“AXCP-də qərarlaşan hər kəs elə Əli Kərimlinin tayıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“AXCP-də qərarlaşan hər kəs elə Əli Kərimlinin tayıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
"AXCP-də qərarlaşan hər kəs elə Əli Kərimlinin ağlındadır və onun başqa bir tayıdır. Bu səbəbdən düzəlmirlər, qaragüruh xislətlərini qoruyub saxlayırlar və rəzil vəziyyətlərindən zövq alırlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Onun sözlərinə görə, hakimiyyətin kiminləsə problemi yoxdur: "Moped sürənlərdən də yeganə tələb, həmin mopedi qanuni əsasla sürməkdir. Vəssalam. AXCP və onun qaragüruh təbliğatçıları isə hər şeyə mız qoymağa, hər şeyi qara görməyə öyrəncəlidirlər, hər zamankı kimi vərdişkardırlar.

Əlqərəz, AXCP-nin uğursuz funksionerlərinə öz rəhbərləri tərəfindən nə tapşırılırsa, onu da danışırlar, dilə gətirirlər. Əli Kərimlinin zatən strategiyası budur ki, savadsız insanları öz ətrafında saxlasın və onlardan hay-küy salmaq, yazı yazdırmaq, qışqırmaq, qanun pozmaq üçün istifadə eləsin.

AXCP və xüsusən onun bədnam sədri Əli Kərimli hazırda partiya məsələsinə görə çox panikadadır. Ona görə bütün mövzuları qatıb - qarışdırıblar və ətrafındakıları da fikir yayındırmaq üçün öz sərsəm siyasətlərinə alət ediblər”.

Xəbər lenti