari il ərzində şəhərimizdəki 13 nömrəli məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq ən yüksək səviyyədə təchiz olundunmuş, eyni zamanda, hazırda dövlət büdcəsi hesabına 12 nömrəli məktəb və İnteqrasiya təlimli internat tipli gimnaziyanın da əsaslı təmiri həyata keçirilməkdədir”- deyə İlham İsmayılov bildirdi. Bundan sonra şəhər rəhbəri tədbirdə iştirak edən təhsil işçilərinə müraciət edərək dövlət başçısının bu qayğısının böyük bir məsuliyyət olduğunu bir daha diqqətə çatdırdı və onları yeni-yeni hədəflərə nail olmaq üçün ruhlandırdığını vurğuladı.
Tədbirdə iştirak edən şəhər ziyalıları, ictimaiyyətin fəal nümayəndələri məzunları təbrik etdilər və onlara gələcək həyatlarında uğurlar arzuladılar. Səmimi şəraitdə keçən görüşdə İcra Hakimiyyətinin başçısı məzunların arzu, istək və təkliflərini dinlədi, onları maraqlandıran sualları bir-bir cavablandırdı.
Sonda İlham İsmayılov yüksək bal toplayan məzunlara hədiyyələr təqdim etdi və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV