“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT

“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT


"Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından ciddi önəm daşıyır və bir çox sferalarda əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malikdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bu gün Azərbaycan bütün tərəfdaş ölkələrlə, eyni zamanda Bolqarıstanla "yaşıl enerji kabeli” layihəsi istiqamətində faydalı iş aparır və bu icraat gələcək planlamalar, perspektivlər üçün son dərəcə önəmli stimuldur. Üstəlik, prosesin belə istiqamət götürməsi həm də o anlama gəlir ki, Azərbaycan bundan sonra Avropa məkanında özünü bir tək neft-qaz təchizatçısı kimi deyil, həm də yaşıl enerji təchizatçısı kimi göstərəcək.

Təbii ki, cənab Radevin Azərbaycana səfəri siyasi dialoqun dərinləşməsi baxımından da mühüm rol oynayır və son dərəcə etibarlı tərəfdaş olan Azərbaycanla mütəmadi şəkildə belə dialoqların aparılması birmənalı olaraq dost ölkənin siyasi maraqlarına tam uyğun gələn bir gedişatdır.   

İki ölkə arasında indiyə qədər 60-a yaxın sənəd imzalanıb. Ticari dövriyyə günbəgün artır. Əlaqələr genişlənir.  

Ümid edirik ki, Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra da yüksələn dinamika üzərindən inkişaf edəcək və xüsusən də nəqliyyat, yük daşımaları, yüksək texnologiyalar və turizm kimi sahələrdə mövcud olan perspektivlər hər iki dövlət tərəfindən ən yüksək səviyyədə dəyərləndiriləcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti