Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Fevralın 4-də komissiyanın iclası keçirilib.

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub.

İclasda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib.

Xəbər lenti