“Bunlar şəbəkədir!” - Deputatdan Qubad İbadoğlunun həbsinə növbəti reaksiya...

“Bunlar şəbəkədir!” -  Deputatdan Qubad İbadoğlunun həbsinə növbəti reaksiya...
"Qubad Ibadoğlu haqqında başlanılan cinayət işinin uzantıları hələ çox yerlərə gedib çıxacaq. Buna əminəm! Və hesab edirəm ki, məlum cinayət dosyesinin tədqiqi zamanı Cəmil Həsənlinin, özünü erməni lobbisinə peşkəş edəndən sonra ərə gedən qızlar kimi soyadını dəyişən keçmiş səfir Arif Şahmarlının (qız soyadı Məmmədova idi), və digərlərinin fəaliyyəti - ələlxüsus da son dövrlərdəki fəaliyyəti - ciddi şəkildə yoxlanılmalıdır..”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bu fikirləri, ehtimalları irəli sürməyimin səbəbləri var. Birinci səbəb odur ki, haqqında danışdığım mənfur üçlük son dövrlər davamlı şəkildə bərabər olublar. Ona görə də bir-birindən xəbərsiz nəsə eləməkləri inandırıcı görünmür. İkinci səbəb: Ortalıqda bu dələduzların yeni yaratdıqları bir təsisat vardı: "Təhsil Fondu.” Elə ən azından həmin fondun yaranma mexanizmi araşdırılsa düşünürəm ki, istintaq üçün bir çox məsələlər aydın olacaq. Və nəhayət üçüncü məqam: Bunlar şəbəkədir! Kənardan idarə olunan şəbəkə. Şəbəkə üzvləri isə mütləq şəkildə koordinasiyalı olur. Şəbəkə içində hamının öz funksiyası olur. Üstəlik, Cəmilin də, Qubadın da təxminən eyni vaxtda Bakıya dönməsi elə-belə məsələ deyil. Onlar güman ki, ciddi şəkildə təlimatlandırıldıqdan sonra xüsusi missiya ilə Azərbaycana geri qayıdıblar." -  deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti