3-cü “YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb

3-cü “YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb
 "YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality’’nin tərəfdaşlığı ilə keçirilən 3-cü "YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla yadda qalır.

İlk həftənin 4-cü və 5-ci günlərində uşaqların idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri davam etdirilib.

Həmçinin onlar gips ustad dərsində və "Bilim Bakı" mərkəzi tərəfindən təşkil olunan texnologiya laboratoriyasında  yeni biliklərə, bacarıqlara yiyələniblər.

Ölkəmizin tanınmış idmançıları, boks üzrə beynəlxalq yarışların mükafatçıları Elvin İsayev və Tamerlan Abdullayev iştirakçılarla döyüş sənətinin incəlikləri barədə təcrübələrini bölüşüblər.

ASAN Radionun təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Hiss və PRoMete ən maraqlı ifalarını səsləndirib, uşaqlarla əyləncəli vaxt keçiriblər.

Bağlanış mərasimində "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Bununla da, düşərgənin ilk həftəsinə yekun vurulub.

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio.
 








Xəbər lenti