VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH

02 Oktyabr 2023, 11:28
02 Oktyabr
2023
11:28
126
Beynəlxalq hüququn tələbi bu məsələdə də açıqdır:
İnsanların özünə yaşayış yeri seçmək azadlığına, o cümlədən etnik azlıqların soydaşlarının daha çox sayda yaşadığı ölkəyə köçmək azadlığına müdaxilə edilə bilməz.
Odur ki, Azərbaycan Respublikası Qarabağda qalmaq istəməyən heç bir erməninin Ermənistanda və ya başqa bir ölkədə məskunlaşmaq seçiminə müdaxilə edə, onlara "getmə" deyə bilməz.
Necə ki, ölkəmizdə qalmaq istəyənlərə "qalma" deyə bilmərik.
Bəli, işğal dövründə torpaqlarımızda müharibə cinayəti olaraq qanunsuz məskunlaşdırılanlar şəxsləri- onların sayı on minlərlədir- deportasiya etmək hüququmuz var. Ancaq Azərbaycanda doğulmuş və böyümüş ermənilərin Ermənistana köçünün arxasında məcburiyyət deyil, seçim amili dayanır.
Ermənistan köçənlərin sayını şişirtməklə BMT və beynəlxalq fondlardan "pul sağmaq" istəyir, özləri bilər. Bu prosesin bizim əleyhimizə çevrilməsi hüquq baxımından mümkünsüzdür.
Məsələ bağlı daha aydın təsəvvürə malik olmaq üçün AİHM-nin "Çıraqov Ermənistana qarşı" işini oxumaq lazımdır. Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonundan olan məcburi köçkün Çıraqovun iddiası AİHM tərəfindən ona görə təmin olunmuşdu ki,
- Onun yurdu və mülkiyyəti işğal olunmuşdu;
- İşğal nəticəsində Çıraqov mülkiyyətini itirmiş və onun yaşayış, o cümlədən yaşayış yeri azadlığına müdaxilə olunmuşdu;
- Çıraqovun Azərbaycan Respublikasının vətəndaşı kimi hərəkət azadlğına Ermənistanın himayə etdiyi qeyri-qanuni rejim tərəfindən əngəl törədilirdi.
Bizim üçün məsələ kökündən fərqlidir.
1. Azərbaycan öz ərazilərində dövlət suverenliyini bərpa edib;
2. Suverenliyini bərpa etdiyi ərazidə doğulmuş və böyümüş mülki ermənilərin bütün hüquqlarını, o cümlədən milli və dini azlıqlarla bağlı hüquqlarını tanıyır.
3. Ermənilər bu hüquqların pozulduğunu iddia etmək üçün Azərbaycan Respublikası ilə vətəndaşlıq bağına malik olmalıdırlar.
İnsanların vətəndaşlaşdırılması müasir dünyanın əsas çağırışlarından biridir. Ermənilərin bir qismi vətəndaşlığı olmayan Azərbaycan Respublikasının sakinləri idilər. Həmin sakinlər Azərbaycan Respublikasının qanunlarına tabe olmadıqlarından vətəndaş sayılmırlar. Belə ki, "Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında" konvensiyaya görə, «vətəndaşlığı olmayan şəxs» anlayışı altında heç bir dövlət tərəfindən öz qanununa görə vətəndaş sayılmayan şəxs nəzərdə tutulur.
İndi hərbi xuntanın likvidasiyası ilə həmin şəxslər Qarabağda qalmaq istəyərlərsə, Azərbaycan, ölkəmizdən çıxarlarsa, Ermənistan, yaxud gedəcəkləri üçüncü dövlətlər tərəfindən vətəndaşlaşdırılacaqlar.
Niyə bir qismi deyirəm?
Çünki işğal dövründə Ermənistan və başqa bir dövlətin pasportunu daşıyanlar ikili vətəndaşlıq problemi meydana çıxacağından "Vətəndaşlıq haqqında" AR qanunun 10-cu maddəsinə görə, bizim vətəndaşımız ola bilməzlər.
Yeri gəlmişkən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun bir vacib tələbini də xatırlatmaq istəyirəm. Qanunun 15.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:
"Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm.”
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SİYASƏT
“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM, SOSİAL
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM, SOSİAL
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SİYASƏT
“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
GÜNDƏM, SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir