3-cü “YAŞAT” düşərgəsi davam edir

3-cü “YAŞAT” düşərgəsi davam edir
"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality’’nin tərəfdaşlığı ilə keçirilən 3-cü "YAŞAT” düşərgəsi davam edir.

Düşərgəsinin birinci həftəsinin ilk günündə hoteldaxili əyləncə saatının ardından uşaqlar üçün stolüstü idman oyunları və ferma gəzintisi təşkil olunub. 

İkinci gündə idman saatında əyləncəli vaxt keçirən uşaqlar sonra psixoloqlarla görüşdə iştirak ediblər, həmçinin "Faceart" tədbirinə qoşulublar.

Günün ikinci yarısında "Digital Umbrella" şirkətinin nümayəndələri tərəfindən dizayn düşüncəsi barədə əyləncəli vörkşop gerçəkləşib.

Eyni zamanda Suraxanı Gəmi Muzeyi tərəfindən muzey eksponatlarının nümayişi və ustad dərsi baş tutub.

Günə konsert saatı ilə yekun vurulub.

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;


Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;




Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio.
 




 

Xəbər lenti