İrəvan “müharibə şurası” yaratmaq hazırlığında - qapalı müzakirənin təfərrüatı
17 Fevral 2023, 11:23
17 Fevral
2023
11:23
313
Hökumət hərbi vəziyyətdə internetə, elektron mediaya, sosial şəbəkələrə qismən və ya tam məhdudiyyətin qoyulmasını istəyir
Ermənistan hökuməti ölkədə müharibə vəziyyətinə hazırlıq aparır. Bu barədə "Hraparak” nəşri yazır. Bildirilir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə hakim partiyanın deputatları ilə qapalı görüş keçirib. Üç saat davam edən qapalı görüşdə hərbi vəziyyət dövründə məhdudiyyətlərin tətbiq edilməsi müzakirə olunub.
"Hökumət məhdudiyyətlərin sərtləşdirilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, görüşün əsas məqsədi "Hərbi vəziyyət haqqında" qanunun sərtləşdirilməsinə hesablanmış təkliflərin müzakirəsi və razılaşdırılmasıdır. Yeni təkliflərə görə, hərbi vəziyyətdə internetə, elektron mediaya, sosial şəbəkələrə qismən və ya tam məhdudiyyətin qoyulması daxildir. Qanun qəbul olunarsa, hökumət sosial şəbəkələri, elektron medianı, bir sözlə internetə qoşulan hər şeyi bloklaya biləcək" - nəşr yazır.
Məlumata görə, Ermənistanın baş nazirinin yanında hərbi vəziyyətin idarəolunmazı şurası da yaradıla bilər: "Şuraya baş nazir rəhbərlik edəcək. Bununla bağlı qanunun qəbul edilməsinə hazırlıq gedir. Artıq ictimai müzakirə başa çatıb, Milli Məclisə təqdim edilməsi qalıb. Qriqoryanın parlamentdə keçirdiyi görüş də hərbi vəziyyətlə bağlı qanunların təqdim edilməsindən öncə deputatların inandırılması məqsədi daşıyır. Lakin hakim partiyanın bütün üzvləri bu təkliflərin tərəfdarı deyil”.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atacağına dair informasiyalar yayılıb. Avropa İttifaqı missiyasını bölgəyə gətirən İrəvan, bu addımını legitimləşdirmək üçün yeni eskalasiyada maraqlı tərəfdir.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev deyir ki, "Hraparak” nəşri Paşinyanın mətbuat xidməti kimi bir şeydir. Sadəcə, adını "müstəqil media” qoyublar və bütün mesajlarını son vaxtlar elə məhz həmin mətbuat orqanı vasitəsilə ötürürlər: "Amma burada ciddi bir sual meydana çıxır: məlum xəbər blefdir, yoxsa həqiqət? Şəxsən mənim fikrimcə, blefdir və həmin xəbəri Paşinyan özü qəsdən dövriyyəyə buraxıb. Səbəb də odur ki, sülh danışıqları ərəfəsində daha geniş imkanlar əldə edə bilsin. Təbii ki, öz aləmində. Ermənistan indi o qədər rəzil gündədir ki, heç bir zaman müharibəyə başlaya bilməz. Başlasa, tam sonu olar. Hazırda Ermənistan parlamentində konkret olaraq qanun layihəsinin müzakirəsi gedir. Məqsəd müharibə vəziyyətində internet resurslarının məhdudlaşdırılmasıdır. Məhdudlaşdırsınlar da. Bizə nə? Ya da belə deyək: məlum layihə müharibə anonsu hesab edilə bilərmi? Düşünmürəm. Ona görə ki, həmin qanun layihəsində bildiyim qədər təkcə müharibə vəziyyəti deyil, ölkədəki bütün fövqəladə vəziyyətlər nəzərdə tutulub. Belə olan halda isə Paşinyan bu qanunu öz hakimiyyətini qorumaq, kritik vəziyyətlərdə öz maraqları üçün istifadə etmək məqsədilə də qəbul etdirə bilər. Güman ki, elə əsas xətt, istiqamət budur. Ermənistan nə düşünsələr, nə təxribat hazırlasalar belə heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan yetərincə güclüdür və öz ərazisini qorumaq, hər kəsin cavabını layiqincə vermək iqtidarındadır”.
Rəşad Bayramov
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov erməni tərəfinin əsl niyyətini önə çəkdi. O, hər şeyin sülhü uzatmağa xidmət etdiyini qeyd etdi: "Ermənistanda baş verənlər, rəsmilərin son bəyanatları, Vardanyanın açıq şəkildə müharibə çağırışı onların sülhə hazır olmadıqlarını deməyə əsas verir. İki ildən artıq müddət ərzində Azərbaycanın sülh təkliflərindən müxtəlif bəhanələrlə qaçan Ermənistan indi də yeni təxribatlara əl atmaqla beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışır. Təxribatların İranla birgə hazırlandığına dair də məlumatlar artıq bir neçə gündür aktiv şəkildə müzakirə olunur
Avropa İttifaqının müşahidə missiyasını bölgəyə gətirən Ermənistan sərhəddə təxribatlara əl atmaqla Azərbaycanı hərbi əməliyyatlara başlamağa sövq etmək istəyir. Bununla da Ermənistanın təhlükəsizliyi ilə bağlı hay-küy salaraq bölgədə yerləşdiriləcək müşahidə missiyasını gələcəkdə tam hərbi missiya ilə əvəz etmək üçün imkanlar əldə etmək istəyir. Elə müşahidə missiyasının tərkibinin keçmiş hərbçi və polis qüvvələrindən ibarət olaraq formalaşması da əslində gələcəyə hesablanmış addımdır. Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreitin fevralın 15-də verdiyi məlumata görə, adıçəkilən müşahidə missiyasının tərkibində Almaniya polisinin 15 əməkdaşı da iştirak edəcək. Ümumilikdə isə Fransa Müdafiə Nazirliyinə tabe olan jandarm qüvvələri də daxil olmaqla, ayrı-ayrı ölkələrdən yüzdən artıq polis əməşdaşının uzunmüddətli missiyada iştirak edəcəyi təsdiqlənib.
Amma məsələ burasındadır ki, Ermənistan təxribatlara əl atacağı təqdirdə orada hansı missiyanın olmasından asılı olmayaraq Azərbaycanın həmin təxribatlara cavab vermək hüququ var. Başqa sözlə desək, hər hansı eskalasiya cəhdi zamanı Ermənistanın adıçəkilən missiyanın arxasında gizlənməsi mümkün olmayacaq. Digər tərəfdən isə Azərbaycan hərbi əməliyyatlar keçirəcəksə də bunu öz ərazilərində separatçı rejimə qarşı keçirəcək. Yəni rəsmi Bakının Ermənistana qarşı hər hansı bir əməliyyat keçirmək niyyəti yoxdur. Bunu Ermənistan özü də kifayət qədər yaxşı başa düşür və onu da başa düşür ki, müşahidə missiyası və ya missiyada təmsil olunan dövlətlər Qarabağ ərazisində keçiriləcək hərbi əməliyyatlar zamanı ən yaxşı halda bəyanat verməklə kifayətlənəcəklər. Başqa sözlə desək, separatçı rejimi qorumaq üçün hansısa üçüncü ölkənin Azərbaycana qarşı vuruşması mümkün deyil.
Odur ki, Ermənistanın Azərbaycana qarşı təxribatlar törətməklə hərbi əməliyyatlara başlamağa sövq etməsi əslində böyük ölçüdə Rusiyaya qarşı hazırlanan plandır. Çünki Azərbaycan qədər Rusiya da bu tərkibdə müşahidə missiyasının Ermənistan ərazilərində yerləşməsindən narazıdır. Belə ki, bu missiyanın böyük bir qisminin hərbçi-kəşfiyyatçı kontingentinə aid olması da şübhə doğurmur. Odur ki, Ermənistanın xarici ölkələrlə sərhədlərini qorumaqda mükəlləf olan Rusiya təbii olaraq belə durumdan narazıdır. Rusiya yaxşı başa düşür ki, həmin missiyanın orada yerləşdirilməsi gələcək perspektivdə Rusiyanın xidmətlərindən imtinaya, hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasına və ən nəhayət, Rusiya sülhməramlı missiyasından imtinaya gətirib çıxara bilər.
Odur ki, Rusiya tərəfinin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməsinin vacibliyi ilə bağlı müxtəlif səviyyələrdə səsləndirdiyi bəyanatlar və eləcə də Qarabağ ərazisindən Rusiya vətəndaşlarını təxliyə etməyə başlaması faktiki olaraq Ermənistana xəbərdarlıq kimi qiymətləndirilməlidir. Və onu da bilmək lazımdır ki, Rusiyanın bu cür mövqe sərgiləməsi heç də Azərbaycanın maraqlarını müdafiə etməkdən deyil, regionda öz mövqelərini qoruyub saxlamaq istəyindən qaynaqlanır.
Açığını desəm, Ermənistanın istər Azərbaycan, istərsə də Rusiyanın xəbərdarlıqlarından hər hansı bir nəticə çıxaracağını düşünmürəm. Odur ki, ən uyğun yol Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəlikləri icra etməsi üçün onu buna məcburetmədən keçir. Azərbaycanın qısa vaxt ərzində Laçın yolu üzərində gömrük və sərhəd məntəqələri qurmaqla nəzarəti öz üzərinə götürməsi və erməni hərbi birləşmələrini tərk-silah edib ərazilərimizdən çıxarmaq üçün əməliyyatlara başlaması ən doğru yol olar".
Xəbər lenti
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH