"Əli Kərimlini satın alanlar kimlərdisə, danışdıran da onlardır" - ŞƏRH EDİLDİ

"Bilmirəm, diqqət etmisiz ya yox, amma AXCP sədri Əli Kərimli son günlər xüsusi canfəşanlıq edir və anti-milli fəaliyyətini daha da genişləndirməklə məşğuldur. Sizcə niyə? Həm də durub-dururkən? Ona görə ki, bu yaramaz məxluqa konkret dairələrdən təlimat, əmr, sifariş gəlib. Ona görə ki, bu adam missionerdir. Ona görə ki, Əli Kərimlinin çörəyi ləyaqətsizlikdən, şərəfsizlikdən, həyasızlıqdan çıxır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
 
E.Musayev bildirib ki, onun söylədiyi hər tənqidin, hər təhqirin öz qiyməti, öz "tas"ı var: "AXCP sədri əsla və əsla pulsuz danışmır. Əli Kərimlini satın alanlar kimlərdisə, danışdıran da onlardır.

Utanmadan vətən sevgisindən, azadlıqdan, hüquqdan, ideyalardan dəm vurur. Xarici qüvvələrin əlində alət olan adam necə vətən sevgisindən danışa bilər? Qarabağın işğaldan azad olunmasına, Şuşanın xilasına sevinə bilməyən bədnam necə Azərbaycan adını dilinə gətirə bilər? Öz lideri Elçibəyi, ətrafındakı bütün dostlarını satan, mənəviyyatını, şəxsiyyətini, ləyaqətini itirən adam hansı haqla ideyalardan, gələcək planlardan söhbət sala bilər?".

Onun sözlərinə görə, Əli Kərimli siyasi qolçomaqdır: "Əli Kərimli həyatın dibidir. Əli Kərimli bu xalqın bir nömrəli düşmənidir və zamanı gələndə elədiyi bütün ləyaqətsizliklərə, törətdiyi bütün təxribat və cinayətlərə görə cavab verəcək. Həm qanun, həm də tarix qarşısında!"

Xəbər lenti