Naçıvanın yeni rəhbərliyi Talıbovun yolunu gedir: GÜLMƏLİ QADAĞALAR BAŞLADI

Naçıvanın yeni rəhbərliyi Talıbovun yolunu gedir: GÜLMƏLİ QADAĞALAR BAŞLADI

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat verib: "Naxçıvanın yeni rəhbərliyindən əhalinin illərlə yığılıb qalan problemlərin həlli istiqamətində mühüm addımların atılması gözlənildiyi bir halda, görün onlar hansı işlə məşğul olurlar? Muxtar Respublikada antibiotiklərin xüsusi resept olmadan satışı qadağan edilib. Lap Talıbovsayağı və heç bir məntiqi əsası olmayan qadağaya oxşadı. 

Bu,  ciddi təhlükə olsa, Azərbaycanın digər ərazilərində çoxdan qadağan edilərdi. Təsəvvür edin ki, gecə birinin hərarəti qalxıb, illərlə sınanılan bir antibotikdən istifadə etmək istəyir ki, özünə gəlsin. Gərək səhəri gözləyə, gedib həkim tapıb resept yazdıra ki, özünə lazım olan dərmanı ala bilsin. 

Bunun əhaliyə xeyirindən çox ziyanı olacaq. Hər halda, piar xarakterli başqa nəsə düşünmək olardı. Yazıqdır oradakı camaat. Bu, həm də apteklərin əlinə antibiotikləri əhaliyə əl atdan baha qiymətə satmaları üçün əlavə şans verəcək…"
7NEWS.az

Xəbər lenti