Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır - ŞƏRH
16 İyul 2022, 13:49
16 İyul
2022
13:49
499
İlin altı ayının yekunlarına həsr olunan müşavirədə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Qarabağ, sülh, status barədə söylədiyi fikirlər çox ciddi mesajlardır və hesab edirəm ki, hər kəs, xüsusən də, Ermənistan rəhbərliyi həmin mesajlardan nəticə çıxarmalıdır.
Bunu Trend-in sualına cavabında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Onun sözlərinə görə, həqiqətən də 44 günlük müharibənin gedişində və sonunda Ermənistan rəzil günə qalmışdı. Ona görə də tez-tələsik kapitulyasiya aktına imza atdı, geri çəkildi, məğlubiyyətini etiraf etdi, bəlli şifahi razılaşmalara əməl edəcəyini söylədi.
"İndi isə vəziyyət bir az sakitləşib deyə həmin verdiyi sözlərdən qaçmağa, öhdəliklərdən yayınmağa, zaman udmağa çalışır. Hələ utanmaz-utanmaz status söhbəti də edirlər. Daha doğrusu, belə fikirləri baş nazirin, xarici işlər nazirinin, digər məmurların dilindən səsləndirirlər. Hərgah, özləri də gözəl bilirlər ki, belə şey mümkün deyil. Olmayacaq status, ola da bilməz. Qarabağ Azərbaycandır. Qalib tərəf Azərbaycandır. Diqtə edən tərəf Azərbaycandır. Ermənistan bu reallığı dərk etməli və taleyi ilə barışmalıdır. Yox, əgər barışmasa, o zaman "dəmir yumruğun" yeni dalğası qaçılmaz olacaq.
Eyni zamanda, cənab Prezident çox doğru qeyd etdi ki, status məsələsi çox uzansa, biz də Zəngəzurun statusunu tələb edə bilərik. Hansı ki, 1920-ci ildə bizdən zorla qoparılıb. Bəli, gerçək olan da budur. Azərbaycanın hər zaman deməyə sözü və haqqı var. İndiyə qədər bütün haqsızlıqları, qəsbləri, işğalları Ermənistan edib. Bundan sonra isə daha belə qəsblərə, işğallara imkan verilməyəcək. Bundan sonra Ermənistan hər səhvinin və məsuliyyətsizliyinin cavabını alacaq, bədəlini ödəyəcək. Azərbaycan nə desə, nə diktə etsə, Ermənistan tərəfi onunla hesablaşmağa məcbur olacaq", - deputat qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da Trend-in sualına cavab olaraq bildirib ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir çox vacib məqamlara toxundu.
"Ermənistan 10 noyabr razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, yenə Ermənistan tərəfi davamlı olaraq statusla bağlı məsələ qaldırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, status məsələsi artıq yoxdur. Bu barədə üçtərəfli görüşlərdə də şifahi razılıq əldə olunub. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi yenə Azərbaycana qarşı ərazi iddialarından əl çəkilmir. ATƏT-in Minsk qrupuna gəldikdə isə bu qurumla bağlı Azərbaycanın mövqeyi qəti və konkretdir. 30 il ərzində münaqişəni həll edə bilməyən bu qurum bu gündən sonra prosesə hansı töhfə verə bilər. Minsk Qrupunun üzvləri birgə fəaliyyətin mümkün olmadığını bildirdikləri halda Ermənistan yenə də bu qurumu yenidən diriltmək iddiasına düşüb. ATƏT-in Minsk qrupu artıq ölmüş bir quruma çevrilib, onu yenidən diriltmək mümkün deyil", - deputat vurğulayıb.
C.Məmmədov əlavə edib ki, bütün hallarda Ermənistan 10 noyabr razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: "30 il ərzində Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq etdi. Ancaq Ermənistan bundan nəticə çıxarmadı. Nəticədə 44 günlük müharibədə Ermənistan əhalisi növbəti faciə ilə üzləşdi. Əgər Ermənistan tərəfi növbəti dəfə faciə yaşamaq istəmirsə, 44 günlük müharibədə uğradığı acı məğlubiyyətdən nəticə çıxarmalıdır. Əgər çıxarmasa, bunun nəticəsi Ermənistan üçün çox çətin və ağır olacaq. Vaxtında Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarsa idi, ikinci Qarabağ müharibəsində bu qədər itki verməzdi. Ermənistan ciddi düşünüb qərar verməlidir. Əgər öhdəlikləri yerinə yetirməsə, Azərbaycanın zor tətbiq etməkdən başqa yolu qalmır"./Trend
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI