Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
Elşən Musayev
Milli Məclisin deputatı Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, Vinkelmeyerin mətbuat konfransında söylədiyi fikirlərini, onun müəyyən mənada neytrallıq nümayiş etdirməsini və təxribatçı suallardan yayınmasını müsbət məqam kimi qiymətəndirə bilərik: "Eyni zamanda rəsmi Berlinin ümumilikdə son zamanlar sərgiləmiş olduğu mövqeni də təqdirəlayiq hal hesab etmək olar. Sadəcə, məsələ burasındadır, Şvabe kimi ədalətsiz təmsilçilər, Bundestaqda Azərbaycan əleyhinə fikir söyləyən bir sıra deputatlar da almandır və arzu edərdik ki, Almaniya dövlətinin hazırda nəzərəçarpan pozitiv addımları onların da düzgün və adekvat fəaliyyət göstərməsinə, ədalətli qənaət hasil etməsinə öz təsirini göstərsin.
Təbii, hazırkı situasiyada Almaniyanı Amerika və Fransa ilə tay tutmaq, eyniləşdirmək olmaz. Hətta onların indiki mövqeyi reverans xarakterlidirsə belə... Çünki ələlxüsus da Fransanın hazırda elədiyi riyakarlıqları kimsə eləmir, Fransanın Qarabağ mövzusundakı absurd və ədalətsiz mövqeyini kimsə sərgiləmir. Amerika isə necə deyərlər, "pambıqla baş kəsməklə” məşğuldur və xarici siyasətlərində də yalnız özlərinə sərf edən, öz maraqlarını təmin edən istiqaməti prioritet kimi qəbul edirlər.
Ona görə də bir daha təkrar etmək istəyirəm ki, ən azından indiki situasiyada Almaniyanı digərlərindən fərqləndirmək lazımdır. Eyni zamanda o arzuya köklənmək gərəkdir ki, bu fərqlilik yaxşı anlamda bundan sonra da davam edəcək və Almaniya bölgədəki hadisələrə münasibətdə öz ədalətli mövqeyi ilə seçiləcək".
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Almaniya hakimiyyətində Azərbaycanın ərazi bütövlüyü və süverenlik naminə apardığı mübarizənin mahiyyətinin obyektiv başa düşülməsi yaxşı haldır. Almaniyanın Bakı-İrəvan sülh danışıqlarını irəli aparmaq təşəbbüsləri də yaxşıdır. Sülh prosesi bu anadək dalana girib: "Moskva formatında danışıqları Ermənistan istəmir, Avropa Birliyi və Fransanın qərəzli mövqeyi Brüssel formatını gözdən saldı, Şarl Mişel yol üstündə olduğu üçün əvvəlki ürəklə çalışmır, ABŞ diplomatiyası isə erməni lobbisinin təsirinə uyduğu üçün Azərbaycanın etimadını itirib. Yaranmış bu boşluqda Almaniyanın fəallaşması lap yerinə düşür. Şoltsun səyləri ümid yaradır ki, sülh prosesi hərəkətə gəlsin. Lakin Almaniyanın sülh təşəbbüslərinə mane olan müəyyən amillər var.
Əvvəla, Şoltsun timsalında federal hökumət Bakı-İrəvan sülhünə çalışdığı halda, Almaniyanın AŞ PA və Avropa parlamentindəki deputatları Azərbaycana qarşı düşmənçilik işi aparırlar. Almaniyanın Avropa qurumlarındakı deputatları Ermənistanı müharibəyə təhrik edənlərə dəstək verirlər. Sülh prosesinə Almaniyadan ikili yanaşma görürük. Almaniya hakimiyyəti daxilində Qafqaz məsələsinə ziddiyyətli mövqelər var. Bu vəziyyət Almaniyanın sülh prosesini sonadək sabit yürüdə biləcəyini qətiyyətlə söyləməyə mane olur. Ancaq indiki halda deməliyik ki, həqiqətən Almaniya özünün sülh təşəbbüslərində səmimidir. ABŞ, Fransa 30 il ərzində Almaniyanı Qarabağ münaqişəsinin həlli prosesinə buraxmadılar, özləri də yarıtmadılar və sonda Qafqazda hörmətlərini itirdilər.
Bu mənada Almaniya indiki şansa fürsət kimi baxır. Almaniya 30 il Qarabağ məsələsində pozucu rol oynamış ABŞ və Fransaya nümunə göstərmək istəyir".
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq Almaniya ilə münasibətlərin yaxşılaşdırılmasına səy göstərib: "İki ölkə arasında bir çox iqtisadi, siyasi, mədəni tədbirlərin birgə keçirilməsinə dair yaxşı nümunələr mövcuddur. Bu da təbiidir, çünki Almaniya Avropanın aparıcı, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir və Azərbaycanın bu dövlətlə əlaqələrin genişləndirilməsinə böyük önəm verməsi təsadüfi deyil. Düzdür, son aylarda xüsusən də antiterror tədbirləri uğurla həyata keçirildikdən sonra Avropa ölkələrində anti-Azərbaycan təbliğatı Almaniyadan da yan keçmədi. Bu prosesdə Almaniyanın siyasi dairələri də bu və ya digər şəkildə iştirak etdilər. Ancaq son günlərdə Almaniyanın hakim dairələrinin reallıqları dərk edərək, Azərbaycana qarşı münasibətdə dönüş etdikləri də ortadadır.
Görünən odur ki, Almaniya öz səhvlərinə müəyyən qədər düzəliş edib və münasibətlərin yaxşılaşdırılmasına səy göstərir. Elə iki gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş də bunun bariz sübutudur. Həmin görüş bir sıra mühüm mesajlarla yadda qaldı.
Prezident görüşdə Fransa, ABŞ və Rusiyanın 30 illik fəaliyyətsizliyi haqda da danışdı və bir daha bəyan etdi ki, 30 il ərzində həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Rusiyanın yeni reallıqları qəbul etdiyini amma ABŞ və Fransanın hələ də səhv mövqedə olduqlarını deyən dövlət başçısı konkret və ünvanlı şəkildə ABŞ və Fransanı səhv mövqedən geri çəkilməyə çağırdı. Prezident bəyan etdi ki, əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Azərbaycan bölgənin açar dövlətidir və ölkəmizin regional proseslərdə aparıcı rolu nəzərə alınmadan, bu və ya digər qütbün, xüsusilə də bölgədənkənar qüvvələrin Cənubi Qafqazda maraqlarının uzlaşdırılması, balanslaşdırılması, yaxud təmin edilməsi mümkün deyil. Almaniya da bu reallığın fərqindədir.
Almaniya ilə əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün, xalqların xoşbəxtliyi üçün vacibdir və Prezidentimiz də bunu dəfələrlə qeyd etmişdir. Sözsüz ki, Almaniya rəsmləri ilə keçirilən son görüş də reallıqların çatdırılması, nailiyyətlərimizin təsdiq olunması baxımından əhəmiyyətli görüş oldu. Almaniya sülh danışıqlarında Berlin platformasının Brüssel və Vaşinqton platformalarının uğursuz taleyini yaşamasını istəmirsə tərəf tutmamalı, ədalətli və həqiqi sülh tərəfdarı kimi çıxış etməlidir. Əks halda, Berlin platforması da nəticəsiz platforma kimi kənara qoyulacaq".
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib