"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
09 Oktyabr 2023, 10:27
09 Oktyabr
2023
10:27
255
FOMC-un protokolları və Amerikada inflyasiya göstəriciləri; DXY-da tendensiya dəyişəcəkmi?
"InvestAZ İnvestisiya şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin cümə günü Amerikada güclü açıqlanan əmək bazarı hesabatından sonra bu həftə ABŞ-da dərc olunacaq inflyasiya məlumatları FED-in monetar siyasətinin gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Digər tərəfdən, FED-in çərşənbə günü son iclasının protokolları da yaxından izləniləcək. Bu arada, üçüncü rübün balans hesabat dövrü başladığı üçün enerji qiymətləri diqqət mərkəzində olacaq.
İnvestorlar FED-in "hələ uzun müddətə daha yüksək" faiz dərəcəsi yanaşmasını qiymətləndirməyə davam edərkən, ABŞ-da bu həftə sentyabr ayı üçün çox gözlənilən istehlak və istehsal qiymətləri indeksi məlumatları açıqlanacaq.
Avqust ayı CPI hesabatı, benzinin qiymətlərindəki artımdan qaynaqlanan 14 ayda ən sürətli artımı göstərdi. Qida və yanacaq xərclərini əhatə etməyən baza inflyasiyada isə təxminən iki ilin ən yavaş artım tempi müşahidə olundu.
Cümə günü açıqlanan məşğulluq məlumatlarına gəldikdə, maaş artımının yavaşladığı sentyabr ayında qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı proqnozlaşdırılandan daha böyük bir artım göstərdi ki, bu da, sərt pul-kredit siyasətinin hələ bir müddət davam edəcəyinə dair ehtimalları bir qədər də qüvvətləndirdi.
Daha yüksək inflyasiya rəqəmləri FED-in faiz dərəcələrinin daha uzun müddət yüksək qalması lazım olduğu mesajını gücləndirə bilər. FED-in 31 oktyabr — 1 noyabr iclasında faiz dərəcələrini sabit saxlaması gözlənilir, lakin bəzi investorlar daha bir artım ola biləcəyini düşünür.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü sentyabr iclasının protokolları dərc ediləcək. İnvestorlar protokollarda FED rəsmilərinin ilin sonuna qədər yeni faiz artımına doğru hərəkət edib-etməyəcəyəcəklərinə dair ipucu axtaracaqlar.
İnvestorlar həmçinin həftə ərzində bir neçə FED rəsmisinin, Atlanta FED-in sədri Rafael Bostiç, Minneapolis FED-in sədri Nil Kaşkari, Boston FED-in sədri Syuzan Kollins, Dallas FED-in sədri Lori Loqan və Federal Ehtiyyatlar Sisteminin sədr-müavini Filip Cefferson və qubernator Kristofer Uolleri dinləmək imkanı əldə edəcəklər.
Üçüncü rübdə balans hesabat dövrü, "Wall Street" investorlarının artan istiqraz gəlirləri qarşısında səhmləri yüksəltmək üçün katalizator axtardıqları bir vaxtda bəzi böyük bankların hesabatları ilə başlayır.
"JPMorgan" (JPM), "Citigroup" (C) və "Wells Fargo" (WFC) cümə günü bazarın açılışından əvvəl hesabatlarını açıqlayacaq və investorlar bu hesabatlarda daha yüksək faiz dərəcələrinin kredit tələbindən tutmuş istehlakçı davranışına qədər olan sahələrə təsirinin əlamətlərini axtaracaqlar.
Həftə ərzində hesabat verəcək digər şirkətlərə çərşənbə axşamı "PepsiCo" (PEP), cümə axşamı "Delta Air Lines" (DAL) və cümə günü sığorta şirkəti "UnitedHealth Group" (UNH) daxildir.
Qazanc mövsümü səhmlərin yaxın müddətli yolunu müəyyən edə bilər. Son enişindən sonra belə, "SP 500" yenə də illik müqayisədə 10% bahadır.
Qlobal maliyyə sisteminin başbilənləri, rəhbər simaları, rəsmiləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları üçün Mərakeşdə bir araya gələcəklər.
Görüşlər qlobal iqtisadiyyatları böhrana sürükləmədən inflyasiyanın nəzarət altına alına biləcəyi ilə bağlı düşüncələrin artdığı bir mühitdə keçiriləcək.
Bu arada, BVF-nin yenilənmiş proqnozlarını ehtiva edən "Dünyanın İqtisadi Görünüşü" hesabatı da çərşənbə axşamı yayımlanacaq.
Ötən həftə neft qiymətləri, Rusiyanın yanacaq ixracı qadağasını qismən ləğv etməsindən sonra, makroiqtisadi çətinliklərlə əlaqədar tələb narahatlıqlarının artırması fonunda 3 həftəlik bahalaşmadan sonra mart ayından bəri ən kəskin həftəlik itkisini yaşadı.
Cümə günü "Brent" fyuçersləri 51 sent artaraq 84.58$-a satılıb. "WTI" isə 48 sent artımla 82.79$-dan alıcı tapıb.
Səudiyyə Ərəbistanı və Rusiya ilin sonuna qədər tədarük ixtisarını davam etdirəcəklərini bildirsələr də, yüksək faiz dərəcələrinin qlobal artımı yavaşlatacağına dair narahatlıqlar səbəbindən yanacağa tələbatın azalması ehtimalları fonunda "Brent" həftəlik müqayisədə təxminən 11%, "WTI" isə 8%-dən çox ucuzlaşıb.
Yaxın Şərqdə artan geosiyasi risklər cari həftə ərzində neft qiymətlərinə təsir göstərə bilər.
Qiymətli metala gəldikdə isə, qızılın (XAUUSD) bir unsiya üçün qiyməti 9 günlük eniş tendensiyasından sonra, ötən həftənin son günü 1810$ səviyyəsindən dəstək alaraq bir qədər bahalaşdı və həftəni 1831$ səviyyəsində tamamladı. "Buğalar" qiyməti 1820$ həddinin üzərində saxlaya biləcəyi təqdirdə, artım tendensiyası davam edə bilər.
9 oktyabr tarixindən başlayan xəbər təqvimində isə Amerikada dərc olunacaq çərşənbə günü İstehsal Qiymətləri İndeksi, FOMC-un son toplantısının protokolları, cümə axşamı İstehlak Qiymətləri İndeksi, İşsizlik Müavinatı üçün Müraciət Edənlərinin Sayı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən yaxından izləniləcək.
EUR
Keçən həftənin əvvəli Avropa birjalarında satış yönümlü bir tendensiya gözə çarpsa da, həftənin ortasından sonra EURUSD məzənnəsi 1.0450 səviyyəsindən dəstək alaraq bahalaşmağa başladı və həftəni 1.0600 səviyyəsində tamamladı. Bu həftə isə diqqətlər Avropa Mərkəzi Bankının son toplantısının protokollarına və ECB sədri Kristin Laqardın çıxışına yönəlib.
Analitiklər inflyasiya və tənəzzül dilemmasının ən çox hiss olunduğu regionun Avropa olduğunu xatırladaraq, son vaxtlar açıqlanan məlumatların regionda inflyasiya təzyiqinin zəiflədiyini göstərdiyini bildiriblər.
Avropanın ən böyük iqtisadiyyatı olaraq göstərilən Almaniyada çərşənbə günü açıqlanacaq İstehlak Qiymətlərinin Manşet və Baza İndeksi göstəriciləri investorlarının diqqət mərkəzində olacaq.
Tarixində ilk dəfə eniş trendini 11 həftə davam etdirən EURUSD pariteti ötən həftəni 1.06$ səviyyəsində tamamladı. "Buğalar" qiyməti bu səviyyəsinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ardıcıl 11-ci həftə ucuzlaşan GBPUSD məzənnəsi 1.2040 həddini test etdikdən sonra, ötən həftənin ortalarından etibarən bahalaşaraq həftəni 1.2240 həddlərində bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, sənaye istehsalının həcmi, xüsusən də BoE sədri Endryu Beylinin çıxışı kimi önəmli statistik məlumatlar və əhəmiyyətli xəbərlər təsir edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin
Analitika Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı