Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
Qarabağ münaqişəsi bitdikdən sonra bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallıq regional əməkdaşlığın yeni fazaya keçməsini şərtləndirir.
İndi Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün regional səylərin birləşdirilməsinə çalışır.
Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın Rusiya ilə quru əlaqəsi yaranacaq və bu, Azərbaycan üzərindən keçən dəmir yolu vasitəsilə reallaşacaq.
Eyni zamanda Ermənistanın qonşusu İranla dəmir yolu əlaqəsi yarana bilər – bu isə əlavə iqtisadi imkanlar yaradır.
İran da Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır, çünki sanksiyalar altında qalan bir ölkə yeni regional əməkdaşlıq platformasından özünə pay götürmək istəyir.
Azərbaycan, Türkiyə, Rusiya, İran postmüharibə dövrünün regional əməkdaşlığı məsələsində eyni mövqeni nümayiş etdirir.
Bir neçə il öncə Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi.
Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetindən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib:
"Onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər”, - deyə Prezident əlavə edib.
Ona görə də İran üçün də, Ermənistan üçün bir-birini bağlayan iqtisadi telləri gücləndirmək məhz Zəngəzur dəhlizi vasitəsilə mümkün ola bilər.
Maraqlıdır ki, regional əməkdaşlıqda Gürcüstan qeyri-müəyyən mövqedədir. Gürcüstan üçün bu məsələdə potensial qazanc hələ aydın deyil, ölkə hələlik Ermənistanla Rusiya arasında quru yolu keçidi olmaqdan faydalanır. İşğalda olan Abxaziya üzərindən Rusiya-Ermənistan dəmir yolu əlaqəsinin yaradılması isə etirazlar səbəbindən baş tutmayıb.
İndi Gürcüstan üçün alternativlər təqdim edilir, bu isə təbii ki, ölkənin tranzit gəlirlərini müsbətə doğru dəyişə bilər.
Lakin hələlik Gürcüstan ehtiyat edir, amma bunun aydın və konkret cizgiləri yoxdur.
Prezident İlham Əliyev Gürcüstanın yeni regional əməkdaşlıqda cari mövqeyi ilə bağlı bunları qeyd edib:
"Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir”.
Tbilisi Rusiya ilə dəmir yolu əlaqələrinin qurulmasını nəzərdən keçirə bilər, ancaq bunun mümkünlüyü sual altındadır. Gürcüstan Rusiya ilə Abxaziya vasitəsilə dəmir yolu bağlantısı qura bilər ki, bu da real deyil, çünki həmin ərazilərdə qondarma qurum yaradılıb və Gürcüstanın ərazi bütövlüyünə təhdiddir.
Bunu nəzərə alaraq, Gürcüstanın Cənubi Qafqazda yaranan geniş əməkdaşlıq formatında iştirakı ölkəyə ciddi dividend gətirə bilər.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)