Əli Həsənov: Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələrkən ən mükəmməl yolu - Azərbaycan Xalq Cumhuriyyətinin müəyyən etdiyi inkişaf yolunu seçdi
Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası" mövzusunda elmi-praktik konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin xatirində daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.
A.Quliyev deyib ki, Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir: "Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi, Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi”.
Şura sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev başladığı böyük dövlət quruculuğunu İlham Əliyev kimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq QHT-lərlə əməkdaşlıq kursu yeridir: "İlk dəfə Azərbaycan hakimiyyəti məhz Heydər Əliyevin hakimiyyəti dövründə QHT-lərə tərəfdaşı kimi baxmağa başladı və bunun nəticəsi olaraq, Azərbaycan Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bu gün də Şura öz fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir".
Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev 15 ildir ki aramızda olmasa da, millətini, xalqını sevən, sağlam ruhlu hər bir azərbaycanlının ürəyində yer tutur.
Şöbə müdiri deyib ki, ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin ön sırasında onun 1993-cü ildə Azərbaycan dövlətini xilas etməsi missiyası dayanır:
"Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü Heydər Əliyevin xilaskarlıq missiyasının başlandığı ən ali dəyərdir. Heydər Əliyev Azərbaycan dövlətini real məhv olma təhlükəsindən xilas etdi. Bu xilaskarlıq missiyası Azərbaycan tarixində məhz onun - Ulu Öndərin adına yazıldı. 1993-cü ildə Heydər Əliyev Azərbaycana qayıdaraq qurtuluş missiyasına başlayanda ölkədə vətəndaş müharibəsi gedirdi. Heç kimə sirr deyil ki, artıq regionlar bir-birinə qarşı, ölkənin ictimai-siyasi institutlarının hər biri bəlli qrupları, öz ətrafındakı silahlı dəstələri birləşdirərək Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar. Bunun da başında o dövrdə adını siyasətçi qoymuş, hakimiyyəti ələ keçirən insanlar dayanırdı".
Prezidentin köməkçisi əlavə edib ki, Heydər Əliyevin xidmətlərindən biri
vətəndaşların milli birliyini yaratması oldu:
"Heydər Əliyev hakimiyyətə qayıdan kimi bütün azərbaycanlıları vahid bir amal ətrafında bir araya gətirərək milli birlik yaratmasaydı, Azərbaycan dövlətinin gələcəyindən danışmaq olmazdı. Odur ki, bu gün də inkişafımızın təməlində milli birlik əsasında bərqərar olmuş sabitlik dayanır. Ümummilli Lider hakimiyyətə gələn gün müraciət edərək bildirdi ki, hər bir azərbaycanlı "Dövlət mənim üçün nə etdi?" deməli deyil, "Mən vətənim üçün nə edə bilərəm?" deyə düşünməlidir".
Ə.Həsənov bildirib ki, Heydər Əliyevin əsas xidmətlərindən biri də azərbaycançılıq ideyasını dövlət səviyyəsinə gətirməsi oldu:"Ümummilli liderin əsas xidmətlərindən biri də Azərbaycanın siyasi, ictimai inkişafının istiqamətlərini müəyyən etməsi və bunu Konstitusiyada təsbit etməsi oldu. 1993-cü ildə Azərbaycan müxtəlif modellər seçə bilərdi. Ümummilli Lider hakimiyyətə gələrkən başqa model də seçə bilərdi. Əminəm ki, Heydər Əliyevin nüfuzu o zaman elə güclü idi ki, hansı modeli seçsəydi, qəbul olunardı. O isə məhz ən mükəmməl yolu - Azərbaycan Xalq Cumhuriyyətinin müəyyən etdiyi inkişaf yolunu seçdi".
Ə.Həsənov bildirib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında önəmli rol oynayır. Ümummilli Liderin qurduğu Azərbaycan nəinki regionun aparıcı ölkələrindən biridir, eləcə də dünyada böyük nüfuza malikdir.
Tədbirdə daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin təqdimatı keçirilib.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "Heydər Əliyev və Azərbaycanının inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş yeni mahnının təqdimatı olub.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)