“Diaspor təşkilatları aralarında bu məlumat boşluğu dolub”
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Təbliğat, informasiya və analitik təhlil şöbəsi, İnformasiya texnologiyaları və texniki təchizat sektorunun müdiri Cahid İsmayıloğlunun "Qafqazinfo”ya müsahibəsi.
- 2018-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi infoqrafik diaspor xəritəsini yaratdı. Bu xəritənin yaradılmasında əsas məqsəd nədən ibarət idi? Ötən müddət ərzində Komitə qarşıya qoyduğu məqsədlərə nail ola bilib?
- Diasporla İş üzrə Dövlət Komitəsinin əsas hədəflərindən biri, hətta deyərdim birincisi, xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təsis etdiyi diaspor təşkilatları ilə bütün istiqamətlərdə sıx əməkdaşlığın qurulmasıdır. Məlum olduğu kimi, bu hədəflər ölkə hüdudlarından xeyli uzaqdadır və sayı milyonlarladır. İndi diaspor quruculuğu işinə yeni yanaşma informasiya-kommunikasiya texnologiyalarının imkanlarının bu prosesə geniş miqyasda tətbiqini zərurətə çevirib.
Artıq iki ilə yaxındır ki, Dövlət Komitəsi olaraq innovasiyaların, yüksək texnologiyaların diaspor quruculuğu prosesinə tətbiqinin yollarının axtarışındayıq və milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli informasiya resurslarının yaradılması və bu resurslara çıxışı təmin etmək istiqamətində ciddi addımlar atılır.
Nəzərə alsaq ki, bu istiqamətlərin tətbiqi məsələsinə biz sıfırdan başlamışıq, ideyaların reallaşdırılması və konkret məhsulun üzə çıxarılması bizim üçün bir çox mərlələrin təməlini təşkil edir. "Diasporamap.com – Diaspor xəritəsi” elə bu mələlərə çəkəcəyimiz konkret misal ola bilər. Diaspor təşkilatlarının cəmləşdiyi bu interaktiv xəritəni istifadəyə verdiyimiz ilk vaxtlarda bazada olan mövcud məlumatları etibarlı mənbə hesab etməyimiz doğru olmazdı. Ancaq bu gün biz bu məlumatları etibarlı mənbə hesab edirik. Çünki platforma zaman içində, çox qısa bir vaxt ərzində təkmilləşdi və etibarlı bir mənbəyə çevrildi. Əlbəttə ki, bu prosesi sürətləndirən platformanın texniki və innovativ, interaktiv imkanlar oldu. Bu istiqamətdə biz qarşıya qoyulan məqsədə nail ola bildik.
- Diaspor xəritəsinin əhatə dairəsi barədə məlumat verməyinizi xahiş edirəm. Ümumiyyətlə, 2020-ci ilin əvvəlinə olan statistik göstəricilər barədə nə deyə bilərsiniz?
- "Diaspor xəritəsi” platforması dünyada mövcud, azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarının virtual məkanda koordinasiya olunmasına zəmin yaradır. Yəni, dünyanın harasında yaşamasında asılı olmayaraq hər bir kəs bu sayta daxil olur, yaşadığı yerdə hansı təşkilatların olduğu haqqında konkret informasiya əldə edir, onlarla operativ əlaqəni qurur, eləcə də əksinə, mövcud təşkilatlar platformanın idarəçisinə özü haqqında məlumat ötürür, təşkilatın mütəmadi dəyişən məlumatları barədə xəbərdar edir və güncəl olmasını təmin edir. Platformadakı informasiyalar demək olar ki, günbəgün yenilənir, dəyişir. Ona görə statistikada mövcud diaspor təşkilatlarının və ölkələrin sayı tez-tez fərqli rəqəmlərlə qarşımıza çıxır. Misal üçün 48 ölkəni əhatə edən platforma bu ay içində 49 ölkə olaraq dəyişdi. Çünki Böyük Lüksemburq Hersoqluğunda bir təşkilat haqqında məlumat xəritəyə əlavə edildi və avtomatik ölkə sayı 49 oldu.
- Diasporla İş üzrə Dövlət Komitəsi diasporların səmərəli fəaliyyətinin təşkil olunması ilə yanaşı, həm də bu sahədə yaranmış informasiya boşluğunu aradan qaldırmaq üçün bir sıra innovativ yeniliklərə imza atıb. Bu innovativ yeniliklərdən biri də infoqrafik diaspor xəritəsinin yaradılmasıdır. Bu xəritə Komitənin fəaliyyətinə necə təkan verəcək?
- İnformasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı, istifadəçiyə çatdırılması və bu istiqamətlərdə informasiya texnologiyalarından istifadə işimizin əsas bir hissəsini təşkil edir. Get-gedə, vaxtilə yaranmış və daşlaşmış informasiya boşluğu demək olar ki, aradan qalxıb. Dünya xəritəsini və eləcə də "Diaspor xətirəsi”ni qarşımıza qoysaq, dünyanın elə bir nöqtəsi yoxdur ki, oradan komitəyə informasiya daxil olmasın. Bu proses saniyələr ərzində baş verir və nəticəsini də elə həmin anda hiss edirik.
Hal-hazırda biz "Bir toxunuşla Diasporla İş üzrə Dövlət Komitəsi” ideyası üzərində işləri tamamlamaqdayıq. Həm veb üzərindən, həm də mobil tətbiqdən bir toxunuşla Diasporla İş üzrə Dövlət Komitəsinin bütün fəaliyyətinə və dünyada mövcud diaspor təşkilatılarının virtual informasiya məkanına çıxış əldə ediləcək.
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya məsələsi infoqrafik diaspor xəritəsinin köməyi ilə həll oluna bilərmi?
- "Diaspor xəritəsi” platformasının əsas qayəsi diaspor təşkilatlarının virtual məkanda koordinasiya olunmasına zəmin yaratmaqdır. Biz hiss edirik ki, diaspor təşkilatları aralarında bu məlumat boşluğu dolub və bu platformanın sayəsində reallaşıb. Komitə bu gün platformanın imkanlarını artırmaq, məlumatların yenilənmə operativliyini təmin etmək haqqında düşünür və işi bu istiqamətdə qurur.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI