Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş təşkil olunub

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş təşkil olunub
7NEWS.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab  Elgin Həbibullayev "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin sədri Fuad Rəsulu və  Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin, Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyevi qəbul edib. 
 Görüş zamanı AQDİM-nin idarə heyətinin sədri Fuad Rəsul rayon gəncləri arasında qan donorluğunun təbliğatının aparılmasında və gücləndirilməsində, həmçinin bu yaxın günlərdə  ilk dəfə gənc qan donorları arasında baş tutacaq idman yarışının ərsəyə gəlməsində göstərilən böyük dəstəyə görə cənab başçıya öz təşəkkürlərini  bildiriblər.

AQDIM-nin mətbuat xidmətindən verilən məlumata əsasən, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin  irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Xəbər lenti