Brüssel SEPAH-ı terrorçu təşkilat kimi tanımağa qorxdu
08 Fevral 2023, 11:19
08 Fevral
2023
11:19
323
Avropa Yenidənqurma və İnkişaf Bankı 18,5 milyon avro vəsaiti də İran şirkətinə verdi-Avropanın ikiüzlü siyasəti...
Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına salmağa çağırsa da, nə Brüssel, nə də digər Avropa paytaxtları belə qərar qəbul etməyə tələsmir. Avropa İttifaqının xarici işlər naziri Josep Borrel Brüsseldə jurnalistlərə bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması yalnız məhkəmə qərarı ilə ola bilər. "Amma bu məhkəmə də çox güman ki, olmayacaq”, - deyə o bildirib. Avropa Birliyi hələ də o ümidlə yaşayır ki, SEPAH terror təşkilatı kimi tanınarsa, bu, İranı nüvə proqramından əl çəkməyə ciddi əngəl ola bilər.
Bu arada isə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb. "Trend”in açıq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub. Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro Qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir. Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb. Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdırmalıdır. Əks halda, belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu mövzu ətrafında bir sıra suallarla çıxış etdi: "Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistanla İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meqrinin modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün ayırdığı 18, 5 milyon dollarlıq maliyyənin İran şirkətinə həvalə olunması heç cür anlaşılan məsələ deyil. Ələlxüsus da Aİ-nin İrana tətbiq etmiş olduğu sanksiyaları nəzərə alsaq, məlum addım məntiqəuyğunluq kontekstindən tamamilə çıxır. Hə, anladıq, maliyyə Ermənistana ayrılıb və şirkəti tapan, həmin şirkətlə müqaviləni imzalayan tərəf də Ermənistandır. Amma maliyyə kimin cibinə gedəcək, kimlə bölüşdürüləcək, onun xərclənməsi kimin nəzarətində olacaq? Əlbəttə, İranın. Haqqında danışılan İran şirkətinə pulun verilməsi isə heç şübhəsiz ki, Aİ ilə razılaşdırılıb və görünən odur ki, Aİ də buna göz yumub. Fəqət, niyə? İranın cibini doldurub, onların terror əhval-ruhiyyəsini bir az da qaldıracaqsızsa, o zaman sanksiyalar nə idi? "Dovşana qaç, tazıya tut" siyasətidirmi bu?
Bu gün İranın adı gələn yerdə bütün icraatlar donmalıdır. Bu gün İranın terrorçu damğası hər məkanda, hər addımda onun üzünə vurulmalıdır. Bu gün İrana Ermənistan kimi "maliyyə əli” uzadan bütün dövlətlər sorğu-sual edilməli, İranın əli bütün layihələrdən çəkilməlidir. Eyni zamanda bu xainlər, bu qatillər, bu yaramazlar bütün mümkün vasitələrlə ifşa edilməlidir. Ermənistan hazırda başqasının pulu ilə İrana dəstək göstərir, Qərbin, Avropanın maliyyəsini sağa-sola istədiyi kimi xərcləyir, terrorçu dövlətin şirkətinə layihələr verir. Normaldırmı bu? Deyil! Qətiyyən deyil! Hətta bəlkə də anormallığın kulminasiyasıdır.
Bir daha deyirəm: İran da, Ermənistan da mövcud planetdə ən naqis, ən güvənsiz, ən yaramaz dövlətlərdir. İrandan və Ermənistandan o tərəfə rəzillik yoxdur. Bunlar terrorun təşviqediciləri və icraçılarıdır. Onlara süni nəfəs vermək olmaz. Onların birliyinə dəstək vermək olmaz. Onların "maliyyə qazanında” rahat-rahat yemlənməsinə imkan vermək olmaz".
Fikrət Yusifov
Sabiq maliyyə naziri Fikrət Yusifov dünyada ikibaşlı oyunların getdiyi qənaətindədir: "İran İnqilab Keşikçiləri Ordusu, yəni SEPAH-ın terrorçu təşkilat kimi tanınması məsələsində Qərb dairələrində fikir birliyinin olmaması heç kimi təəccübləndirməməlidir. Əgər Qərbin bu və buna bənzər digər məsələlərdə yekdil fikri olsaydı, İran on illər boyu ona tətbiq edilən sanksiyaların məngənəsində çoxdan əzilib bir dövlət kimi məhv olardı. İkibaşlı oyunlar Qərb dairələrinin fəaliyyət proqramında həmişə aparıcı yer tutub. Başqa bir misal. Qərbdə Rusiyaya qarşı sanksiyaların tətbiqində uzun müddət yekdil fikrin olmaması, Rusiyanın Ukraynaya qarşı apardığı dağıdıcı müharibənin uzanmasının başlıca səbəblərindən biridir. Baxın, Ukraynanın altını üstünə çevirən işğalçı müharibədə Qərb Ukraynaya hansısa silahların verilib-verilməməsi üzərində nə qədər müddətdir ki, mübahisələr açıb. Əgər Qərb Ukraynanın Rusiya işğalına son qoymasını ürəkdən istəyirsə, o halda tərəddüd etmədən Ukraynaya onun istədiyi silahları dərhal verməlidir. Bu gün bu məsələdə, sadəcə, Qərbin "eksperiment" keçirdiyi daha inandırıcı görünür. Əgər ruslar Kiyevi vururlarsa, onda nə üçün Ukrayna Moskva və Rusiyanın digər şəhərlərini vura bilməsin? Suallar çoxdur. Böyük siyasət tarix boyu çirkab içində olub, müasir dövrdə isə bu çirkab dərinləşərək eybəcər xarakter alıb. İran neftinə on illərdir ki, sanksiyalar tətbiq olunsa da İran öz neftinin satışını həyata keçirməkdədir. İran sanksiyaların mövcud olduğu bir şəraitdə bunu necə edir? Göydə uçan quşun gözünün rəngini həmən müəyyənləşdirmək imkanında olan aparıcı dövlətlərin xüsusi xidmət orqanları İran neftinin kimə və hansı mexanizmlərlə satıldığından necə xəbərsiz olur? Bütün bunlar bir daha onu deməyə əsas verir ki, böyük siyasət böyük oyun deməkdir - özü də ikili standartlara söykənən ikibaşlı oyun! SEPAH-ın da ətrafında bu gün həmin ikibaşlı oyun gedir..."
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun qənaətinə görə, İranda səfirliyimizə qarşı törədilən qanlı terror əməli bir sıra mühüm amilləri də üzə çıxardı: "Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına salmağa çağırış etsə də, praktiki addımları görmürük. Burada İranı nüvə proqramından çəkindirmək əsas məqsəd kimi görünür. Vyanada keçirilən danışıqlar uğursuzluğa məruz qaldığına görə Avropa İttifaqı İrana qarşı daha sərt addımlara getmir. Sanki vəziyyəti daha da gərginləşdirmək istəmir. Lakin rəsmi Tehranla sərt dildə danışmağın vaxtı çoxdan çatıb. Çünki terrora sponsorluq edən dövlətdən konstruktiv dialoq gözləmək siyasi romantizmə bənzəyir. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırması da rəsmi Tehranın Avropa İttifaqının Ermənistana göndərdiyi emissarlara etiraz bildirməməsi üçündür. Çünki İran çox qəribə tərzdə susmağa üstünlük verdi. Belə çıxır ki, Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyaların hazırkı durumda heç bir anlamı yoxdur və Ermənistan-İran əməkdaşlığına sponsorluq edir”.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV