"Milli birliyimizi pozmağa çalışan təxribatçılar xəyanət yolu tutublar" - QHT-lər bəyanat yaydı
15 İyul 2020, 20:13
15 İyul
2020
20:13
1206
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları orduya dəstək yürüşündə baş verən təxribatla əlaqədar bəyanat yayıb.
7News.Az həmin bəyanataı təqdim edir
"Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlərlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onun xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını darmadağın edərək canlı qüvvəsini məhv edib. İşğalçılar çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olub.
Ağır döyüşlər zamanı general-mayor Polad Həşimov, həmçinin, bir neçə zabit və əsgərimiz qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid olub. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə vətəni bərabər qoruduqlarını göstərən böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Eyni zamanda Ermənistanın artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu qətlə yetirilib. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, qadınları və uşaqları öldürmək erməni faşizminin və barbarlığının növbəti təzahürüdür. Tovuz rayonunda gedən döyüşlər bir daha onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa, düşmənin istənilən təxribatının və həmləsinin qarşısını almağa və işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Təəssüflə bildiririk ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, Azərbaycanın mülki əhalisini ağır silahlardan atəşə məruz qoyması, suveren ərazimizə hücum etməsi ilə bağlı məlumatlandırsa da, beynəlxalq təşkilatlar təcavüzkar dövlətə qarşı heç bir əməli tədbir görmür. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.
Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində "Qarabağ!”, "Orduya dəstək!” "Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edib. Dəstək aksiyaları paytaxtla yanaşı ölkəmizin Xırdalan, Sumqayıt və digər şəhərlərində də keçirilib. Bu onu göstərir ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.
Bununla belə, təəsüflər olsun ki, bir qrup insan vətənpərvərlərin dünənki gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışıb. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib və orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq Milli Məclisin binasına qeyri-qanuni yolla daxil olaraq içəridəki avadanlığa zərər vurub, təxribat törədib. Bu zaman həmin qrup üzvləri tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş verib. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd ediblər.
Azərbaycan güclü dövlətdir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Biz, ictimai sektorun nümayəndələri olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin olunması və erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirik. Biz vətəndaş mövqeyi göstərərək milli birliyimizi və bərabərliyimizi pozmağa çalışan təxribatçılara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq".
Qeyd: Bəyanat ölkədə fəaliyyət göstərən 846 QHT tərəfindən qəbul edilmişdir.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat