"MEDİAlab” layihəsi çərçivəsində təşkil ediləcək ilk seminara qeydiyyat başladı!

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən "MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün xarici ekspert Tatyana Ravalli tərəfindən "Rəqəmsal "storytelling”: Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda seminar keçiriləcəkdir.

15 aprel 2023
Saat: 12:30-13:30
ADA Universiteti, B korpusu, Məclis otağı

Seminarda iştirak etmək istəyənlər:
 
 https://media.gov.az/fealiyyet/layiheler/MEDAlab-layihesi/

Xəbər lenti