Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
8 may planetin hansı hissəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar üçün milli faciə - işğal günüdür. Bu gün bu faciəli hadisənin 28-ci ili tamam olur. Əslində, ötən müddətdə Dağlıq Qarabağın mərkəzində yerləşən, tarixi Qarabağ xanlığının siyasi, Azərbaycanın isə musiqi, mədəniyyət paytaxtı, yer üzünün cənnəti olan bu kiçik şəhərin necə, kimin günahı, cinayəti ucbatından itirildiyi dəfələrlə müzakirə olunub, yazılıb, canlı debatlar, məhkəmə proseslərinin mövzusu olub. Deyiləcək yeni bir söz yoxdur.
Əlimizdə qalan işğalın acı statistikasıdır. Şuşada dağıdılıb talan edilən 279 dini, tarixi-mədəniyyət abidəsi, o cümlədən Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, eləcə də 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, səkkiz mədəniyyət evi, dörd texnikum, iki institut filialı, yeddi uşaq bağçası, dörd kinoteatr, beş mədəniyyət və istirahət parkı, iki sanatoriya, turist bazası, iki mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi olub.
Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və sair abidələr Şuşada itirdiyimiz maddi-mədəniyyət xəzinələridir.
Və əlbəttə ki, Şuşanın işğalı ilə ev-eşiyini itirən 25 min azərbaycanlı... Şuşa digər azərbaycanlılar üçün vətənin bir parçası idisə, onlar üçün ev, doğma şəhər, tanış küçə, ata-baba torpağı, əzizlərin məzarı demək idi.
Şuşanın işğalı hər bir azərbaycanlını həm də ona görə yandırır ki, 18-ci əsrin ortalarında iqamətgahını Bayat qalasından dağlar qoynunda, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Şuşaya köçürən Pənahəli xanın əsas hədəflərindən biri də şəhəri daha yaxşı müdafiə etmək, düşmən hücumu qarşısında qorumaq imkanını yüksəltmək idi. Buna görə də hər bir azərbaycanlının şüurunda Şuşa alınmaz qala, Qarabağın simvolu idi.
Və bu səbəbdən azərbaycanlılar hələ də Şuşa haqqında "verilib”, "xəyanət qurbanı” ifadəsi işlədirlər. Halbuki Şuşanın işğalı daha əvvəldən planlanıb, böyük hazırlıq həyata keçirilib, hücum əməliyyatı nəticəsində itirilib. Əlbəttə, burada həmin vaxt ölkədəki siyasi çaxnaşma, mərkəzi komandanlığın olmaması, təcrübəsizlik kimi faktorlar da öz işini gördü. Şuşaya xəyanət edənlər çox oldu.
Amma Şuşa müqavimətsiz təslim olmayıb. Şəhər uğrunda bir neçə gün ağır döyüşlər davam edib. Şuşaya 11 minlik hərbi qüvvə ilə hücum edən ermənilər bir neçə gün davam edən döyüşlərdən sonra daxil olurlar.
Şəhərdəki Azərbaycan ordusunun əsgərləri, yerli özünümüdafiə könüllüləri mayın 8-dək müqavimət göstərdikdən sonra Bakıdan kömək gəlmədiyi üçün Şuşanı tərk ediblər. Ermənilər isə azərbaycanlıların gizli müqavimətindən qorxduqları üçün Şuşaya yalnız mayın 9-da daxil olurlar. O zaman artıq şəhər boşalmışdı.
Şuşa şəhəri ilə yanaşı, Canhəsən, Kosalar və Qaraqaya işğal olunur. Partizan savaşından ehtiyat edən ermənilər yalnız mayın 9-da gecə saat 4-də şəhərə daxil olurlar.
Şuşanın müdafiəsi döyüşlərində 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Şəhər uğrunda gedən döyüşdə 500-ə yaxın soydaşımız şəhid olur, 1860 nəfər isə yaralanır. Əlbəttə, əgər zamanında mərkəzi komandanlıq Şuşanın müdafiə planını hazırlasa və bunu həyata keçirsəydi, sayları 11 min deyil, daha çox olsaydı belə, erməni qüvvələrinin Şuşanı tutması mümkün deyildi. Çünki şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə, dağlar qoynunda yerləşirdi və çox məhdud sayda girişi vardı. Bu səbəbdən də yaxşı hazırlanmış və təchiz olunmuş qüvvələrin Şuşanı uzun müddət müdafiə etməsi mümkün idi.
Ancaq Bakıda həmin vaxt mərkəzi komandanlığın olmaması, pərakəndəlik və siyasi hakimiyyətin qərarsızlığı Şuşanı qorumaq üçün lazımi müdafiə tədbirləri həyata keçirməyə mane oldu.
Digər tərəfdən, Şuşanın işğalı həm də erməni məkri və hiyləgərliyinin nəticəsi idi. Belə ki, Şuşanın işğalı günlərində Tehranda Azərbaycan və Ermənistan dövlət başçıları arasında sülh danışıqları aparılırdı və rəsmi olaraq atəşkəs qüvvədə idi.
Ancaq ermənilər razılaşmaya xəyanət edərək, Azərbaycandakı hərbi-siyasi vəziyyətdən yararlanmaqla Qarabağın simvolu olan Şuşanı ələ keçirdi. Bu mənada Şuşa xəyanətin qurbanıdır. Bu xəyanətdə bütün tərəflərin hər birinin öz payı vardı.
İşğalın ən böyük zərbəsi Azərbaycan xalqına dəydi. Şuşa yalnız bir rayon mərkəzi, qədim şəhər deyildi, həm də Qarabağın simvolu idi. Təsadüfi deyil ki, bu gün də Qarabağın azadlığı ilə bağlı bütün çağırışların mərkəzində Şuşa dayanır. Çünki Şuşa Azərbaycan üçün Qarabağ deməkdir. Və istisnasız hər bir azərbaycanlı inanır ki, bir gün Şuşaya qayıdacaq.
Ermənilər də bu müddətdə boş oturmayıb. Şuşada minimum da olsa məskunlaşma həyata keçirilib, kilsə inşa olunub. Eyni zamanda, Şuşanın simvolu olan Gövhərağa (Cümə) məscidi təmir olunub və fars abidəsi kimi təqdim olunur. Halbuki bu tarixi cəhətdən mümkün deyil. Çünki 1750-ci illərdə Şuşa şəhəri ilə eyni vaxtda inşa olunan Yuxarı Gövhərağa məscidi və Qarabağ xanlığının fars etnik qrupu ilə hər hansı bağlılığı yox idi. Çünki Şuşa faktiki müstəqil olan Qarabağ xanlığının paytaxtı idi.
İkincisi isə həmin dövrdə İranda türk olan Əfşar, daha sonra isə Qacar sülaləsi hakimiyyətdə olub. Şuşa və onun abidələri tam olaraq Azərbaycana aiddir. Ermənilər sadəcə, növbəti dəfə tarixi təhrif etmək, Azərbaycan izlərini silməyə çalışır. Bu isə mümkün deyil.
Ötən 28 ildə nə qədər ağır və ümidsiz zamanlar olsa belə, Azərbaycan xalqı heç bir zaman Şuşaya qayıtmaq ümidini itirməyib. Bu isə savaşda ən mühüm amildir. Çünki Şərq müdriklərinin dediyi kimi, məğlubiyyətlə barışmayana qədər məğlub deyilsən. Biz isə sadəcə döyüşü uduzmuşuq, özü də qeyri-bərabər vəziyyətdə, xaincəsinə, hiylə nəticəsində. Müharibə isə hələ bitməyib.
Rəşad Quliyev
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
MANŞET, TƏHLİL
Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutur
-
MANŞET, TƏHLİL
Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub
-
MANŞET, TƏHLİL
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
-
MANŞET, TƏHLİL
"Heydər Əliyevə görə Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar..."
-
MANŞET, TƏHLİL
Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...
-
MANŞET, TƏHLİL
Zakir Qaralov və Fikrət Məmmədovun diqqətinə: “Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA
-
MANŞET, TƏHLİL
Paşinyan Qarabağı ikinci dəfə işğal etmək istəyir