Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ

19 Sentyabr 2023, 15:07
19 Sentyabr
2023
15:07
43
Rəsmi məlumata əsasən, bu gün - sentyabrın 19-da səhərə yaxın Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsində "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə məxsus yük avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən terror aktının araşdırılması məqsədilə dərhal hadisə yerinə gedən 4 polis əməkdaşı da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində daha bir tank əleyhinə minanın qurbanı olublar.
Bunun ardınca günorta saatlarında Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanmışdır.Terror aktları ilə bağlı Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təcili araşdırmalara başlanılmışdır.
Modern.az-a açıqlama verən Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli deyib ki, çoxsaylı insan ölümünə səbəb olmuş bu hadisələrlə bağlı acı təəssüf doğuran məqamlardan biri odur ki, terror aktları məhz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə baş verib.
"Öncə terror nəticəsində baş vermiş ölüm hadisələrindən böyük kədər hissi keçirdimizi bildirir və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Başqa sözlə, belə anlaşılır ki, sülhməramlılar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir və ya öz funksiyalarına məsuliyyətsiz yanaşırlar. Ona görə də ərazidə nəzarətsiz şəkildə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin və təxribat-diversiya qruplarının fəaliyyəti üçün münbit şərait yaranmışdır. Bu isə öz növbəsində son vaxtlar intensivləşmiş silahlı təxribatlara qarşı daha sərt addımların atılmasını aktuallaşdırır.
Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, Azərbaycan inşaatçıları hər bir çətinliyə sinə gərərək azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə böyük töhfələr verməkdə davam edirlər. Daxili İşlər Nazirliyinin əməkdaşları isə hər zaman olduğu kimi, həyat üçün real təhlükələrdən çəkinməyərək, dislokasiya olunduqları ərazidə nümunəvi xidmət göstərir, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.
Hesab edirəm ki, Ermənistanın havadarlıq etdiyi və təlimatlandırdığı Qarabağdakı qanunsuz silahlı birləşmələr tərəfindən törədilmiş cinayətlər həssas və kövrək sülh prosesinə zərbə vurmaq məqsədi güdür. Ona görə də şübhə yoxdur ki, bu qanlı hadisələrə tezliklə hüquqi qiymət veriləcək və Azərbaycanın humanist təkliflərinə terrorla cavab verən qatillər və bu işdə əli olan bütün digər cinayətkarlar Azərbaycan qanunlarının sərt hokmü ilə layiqli cəzalarını alacaqlar"./Modern.az
Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Alındı, cənab Prezident!
-
GÜNDƏM, SİYASƏT
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
GÜNDƏM, SİYASƏT
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
GÜNDƏM, SİYASƏT
Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
GÜNDƏM, SİYASƏT
“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
GÜNDƏM, SİYASƏT
Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır
-
GÜNDƏM, SİYASƏT
“Qubadın müdafiəsinə qalxan diletant aşpazlar bir məqamı unutmasınlar ki...” – Partiya sədrindən sərt sözlər!
-
GÜNDƏM, SİYASƏT
İrəvan KTMT-də fəaliyyətini dondurur, NATO-ya isə gərək deyil