Azay Quliyev ATƏT PA-da çağırış etdi: “Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunmalıdır”
15 May 2020, 20:39
15 May
2020
20:39
1516
ATƏT Parlament Assambleyası "COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş katibi Antonio Quterreşin qlobal səviyyədə atəşkəsin bərqərar olunmasına dair çağırışına münasibət bildirib. Azay Quliyev deyib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyir və hesab edir ki, atəşkəs münaqişənin dondurulması və ya status-kvonun gücləndirilməsinə deyil, yalnız münaqişənin həlli məqsədinə xidmət etməlidir. Odur ki, əks tərəfin Baş katibin çağırışını dəstəkləyən bəyanatları həm də yerində və ən əsası danışıqlar masası arxasında real fəaliyyətlə müşayiət olunmalıdır.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, ikinci mühüm məsələ COVID-19 pandemiyası ilə əlaqədar olaraq beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlərin vasitəçilik fəaliyyətinə təsiri ilə bağlıdır: "Hər birimiz nəzərə almalıyıq ki, münaqişənin sürətli eskalasiyasına dair real risklər COVID-19-dan deyil, münaqişənin həlli prosesindəki davamlı durğunluqdan qaynaqlanır. Düşünürəm ki, müvəqqəti beynəlxalq uçuş məhdudiyyətləri beynəlxalq vasitəçilərin mandatlarını icra etmələrinə maneə törətməməlidir. Əksinə, mövcud şərait münaqişədən zərər çəkən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına tam hörmət əsasında münaqişələrin həll olunmasına əlavə təkan verməlidir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün xüsusilə vacibdir”.
Azay Quliyev deyib ki, üçüncü məsələ cari vəziyyətin münaqişədən zərər çəkən ölkələrin əhalisinə təsiri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, COVID-19 qanunsuz güc istifadəsi nəticəsində yaranan vəziyyəti beynəlxalq hüquq normalarına əsasən dövlətlərin qanuni tanımaması öhdəliyinə təsir göstərmir və bu vəziyyətin qorunmasına yardımın ayrılması üçün heç bir səbəb doğurmur: "Həmrəylik çağırışlarına əsaslanaraq, hesab edirəm ki, COVID-19 pandemiyasına qarşı mübarizə siyasiləşdirilməməlidir. Yuxarıda qeyd etdiklərim əsir və girovlarla bağlı vəziyyətə də şamil olunmalıdır”.
ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi xüsusilə koronavirus pandemiyası dönəmində Azərbaycan xalqında ciddi narahatlıq doğurur: "Çox narahatlıqla bildirirəm ki, bu iki azərbaycanlı mülki şəxs 6 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz girov saxlanılır, onların sağlamlıq durumlarını ciddi şəkildə ağırlaşdıran işgəncələrə və qeyri-insani rəftarlara məruz qalır.
Təəssüf ki, Azərbaycanın müvafiq təşəbbüslərinə baxmayaraq Ermənistan hələ də rəsmi Bakının əsir və girovların "hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifinə dürüst ölkəyə xas olmayan şəkildə məhəl qoymur.
Fürsətdən istifadə edib səfir Tuula Yrjöladan xahiş edirəm ki, müvafiq beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq bütün əsir və girovların təhlükəsiz şəkildə geri qaytarılması məsələsini öz fəaliyyəti zamanı daim diqqət mərkəzində saxlasın”.
Azay Quliyev bildirib ki, dövlətlər, beynəlxalq təşkilatlar və bütün digər maraqlı tərəflərin humanitar yardım tədbirləri yalnız humanitar xarakter daşıyır və neytrallıq, qərəzsizlik və münaqişədən zərər çəkən dövlətlərin razılığı prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, eləcə də dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət çərçivəsində həyata keçirilməlidir.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri koronavirus pandemiyasının misilsiz miqyasda yayılmasına və ümumilikdə ictimai qaydaların və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olmasına baxmayaraq martın 31-də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə keçirilən qondarma "seçkilər" məsələsinə də münasibət bildirib. Azay Quliyev deyib ki, məhz bu "seçkilər"dən dərhal sonra işğal edilmiş ərazilərdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb: "Bu, uzaqgörənliyi olmayan siyasətin ictimai səhiyyəyə necə təhlükə yarada biləcəyinin klassik nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz və qondarma "seçkilər” ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla bütün beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə rədd edildi. Bu bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinin siyasi perspektivləri yoxdur və Ermənistan bunu ən tez zamanda anlamalıdır”.
ATƏT PA-nın vitse-prezidenti koronavirus böhranının insan hüquqlarının pozulması üçün sui-istifadə edilməməsinin əhəmiyyətini qeyd edən və beynəlxalq səviyyədə tanınmamış Dağlıq Qarabağ və Abxaziyada keçirilən qondarma "seçkilər
Xəbər lenti
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR