"Karabakh İs Azerbaijan!" milli platforması beynəlxalq platformaya çevrilir
10 Avqust 2020, 19:27
10 Avqust
2020
19:27
1188
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər" fikirlərə əsaslanaraq "Azərbaycan Diaspor Könüllüləri" adlı yeni proqrama başlayıb. Milli.Az-ın müsahibi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinatoru Bəxtiyar Rəhimovdur.
- Xoş gördük Bəxtiyar müəllim. Bildiyimiz kimi ötən il "Azərbaycan Diaspor Könüllüləri proqramı"na start verildi. Diaspor Könüllüləri ilə iş üzrə koordinator kimi gəncləri könüllülük fəaliyyətinə cəlb etmək sizin üçün çətin olmadı ki?
- Bu məsələyə diqqət ayrıdığınız üçün təşəkkür edirəm. Bu günə qədər 1250-dən çox gənc Azərbaycan Diaspor Könüllülüsü olmaq üçün müraciət edib. Komitədə onlarla mərhələli şəkildə görüşlər təşkil edilib, qruplara bölünərək könüllülük fəaliyyətinə cəlb olunublar. Buna görə Diaspor Könüllüsü olmaq istəyən gəncləri bu fəaliyyətə cəlb etmək düşünürəm ki, çətin olmadı. Çünki, bizim məqsədimiz vardı, onların isə marağı.
Gənclərlə işləmək həm məsuliyyətli, həm çətin, həm də şərəfli işdir. Hər bir gəncə fərdi yanaşma lazımdır. Fərqli yanaşmaları, fərqli psixologiyaları var.
- Qısa müddət ərzində Diaspor Könüllüləri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün bir sıra işlər görüblər. Xahiş edirəm bu istiqamətdə görülmüş işlər barədə oxucularımıza da məlumat verin.
- Qarabağ məsələsi hər bir azərbaycanlı üçün bir an belə yaddan çıxmayan bir məsələdir. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə bəyan edilməsi Azərbaycan dövlətinin siyasətində priorotet təşkil edir. Ölkə rəhbəri möhtərəm İlham Əliyev tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu ilə bağlı səsləndirdiyi cəsarətli və sərt bəyənatlar, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası və s bunu bir daha təsdiq edir. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini də məhz Azərbaycan həqiqətlərinin təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaq təşkil edir. O cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşlarının da keçirdikləri bütün görüşlərdə Dağlıq Qarabağ problemi, torpaqlarımızın işğaldan azad edilməsi, həqiqətlərin təbliği kimi məsələlər daim əsas xətt olub.
Təbii ki, Diaspor Könüllüsü olan gənclərlə də keçirilən görüşlərdə, gənclərin qatıldığı təlimlərdə qeyd edilən məsələlər prioriotet olub. Bunun məntiqi nəticəsi olaraq;
- Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarını Aprel Qəhrəmanlarının şah əsəri olan "Böyük qayıdışın başlanğıc nöqtəsi" Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;
- 9 noyabr Bayraq günündə Diaspor Könüllüləri müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclərlə bununla bağlı müəyyən videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıblar. Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 9 noyabr 2019-cu il tarixində xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar verib;
- XX əsrin bəşəri cinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə "Xocalıya ədalət!" kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.
-Azərbaycan Diaspor Könüllüləri möhtərəm cənab Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq "Karabakh İs Azerbaijan!" adlı YouTube kanalının yaradılmasına təşəbbüs göstərib və belə bir kanal yaradılıb. Eyni zamanda Diaspor Könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə "Karabakh is Azerbaijan! Milli platformasının yaradılması haqqında qərar qəbul edilib və platformanın tədbirlər planı çərçivəsində işlər gedir.
- Diaspor könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14-15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;
- Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan şəbəkələşmiş vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, emaillərinə rus, fransız və ingilis dillərində 1000-lərlə məktub ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və konqresmenləri beynəlxalq hüquq və normalar çərçivəsində çıxış etməyə səsləyiblər.
- Diaspor Könüllülərinin təşəbbüsü ilə minlərlə gənci ətrafında birləşdirən "Karabakh is Azerbaijan!" milli platforması da yaradılıb. Bu platformanın yaradılmasında əsas məqsəd nədir? Platformanın faəliyyəti əsasən hansı istiqamətlərdə aparılır?
- Qeyd edim ki, Diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" milli platformasının yaradılması haqqında qərar qəbul edilib və platformanın tədbirlər planı çərçivəsində işlər gedir. Platformanın tərkibində "Karabakh is Azerbaijan!" Youtube kanalı, Facebook səhifəsi və qrupları, Twitter profili, İnstaqram səhifəsi, Telegram və Whatsapp qrupları və s yaradılıb. Yaxın zamanlarda bir neçə dildə fəaliyyət göstərən saytların təqdimatı keçiriləcək.
Məqsəd Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, "Qarabağ Azərbaycandır!" ifadəsinin bütün dünyada qəbul etdirilməsi, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gəncləri Vətənimizin təbliğ olunmasına mütəşəkkil şəkildə səfərbər etməkdir. Ümumilikdə isə, düşünürəm ki, bu ad bütün sülhsevər, Azərbaycansevər insanları öz ətrafına toplaya biləcəkdir.
- Qısa müddət ərzində "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadının yaradılması təqdirəlayiq haldır. Ümumiyyətlə, bu platformada birləşən gənclər haqq səsimizi dünyaya çatdıra bilirlərmi?
- Bəli, "Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşan "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq bölməsi yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır! deyir" mövzusunda süjet hazırlanıb. "Karabakh is Azerbaijan" YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.
- Ümidvarıq ki, Platformanın fəaliyyəti davamlı olacaq. Bəs gələcəkdə platforma ilə bağlı hansı işlərin görülməsi nəzərdə tutulur?
- Plastforma vasitəsilə, hələlik azərbaycan, rus və ingilis dillərində geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araşdırmalar, analitik yazılar, xarici müəlliflərin Qarabağla bağlı tədqiqat xarakterli ciddi elmi-kütləvi kitabları, müsahibələr, bir sözlə, Qarabağla əlaqədar hər şey beynəlxalq ictimaiyyətə çatdırılacaq. Eyni zamanda, bu platformanın ölkəmizin yeni nəsil nümayəndələri, 50 milyonluq soydaşlarımız və onların xaricdəki dostları, həmyaşıdları, dünyanın sülhsevər insanları üçün düzgün, həqiqi faktlara əsaslanan dəyərli bir mənbə olcağına da ümid edirik.
7News.Az
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat