Parlament ölçüsündə faydalı əməkdaşlığın yeni mərhələsi
19 May 2022, 16:24
19 May
2022
16:24
545
Əli Hüseynli
Milli Məclisin deputatı
Getdikcə qloballaşan dünyada beynəlxalq həmrəylik prioritet məsələyə çevrilib və təcrübə göstərir ki, bu prosesdə parlament diplomatiyasının rolu getdikcə artmaqdadır. Çünki mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə daha çox vəzifələr düşür. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) mayın 17-də Bakıda keçirilmiş Üçüncü Ümumi Konfransı böyük siyasi əhəmiyyətə malikdir.
Asiya qitəsinin 10 ölkəsinin (Azərbaycan, Türkiyə, Pakistan, İran, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan) birləşdıyi İƏT üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli faydalı əməkdaşlıq platforması rolunu oynayan və onun inkişafına əhəmiyyətli töhvə verən mühüm beynəlxalq regional qurumdur.
"Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuş toplantıda ötən dövrdə görülən işlərlə bağlı İkinci Ümumi Konfransın hesabatı iştirakçıların nəzərinə çatdırılıb. Mövzu olduqca aktualdır. Belə ki, COVID-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaradıb.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüsləri barədə iştirakçılar geniş məlumat əldə ediblər. Belə ki, Qoşulmama Hərəkatının sədri qismində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.
Dövlətimizin başçısı artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb.
Pandemiyaya qarşı mübarizə ilə bağlı, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə edilməsi sahəsində qəbul olunmuş qərarların qanunvericilik baxımından dəstəklənməsi çox önəmlidir. Digər tərəfdən, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional əməkdaşlıq formatları postpandemiya dövründə bərpa məsələləri üzrə səylərin birləşdirilməsi və həmrəyliyin nümayiş etdirilməsi baxımından yaxşı imkanlar vəd edir. Ona görə də mövcud dialoq çərçivəsində aparılan fikir və təcrübə mübadilələrinin, irəli sürülən yeni ideyaların, parlamentlərin mümkün birgə fəaliyyət təşəbbüslərinin bu prosesə töhfə verəcəyinə inam böyükdür. Region ölkələrinin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsi artıq yeni çağırış olaraq zamanın vacib tələbinə çevrilib.
Konfrans bir sıra mühüm məqamlarla yadda qalıb. Toplantıda Bakı Bəyannaməsi təsdiq edilib. Həmçinin növbəti mərhələ üçün sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib.
Regionda sosial-iqtisadi tərəqqiyə təkan vermək baxımından bu beynəlxalq miqyaslı tədbir özündə vacib məqamları ehtiva edir. İƏTPA-nın Üçünçü Ümumi Konfransının Azərbaycanda keçirilməsi həm də 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin bölgədə yaratdığı yeni reallıqların nümayişi baxımından əhəmiyyətlidir. Toplantının gedişində Ermənistanın Azərbaycana 30 illik təcavüzü və münaqişənin həlli ilə bağlı müfəssəl məlumat alan iştirakçılar növbəti gün Şuşa şəhərinə səfər çərçivəsində bir tərəfdən erməni vəhşiliyinin izlərini, digər tərəfdən isə azad Qarabağda vüsət alan bərpa və abadlıq işlərini əyani şəkildə müşahidə etmək imkanı əldə ediblər.
Bu, həm də üzv dövlətlərin sülh və tərəfdaşlıq tərəfdarı olan dövlətimizin qüdrətinə inamının güclənməsi və onların diqqətinin bu ərazidəki yeni quruculuq prosesinə cəlb edilməsi baxımından mühüm amildir. Belə ki, bütövlükdə regionun iqtisadi potensialının tam şəkildə reallaşdırılması üçün mühüm şərt kimi nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyası mühüm aktuallıq kəsb edir. Ən müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan bu istiqamətdə öz imkanlarını tərəfdaşlarına təqdim edir. Zəngəzur dəhlizinin açılması ilə İƏT ölkələri üçün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən bəhrələnmək imkanı yaranır.
Üçüncü Ümumi Konfransın yekunları həm də xalqlarımızın birgə tarix, mədəniyyət, ənənələr və din ətrafında birləşdiyini bir daha nümayiş etdirdi. Üzv ölkələrin nümayəndələri öz çıxışlarında təşkilatın hədəf və məqsədlərini reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlər arasında əlaqələrin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əmin olduqlarını ifadə etmiş, ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu barədə fikirlərini bölüşmüşlər.
Beləliklə, Azərbaycan dövləti parlament ölçüsündə əlaqələrin gücləndirilməsinə böyük diqqət yetirir, parlament diplomatiyası regional inteqrasiya və inkişafa töhfələr verməkdə davam edir. Üzv parlamentlər arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edən addım olaraq Milli Məclis tərəfindən İƏTPA-nın Nizamnaməsinin ratifikasiya olunması onun bu qurum çərçivəsində fəaliyyətinə xüsusi önəm verdiyinin nümayişidir.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)