“Zəngəzur Azərbaycan tarixinin ayrılmaz parçasıdır” – Millət vəkili Ramil Həsən
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Ramil Həsən Prezidentin dünənki çıxışına münasibət bildirərkən deyib: "Azərbaycan Prezidenti dünən verdiyi müsahibə ilə Azərbaycan dövlətinin və Azərbaycan xalqının təhlükəsizliyinin qarantı olduğunu bir daha dünya ictimaiyyətinə sübut etdi və göstərdi. Şübhəsiz ki, Azərbaycan dövlətinin bölgədə yerləşmiş olduğu geostrateji mövqeyi, 30 illik böyük həsrətdən sonra Azərbaycan xalqının öz torpaqlarına, yurduna və yuvasına dönməklə bağlı başlatdığı 2-ci Qarabağ savaşı və 2-ci Qarabağ Vətən müharibəsi çərçivəsində düşmən tapdağından, Azərbaycan xalqına qarşı hiyləgərcəsinə, qəddarcasına oyunlar qurmuş düşməndən torpaqlarımızın azad olunması və bu istiqamətdə həyata keçirilən bütün proseslərdə Ali Baş Komandan, cənab İlham Əliyevin göstərdiyi xüsusi qəhrəmanlıq, müzaffər Azərbaycan ordusunun canı və qanı ilə torpaqları azad etməsi bir çox şəxsləri, bir çox dövlətləri və bir çox qüvvələri ciddi şəkildə narahat etməkdədir.
Ermənistanda revanşist qüvvələrin baş qaldırmaq cəhdləri, Ermənistan ordusunun mobilizasiya edilib Azərbaycan torpaqlarını yenidən işğal etməklə bağlı sərsəm xülyalar səsləndirməsi və əlbəttə ki, onlara dəstək verən, onların dəyirmanına su töküb, onları bu istiqamətdə həvəsləndirib, Azərbaycanın geopolitik və strateji müstəvidə atdığı addımlara zərər vermək cəhdləri dünən cənab prezident İlham Əliyevin Zəngəzurla bağlı, Qarabağla bağlı, Rusiya sülhməramlıları ilə bağlı, Şuşa şəhərinə atılan İskəndərlə bağlı verdiyi xüsusi bəyanatda açıq və aydın şəkildə ortaya qoyuldu və Azərbaycan dövlətinin mövqeyi bir daha çox sərt amma beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ifadə olundu.
Ölkə rəhbərimiz Zəngəzurla bağlı fikirlərində təmamilə haqlıdır. Ölkə rəhbərimiz açıq və aydın şəkildə Zəngəzurun əzəli və əbədi torpaqlar olaraq Azərbaycana aid olduğunu, Azərbaycanın tarixi torpaqları olduğunu, Azərbaycan xalqının minillər boyu o torpaqlarda yaşadığını bir daha dünya ictimaiyyətinə çatdırdı.
Mən şəxsən özüm də Zəngəzurda doğulub, boya başa çatmış bir şəxs kimi, qeyd edə bilərəm ki, bizim dədə baba torpaqlarımız olan, cənab prezidentin şəxsən dönə-dönə vurğuladığı dünənki mesaj, əslində, revanşist qüvvələrə bir dəmir yumruğun mesaj yolu ilə çatdırılması idi.
Amma və lakin, Azərbaycan dövlətinə, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, Azərbaycan dövlətinin torpaqlarına və Azərbaycan xalqına qarşı yenidən qəddarlıq, yenidən iyrənccəsinə metodlardan istifadə edərək bizim torpaqlarımıza, vətəndaşlarımıza zərər vermək cəhdi ilə bağlı atılacaq hər hansı bir addım Azərbaycan prezidenti, Ali Baş komandanın vurğuladığı kimi dəmir yumruqla dərhal və yerində əziləcəkdir.
Azərbaycan artıq 30 il bundan öncəki Azərbaycan deyildir. Azərbaycan çox sürətlə inkişaf edən, Azərbaycan bölgədə öz sözünü deyən, bölgə xalqlarının dostluğuna, birliyinə və bərabərliyinə, qarşılıqlı ünsiyyətinə, hər kəsin əminəmanlıq və sülh şəraitində, təhlükəsizlik şəraitində yaşamasına kömək etmək üçün tolerans yanaşan humanist bir dövlətdir. Amma eyni zamanda, Azərbaycan güclü dövlətdir. Azərbaycan qətiyyətli dövlətdir. Azərbaycanın qətiyyətli lideri vardır və Azərbaycan xalqı ölkə rəhbərinin, Ali Baş komandanın rəhbərliyi altında Azərbaycana qarşı istənilən təcavüz cəhdini dərhal və yerində məhv etmək qabiliyyətinə və təcrübəsinə sahibdir ki, bunu bizim düşmənlərimiz 44 günlük Qarabağ Savaşında və Qarabağ Zəfərində canlı şahidi olub, dəmir yumruğun dadının nə dərəcədə olduğunu çox gözəl şəkildə anlayır və dərk edirlər.
Eyni zamanda cənab prezident Rusiya sülhməramlıları ilə bağlı dediyi cümlələrdə "ümid edirdik ki” deyə bir ifadə işlətdi. Yəni bu, Azərbaycan dövlətinin xoş niyyətinin bütün dövlətlərlə sülhlə, əmin amanlığın, təhlükəsizliyin bölgəyə gəlməsi üçün bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu, strateji əməkdaşlıq çərçivəsində dövlətlərarası münasibətlərdə hər zaman dediyi sözün üzərində durduğunu, ədaləti, haqqı müdafiə etdiyini amma eyni zamanda öz ölkəsinin maraqlarını da əsla və əsla heç kimsəyə və ya hər hansı bir dövlətə qurban vermədiyini də bir daha vurğuladı.
Buna görə də biz də buradan fikrimizi, ölkəmizin Milli Məclisinin üzvləri olaraq bir daha qeyd etmək istəyirik ki, əgər Azərbaycan dövlətinin ərazisində, bu gün Xankəndində, Laçın koridorunda Rusiya sülhməramlıları mövcuddursa və onlar oralara gəlirlərsə, bunun icazəsini Azərbaycan dövləti vermişdir. Açıq və aydın şəkldə dərk etmək lazımdır ki, 9 mayda qələbə paradı keçirməklə bağlı sərsəm ideyalara düşən və bunun üçün Rusiya sülhməramlılarını da alət kimi istifadə edən qüvvələr başa düşməlidilər ki, dəmir yumruq və Azərbaycan xalqının birliyi, həmrəyliyi zirvənin ən uca nöqtəsindədir və o nöqtədə də İlham Əliyev kimi böyük şəxsiyyət və Ali Baş komandan durmaqdadır. Ona görə də Azərbaycanın ərazisi içərisində Azərbaycan dövlətinin icazəsi olmadan, Azərbaycan dövlətinin rəhbərinin bilavasitə qanuni şəkildə icazə verəcəyi istiqamətlər olmadan, nə Rusiya sülhməramlıları, nə də başqa törtöküntülər bu istiqamətdə addım atmaq səlahiyyətinə malik deyillər.
Azərbaycan hüquq müstəvisində öz mübarizəsini bugün də davam etdirməkdədir. Azərbaycan prezidentinin dünənki çıxışında qeyd etdiyi kimi, bəli biz təzminatı Ermənistandan sökə sökə alacayıq. Rusiya sülhməramlılarına da Azərbaycan tərəfindən verilən xoş niyyət, xoş rəftar doğru anlaşılmalıdır. Heç kəs bundan sui istifadə etməməlidir. Azərbaycan dövlətinin ərazi bütövlüyünə və ölkəmizin konstitusiyasına ziddiyət təşkil edəcək, atılacaq hər bir addım qanun çərçivəsində dövlətimizin bütün müvafiq qurumları tərəfindən dərhal və yerində dayandırılmaq gücünə sahibdir.
Azərbaycan və Türkiyə strateji əməkdaşlığını da mütləq və mütləq qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə strateji əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində hərbi, siyasi və bir çox sahələrdə bizim əlaqələrimiz günü gündən möhkəmlənməkdədir. Bu qardaşlıq münasibətlərinin ən yüksək nöqtəsi olaraq qəbul edilməkdədir. Ona görə də bizim dostluğumuz və qardaşlığımızın, cənab prezidentimizin də hər zaman vurğuladığı kimi, bir və bərabər şəkildə fəaliyyətimizin yeganə məqsədi torpaqlarımızın, dövlətlərimizin sabitliyini, təhlükəsizliyini təmin etmək, bütün xalqlara qarşı eyni münasibət bəsləmək və eyni zamanda ölkələrimizin milli maraqlarını da hər zaman qorumaqdan ibarətdir ki, ölkə rəhbərimiz bu istiqamətdə gecə gündüz demədən çalışmaqdadır.
Cənab prezidentin dünən Zəngəzurla bağlı xüsusi vurğuladığı mesajı da mən bir daha xüsusi şəkildə qeyd etmək istəyirəm. Mesaj bundan ibarətdir. Ya Ermənistan dövləti öz xoşu ilə imzaladığı bəyanatın ruhuna uyğun olaraq, Zəngəzur koridoru ilə bağlı addımlar atacaqdır, ya da Azərbaycan büytün qanuni və hüquqi imkanlardan istifadə edərək Ermənistan dövlətini altına imzasını atmış olduğu o bəyanatı icra etməyə məcbur edəcəkdir.
Ona görə də bundan başqa başqa şeylər çıxartmaq yerinə, açıq və aydın şəkildə dövlət başçımızın dediyi fikirləri diqqətlə dinləmək lazımdır, şərhsiz dinləmək lazımdır və ölkə rəhbərimizin verdiyi bəyanat dəmir yumruğun hazır olduğunu, qanunun və hüququn üstünlüyü, Azərbaycan dövlətinin tarixi torpaqları ilə bağlı əsla və əsla öz fikir və düşüncəsindən vaz keçmədiyini, biz tarixi torpaqlarımıza 101 ildən sonra qayıdacayıq dediyi zaman, cənab prezidentimizin vurğuladığı fikri hər birimiz hərtərəfli şəkildə, cani gönüldən dəstəkləyirik və inanırıq ki, bəli biz Zəngəzura qayıdacayıq. Şəxsən mən o torpaqlarda doğulub, boya başa çatan bir şəxs kimi ora qayıtmaq istəyirəm, bu mənim haqqımdır. Cənab prezidentin verdiyi bəyanatın ruhuna, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq da bir vətəndaş kimi, doğulub boya başa çatdığımız torpaqlarımıza getmək, oraları görmək, dədələrimizin, babalarımızın məzarlarını ziyarət etmək bizim haqq və hüququmuzdur. Biz beynəlxalq hüquqdan, beynəlxalq ictimaiyyətdən də bunu tələb edirik və etməyə də davam edəcəyik. Dövlətimizin gücü də bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin bu istiqamətdə, Qarabağımızın təmamən çiçəklənməsi və bərqərar olması, Qarabağımızın inkişafı, Azərbaycanın inkişafı, torpaqlarımızın düşmən tapdağından qurtarıldıqdan sonra təmamən təhlükəsizliyinin təmin olunması, ölkəmizə və bölgəmizə sülhün, əmin əmanlığın, firavanlığın və təhlükəsizliyin gəlməsi ilə bağlı atacağı hər bir addım 10 milyonluq Azərbaycan xalqı tərəfindən və mən əminəm ki, bütün bölgə tərəfindən tam şəkildə dəstəklənir və dəstəklənməkdə davam edəcəkdir.
Azərbaycan birdir, Azərbaycan güclüdür, Azərbaycan qüdrətlidir, Ali Baş komandanımızın yanındayıq. Qarabağ bizimdir və Zəngəzura geri dönəcəyik!”Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI