InvestAZ şirkətində “Heydər Əliyev İli” çərçivəsində mühüm tədbir həyata keçirildi: YENİ YATIRIMLARLA BİRGƏ İNKİŞAF EDƏK!
24 İyun 2023, 10:49
24 İyun
2023
10:49
376
23 iyun 2023-cü il tarixində InvestAZ şirkətinin yeni ofisində "Yeni yatırımlarla birgə inkişaf edək” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankın Baş Direktoru Əli Əhmədov, Milli Məclisin deputatları, ölkənin ən iri investisiya şirkətlərinin rəhbər nümayəndələri, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndəli iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajı film təqdim edilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, 2023-cü il - "Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün həyata keçirdiyi islahatlar, respublikanın sosial-iqtisadi, elmi-texniki potensialından istifadə edilməsi istiqamətində gördüyü işlərdən bəhs olunub. Daha sonra bu məqsədlə "Heydər Əliyev 100 il guşəsi”nin açılışı həyata keçirilib. İki istiqamətdə keçirilmiş tədbirin birinci istiqaməti "Heydər Əliyev - 100 il və iqtisadi islahatlar irsi” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan InvestAZ şirkətinin rəhbəri Elşən Quliyev sözügedən mövzusun müzakirəsinin iqtisadi proseslərə mühüm təkan verəcəyini deyib: "Mərkəzi Bankın tabeliyində olan xüsusi notlar var və bu notlar uzun illərdir bazarda fəaliyyət göstərir. Bu notların ən böyük özəlliyi odur ki, likvid alətdir və Bakı Fond Birjası tərəfindən satılır. Alıcı bu notları neçə gün tutursa faizlər Mərkəzi Bank tərəfindən ödəyir. Bu il aprel ayından etibarən Mərkəzi Bank ilk dəfə bu notları həm də, hüquqi şəxslərə likvid alətlərdən istifadə etməklə satışına icazə verdi. İstənilən hüquqi şəxs bizim kimi investisiya şirkətlərindən hesab açmaqla alqı-satqı həyata keçirə bilərlər. Mərkəzi Bank da öz növbəsində investisiya şirkətlərindən bunu tanıtımını istədi. Məhz bu zərurətdən doğaraq biz bu gün bu tədbiri həyata keçiririk. Bu bizim yeni ofisimizdir, imkanlarımız genişdir. Yeni ofisimizdə "Heydər Əliyev 100 il guşəsi”ni yaratmaqda məqsədimiz Ulu Öndərin əziz xatirəsinin daim yad edilməsi, onun ölkəmizin davamlı iqtisadi inkişafına verdiyi tövhənin hər zaman xatirimizdə yaşatmaqdan ibarətdir."
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin mühüm əhəmiyyətə malik olduğunu dedi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda qazandığımız qələbə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, eyni zamanda, qazilərimizə şəfa diləyirəm. Bu gün dövlətimiz onlara hərtərəfli qayğı göstərir. Bu qələbə bizə Qarağamızı qaytardı. Bu gün Qarabağda gedən surətli yenidənqurma işləri bütövlükdə ölkə iqtisadiyyatına mühüm tövhə verməkdədir. Burada, eyni zamanda, özəl qurumların rəhbərləri iştirak edirlər, hesab bu kommunikasiya üçün gözəl imkanlar yaradır."
Daha sonra millət vəkili Rüfət Quliyev çıxış edərək Ulu Öndərin gəlişinə qədər ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğunu dedi: "Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdandan sonra ölkəmizin iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. O zamanlar dövlət büdcəsi 200 milyonu keçə bilmirdi. İndi isə bu rəqəm 20 milyard ABŞ dollarından çoxdur. Bu həm də əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərir"
Daha sonra tədbir ikinci mövzu üzrə öz işini davam etdirib. "Azərbaycan Respublikasının Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı” adlı mövzusu üzə müzakirələr keçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ilin aprel ayından başlayaraq Mərkəzi Bankın emissiya etdiyi notların müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib. InvestAZ şirkəti bu təşəbbüsü yüksək həvəslə dəstəkləyir və bununla da investor bazasının genişləndirilməsi ideyasını inkişaf etdirmək istəyir. Bu yeni imkan Mərkəzi Bankın likvidliyin effektiv idarə olunmasında rolunu artırmaqla yanaşı, hüquqi şəxslərə də yeni investisiya alətlərinə yatırım fürsətləri təqdim etməkdədir.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV