Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi

Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi
8 dekabr 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı Naxçıvanda keçirildi.
Konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada daim baş verən yenilikləri, aktual məsələri müzakirə etmək, region həkimlərinin iştirakına və inkişafına dəstək olmaqdan ibarətdir.
Konfransda "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyin” sədri Ləman İbrahimova çıxış edib.

Beləliklə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm-xadimi, prof. Elmar Qasımov iştirakçıları salamlayaraq konfransı açıq elan edib və Zərifə Əliyevanın zəngin elmi irsinin dünya oftalmologiyasına verdiyi mühüm töhfələrdən, misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolundan geniş bəhs edib.
O, daha sonra Mərkəzin geniş miqyaslı xidmətlərindən, Səyyar Klinikanın bölgələrdəki əhəmiyyətindən və "WETLAB” kurslarının (müasir cərrahiyyə tədrisi laboratoriyasın) rolundan söz açıb.

Eyni zamanda akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin direktor müavini t.e.d. Hicran Namazova, Naxçıvan Muxtar Respublikası Xəstəxanası direktoru Fəhruz Zehirov da konfransda çıxış ediblər.

Konfrans T.e.d. Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d. Yazgül Abdıyeva, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Rəfadar Xəlilov, t.ü.f.d Polad Məhərrəmov, dr. Emin Əlihüseynlinin, dr. Kəmalə Əliyeva moderatorluğu ilə həyata keçirilib.

Konfransda "Oftalmologiyada onkoloji sayıqlıq”, "Eksimer Lazer cərrahiyyəsinin oftalmotonometrik göstəricilərinə təsiri”, "Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı”, "Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı”, "Neft sənayəsi işçilərində göz xəstəlikərinin yayılması və klinik-immonoloji xüsusiyyətləri”, "Azerbaycanda qohum nikahlardan doğulmuş uşaqlarda piqmentli retinit xəstəliyinin xüsusiyyətləri”, "Naxçıvan MR da Diabetik retinopatiyanın yayılma tezliyi” və s. mövzular müzakirə edilib.

Məruzələr t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d. Səbinə Məcidova, dr. Sidiqə Əliyeva, dr. Emin Əlihüseynli, dr. Kəmalə Əliyeva, dr. Araz İbrahimov, dr. Sona İbrahimova, dr. Rəvanə Həsənova, dr. Tərlan Əliyeva tərəfindən diqəttə çatırılıb.

Sonda suallar və təkliflər səsləndirilib.

Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, t.ü.f.d. Abdıyeva Yazgül tərəfindən konfrans haqqında Naxçıvan Televiziyasına müsahibə verildi.
 
 

 
 
 

Xəbər lenti