Pasiyent Təşkilatlarının III Respublika Forumu keçirilib

Pasiyent Təşkilatlarının III Respublika Forumu keçirilib
Azərbaycanda fəaliyyət göstərən peşəkar   Pasiyent Təşkilatlarının III Respublika Forumu öz işini uğurla başa çatdırmışdır.  
Forumun əsas müzakirə mövzuları şəkərli diabet, hemofiliya, talassemiya, leykemiya, donor qanının tədarükü, kistik fibroz, parkinson, spinal əzələ atrofiyası və  vərəm   xəstəlikləri,    eşitmə məhdudiyyətli pasiyentlərə koxlear   implantasiya  haqqında olmuşdur.  
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, forumda 150 nəfərdən çox iştirakçı arasında təcrübə mübadiləsi aparılmışdır. 
 Forumun açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov " PASİYENT TƏŞKİLATLARI İTTİFAQININ MƏQSƏDİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ”  haqqında çıxış etmişdir.
Dövlət nümayəndələri:   Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov;  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentin monitorinq şöbəsinin məsləhətçisi Kəmalə Əliyeva;  TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov; TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli; Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Tural Qulu yaxın gələcəkdə görüləcək işlər və  perspektivlər haqqında çıxış etmişlər. 
Forumun formatı üzrə ayrı ayrı mövzular haqqında  həkim və pasiyent tərəfindən parallel olaraq aşağıdakı çıxışlar edilmişdir: 
1. "ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİ İLƏ BAĞLI AZƏRBAYCANDA MÖVCUD VƏZİYYƏT”
Yeganə Sultanova, Azərbaycan Diabet Liqasının sədri
2. "LEYKEMİYALI UŞAQLARA XƏSTƏLİKLƏ BÜBARİZƏDƏ DƏSTƏYİN GÖSTƏRİLMƏSİ”
Mehriban Bağırova, "Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri
 "LEYKEMİYANIN MÜALİCƏSİNDƏ BEYNƏLXALQ STANDARTLAR"
Yeni Klinika Tibb Mərkəzinin hematoloqu Dr. Sevil Cəlilova
3. "KIFYIB 6 İL- DÖVLƏT SƏHİYYƏ QURUMLARI İLƏ ƏMƏKDAŞLIĞIN NƏTİCƏSİ, NAİLİYYƏTLƏRVƏ MÖVCUD PROBLEMLƏRUN HƏLLİNƏ DOĞRU”
Səadət Bayramova "Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri
"KİSTİK FİBROZ XƏSTƏLİYİNDƏ VACİB MƏQAMLAR”
Yeni klinika Tibb Mərkəzinin pediatriya şöbəsinin müdiri Dr. Əkbər Quliyev 
4. "2023-CÜ İL ƏRZİNDƏ DÖVLƏT SƏHİYYƏ QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR”
Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri
"HEMOFİLİYA XƏSTƏLİYİNİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA”
Dr. Mina Adıgözəlova, Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri
5. "AZƏRBAYCANDA SMA-IN MÖVCUD VƏZİYYƏTİ”
Səməd Həsənli, "Spinal Muskulyar Atrofiya Xəstələrinə Yardım” İctimai Birliyinin sədri
"SPİNAL ƏZƏLƏ ATROFİYASI ARTIQ MƏHKUMİYYƏT DEYİL”
Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqlar Assosasiyasının sədri
6. "VƏRƏM XİRMƏTLƏRİNƏ ƏLÇATANLIĞININ TƏŞKİLİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLU”
Çingiz Ramazanlı, "Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri
" VƏRƏM XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ BEYNƏLXALQ STANDARTLAR-MÜALİCƏNİN BU GÜNKÜ GÜNÜ"
Dr. İlhamə Cabbarova, 4 saylı Vərəməleyhinə Dispanserin baş həkimi 

7. "PARKİNSON XƏSTƏLİYİ VƏ BU XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKƏN İNSANLARIN ÜZLƏŞDİYİ PROBLEMLƏR”
Elçin Muxtarlı, Azərbaycan Parkinson Assosiasiyasının sədri
"PARKİNSON XƏSTƏLİYİ, ONUN SİMPTOMLARI, MÜAYİNƏ VƏ MÜALİCƏ ÜSÜLLARI”
Dr. Sevinc Məmmədova, Medera Hospital həkim nevroloq-neyrofizioloq
8. "MÜASİR SƏHİYYƏDƏ QAN DONORLUĞU MƏDƏNİYYƏTİNİN İNKİŞAFI VƏ QAN DONORLUĞU ÜZRƏ QARŞIDA DURAN PROBLEMLƏRİN HƏLLİ”
Fuad Rəsul, Qan Donorluğunun İnkişafı Mərkəzinin sədri
"QAN DONORLUĞUNUN ƏHƏMİYYƏTİ”
Dr. Xəyalə Qafarova, Mərkəzi Qan Bankının müdir müavini
9. "AZƏRBAYCAN TALASSEMİYA FEDERASİYASININ FƏALİYYƏTİ VƏ GƏLƏCƏK PLANLARI”
Gülgün Gündüz, Azərbaycan Talassemiya Federasiyasının sədr müavini 
"TALASSEMİYA MƏRKƏZİNİN FƏALİYYƏTİ”
Dr. Nərmin Verdiyeva, Talassemiya Mərkəzinin həkim-hematoloqu 
10. "EŞİTMƏ MƏHDUDİYYƏTLİ İNSANLARIN SOSİAL İNTEQRASİYASI VƏMÜALİCƏLƏRİNDƏ YAŞANAN ÇƏTİNLİKLƏR”
Cəmilə Abdulova, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri
"EŞİTMƏ MƏHDUDİYYƏTLİ PASİYENTLƏRƏ XOLEAR İMPLANTASİYA” 
Dr. Tural Hüseynov, Mərkəzi Klinik Xəstəxanasının qulaq burun boğaz cərrahı 

Forumda dövlət müəssisələrində çalışan həkim mütəxəssislər  və təşkilat rəhbərləri   problemlər və gələcəyə olan perspektivlər haqqında ümumilikdə 10 mövzu üzərində 20 çıxış olmuşdur. 

Çıxışlar və müzakirələr zamanı, bir çox sahələrdə Mərkəzlərin təkmilləşməsi üçün maddi texniki bazaya ehtiyac, dərman preparatlarına tələbat daha çox olduğu üçün pasiyentlərin müalicəyə əlçatanlığına məhdudiyyət olduğu, pasiyentlərin elektron sağlamlıq kartının yaradılmasının zəruriliyi bildirilmişdir. 

Qeyd edək ki, III Respublika Forumunu müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış təşkilatları  özündə birləşdirən  Pasiyent Təşkilatları İttifaqı  təşkil etmişdir. İttifaq il ərzində dövlət səhiyyə qurumları ilə birgə müxtəlif maarifləndirici və elmi konfranslar təşkil edir. 

Pasiyent Təşkilatları İttifaqının məqsədi,  dövlət səhiyyə qurumlarına dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində müasir yanaşmaları təbliğ etmək və ən əsası milli genofondumuzun sağlam olmağına nail olmaqdır. 
 
 
 






 

Xəbər lenti