Azərbaycan ciddi təhlükəsizlik zəmanəti qazanıb – Reallığa adekvat siyasət
03 Mart 2022, 20:47
03 Mart
2022
20:47
613
Rusiya-Ukrayna müharibəsi 7 gündür şiddətlə davam edir. Dünyanın hərbi və iqtisadi mənada çalxalandığı dövrdə Azərbaycanın yürütdüyü siyasətin uğurlu nəticələri göz önündədir.
Hansı konteksdən izah etsək belə, 28 ildən sonra Qarabağı və ətraf ərazilərimizi Ermənistanın işğalından qurtarmaqla nəticələnən qələbənin şərəfli hadisə olduğunu təsdiqləyəcək, 44 gün içərisində qalibiyyət zirvəsinə ucalan ədalətin təntənəsini alqışlayacaq, yeni yolun bizi dinamik inkişafa apardığınının şahidi və iştirakçısı olduğumuzu bir daha yəqinləşdirəcəyik.
Ukraynada yaşanan dəhşətləri görəndə, Qərbin və Avropanın təzyiqləri ilə üzləşən Rusiyanın hər mənada çox ağır böhrana düçar olduğunu biləndə Azərbaycanın hansı dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyü bir daha aydınlaşır.
Ölkələrinə cavabdeh olan birinci şəxslərin müasir dövrdə pafosa, hisslərə söykənən addımları dövlətin və xalqın faciəsi ilə yekunlaşar. Təlatümlərdən sığortalanmaq qlobal və geosiyasi reallıqları nəzərə alaraq praqmatik səviyyədə ağılla verilən qərarlardan keçir. İstisnasız belə olduğunu Rusiyanın Ukraynaya hücum faktı təsdiqləyir.
Kütlə psixologiyasının məhsulu həmişə acı və ziyanlı olur. Azərbaycan əbədi qələbəsinə nail olmaq üçün 28 il çarpışdı ki, o situasiya yetişsin. Son 18 ildəsə demək olar hər gün kütləvi düşüncənin təsirində belə deyirdik: "İşğaldakı torpaqlarımızı almağın zamanıdır”. Zamansa 2020-ci ilin 27 sentyabrında gəldi. Bir gün tez və ya bir gün gec ola bilməzdi. Müharibənin 10 noyabrda məhz 3 ölkə arasında Saziş imzalanması ilə bitməsi, Kəlbəcərin, Laçının, Ağdamın müharibəsiz qaytarılması, ordumuzun Xankəndinə girməməsi ən xırda detalına qədər riyazi dəqiqliklə hesablanmışdı.
"Nəyi, nə vaxt, necə etməyi mən bilirəm” – Azərbaycan Prezidenti İlham Əliyevin fikridir. Azərbaycan sağ-salamatdır, mətindir, qururla yeriyir, azadlığa çıxardığı yurdlarını tikir, qurur, Böyük Qayıdışa hazırlıq gedir, islahatlar aparılır, şəxsi maraqlarını Vətən maraqlarından üstün tutanlar, tutmağa cəhd göstərənlər qətiyyətlə sıradan çıxarılır, onların yerinə dövləti düşüncəyə sahib olanlar gətirilir, beynəlxalq aləmlə effektli əməkdaşlıq davam edir. Ukraynasa, bütün dünyanın dəstəyinə baxmayaraq, məngənədə sıxılır. Vətən müharibəsində Azərbaycanın yanında yalnız Türkiyə var idi, qalib gəldik. Ukraynanın arxasında əksər ölkələr dayanıb, Rusiyaya ciddi embarqolar qoyulur, nəticə yoxdur. Azərbaycan xalqı Vətən müharibəsi başlayan gün qələbə xəbərləri ilə sevinirdi. Bir həftədir Ukraynada şiddətli döyüşlər başlayıb, nə işğalçı, nə də işğala məruz qalan tərəf sevinə bilir.
Konkret, Azərbaycan 10 noyabr müqaviləsini imzalamaqdan imtina edərək Xankəndinə ordu yeritsəydi, Rusiyanın hərbi təzyiqi ilə üzləşə, ABŞ və Avropanın sanksiyalarına məruz qoyula, güllə atmadan qovuşduğumuz Kəlbəcərə, Laçına, Ağdama həsrət qala bilərdik.
Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurduğuna, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırdığına görə, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, mümkün geosiyasi kataklizmlər bizdən yan keçdi.
Azərbaycan Qoşulmama Hərəkatına üzv olanda kütlə düşüncəsi bu seçimin ziyanlı olacağı qənaətini formalaşdırmağa çalışdı. Praqmatik düşüncəsə geri çəkilmədi, hazırda ölkəmiz Hərəkatın fəaliyyətdə olan sədridir. Dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər prizmasından yanaşır. Rəsmi Bakının Qərbə, Avropaya, o cümlədən Ukrayna və Rusiyaya olan münasibəti Qoşulmama Hərəkatının rəsmi səndlərindəki şərtlərlə tam üst-üstə düşür.
Dövrün reallıqları nəzərə alınmaqla bütün qərarlar dərin siyasi təhlilə əsaslandığına, doğru proqnozlar müəyyənləşdiyinə, milli, dövləti maraqlar meyar seçildiyinə görə, Azərbaycanın siyasi avantüraya cəlb olunduğunu göstərən bir dənə fakt yoxdur.
Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, həm Türkiyə, həm də Rusiya ilə rəsmən müttəfiqdir, həm də belə münasibətin qarşılığında ölkəmizin təhlükəsizliyi baxımından qazandığı zəmanəti qızıl zəmanət adlandırmaq mümkündür.
Ceyhun Musaoğlu

Xəbər lenti
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH