Səbail rayonunda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

Səbail rayonunda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22 iyul -  Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Rəqəmsal media ilə iş sektorun məsul əməkdaşı Rahu Şirinova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarlı və müxtəlif media qurumlarında çalışan şəxslər iştirak edib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev bu əlamətdar gün münasibətilə jurnalistləri təbik edib, işlərində uğurlar arzu edib. Muxtar Nağıyev çıxışında bildirib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Daha sonra 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə və kütləvi informasiya vasitələrində göstərdiyi dəstəyə görə bir qrup jurnalistlərə təşəkkürnamə təqdim olunub. Media nümayəndələri təbrik və xoş sözlərə, onlara təqdim olunan mükafatlara görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbir səhər yeməyi süfrəsi ilə davam edib, sonda xatirə fotosu çəkilib.
 























 

Xəbər lenti