“Gerçəkləşməyən arzular” qısametrajlı filmin təqdimatı baş tutdu

“Gerçəkləşməyən arzular” qısametrajlı filmin təqdimatı baş tutdu
7NEWS.az xəbər verir ki, 14.06.2023-ci il tarixində Xəzər Media Mərkəzində Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ailə dairəsində: müasir ailənin problemləri" adlı layihə çərçivəsində "Gerçəkləşməyən arzular”  qısametrajlı filmin təqdimatı baş tutmuşdur. Təqdimat "Azərbaycan Sahibkar Qadınlar Forumu”, "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində”, "SAF Həyat Naminə” Gənclər İB tərəfindən həyata keçirilmişdir. Film erkən nikah və qohumların arasında nikahların mənfi fəsadlarından bəhs edirdi. Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova , psixoloq Rövşən Nəcəfov, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Polis polkovnik- leytenantı Kəmalə Ələkbərova, Narınc Psixologiya mərkəzinin direktoru Narınc Rüstəmova, Xəzər TV-nin Xəbər ertəsi verilişin aparıcısı, jurnalist Aytən Səfərova və s. qonaqlar iştirak etmişdilər. Qeyd etmək lazımdır ki, filmdən başqa Ailə dairəsində: müasir ailə problemləri” adlı layihə çərçivəsində 2 ay ərzində Xəzər FM radiosunda  bu mövzu ilə bağlı veriliş efirə çıxırdı. Tanınmış ekspertlər tərəfindən dinləyicilərə ətraflı məlumatlar çatdırılırdı, gələn zənglər cavablandırılırdı.
 


 

Xəbər lenti