"Təhsilimizin inkişafını əngəlləyən məsələlər haqqında açıq danışmalıyıq"
23 Dekabr 2021, 17:02
23 Dekabr
2021
17:02
757
7NEWS.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib: "Hər bir dövlətin gələcəyi vətəndaşlarının təhsil səviyyəsindən və dünyagörüşündən asılıdır. Təhsil nəinki bütövlükdə cəmiyyətin, ayrı-ayrılıqda onun hər bir fərdinin həyatının ayrılmaz hissəsidir və bu baxımdan təhsil sahəsində baş verən istənilən dəyişikliyə, yeniliyə, hətta sıradanbir hadisəyə, peşəsindən asılı olmayaraq, istənilən şəxsin reaksiya verməsi, münasibət bildirməsi təbii qəbul olunmalıdır. Amma bununla yanaşı, təhsilin həm də xüsusi və həssas yanaşma tələb edən bir sahə olduğu, onun ən müxtəlif formada gözdən salınmasına xidmət edən davranışların işığa, inkişafa deyil, qaranlığa xidmət etdiyi unudulmamalıdır.
Təhsilin gözdən salınması cəhalətə, xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir.
Bu gün təhsil sisteminin müasir çağırışlara cavab verməsi istiqamətində yeni addımların atılmasına və təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi zəruridir. Bu gün Azərbaycan təhsilində islahatların davam etdirilməsi və neqativ halların qarşısının alınması üçün subyektiv, fraqmentar yanaşmalar, inzibati amirlik metodlarından istifadəni deyil, hüquqi, normativ tənzimləmələri əsas götürən sistem yaradılması başlıca hədəf olmalıdır.
Proses, uzun illərdən bəri təhsil sistemindəki bütün neqativ amillərdən faydalananların ciddi müqaviməti ilə qarşılaşdığı üçün də kövrəkdir və daha qətiyyətli addımların atılmasını, problemlərin olduğu kimi dilə gətirilməsini tələb edir. İstənilən sahədə şəffaflığın, cavabdehliyin təmin edilməsi üçün ilk növbədə problemlərin özünü "şəffaflaşdırmaq”, hamının görə biləcəyi bir müstəviyə çıxarmaq lazımdır. Təhsil nazirinin bu istiqamətdəki səyləri də, məhz mövcud problemlərin, həm də ictimaiyyətin dəstəyi ilə aradan qaldırılması, mümkün çatışmazlıqların olduğu kimi təqdim olunmasına xidmət etdiyi üçün tənqidlə yanaşı, həm də təqdir olunmalıdır. Nazirin fikirləri doğru oxunmalı, şəffaflıq üçün mezanizmlər tapılmalı, məktəblərə ianə sistemi rəsmi olmalıdır.
Təhsil kimi hər birimiz üçün vacib olan sahə ilə əlaqədar müzakirələrdə populizm, yalançı pafos, demaqogiyanı yox, açıq müzakirələri, məhsuldar fikir mübadiləsini, rasional, həll yolları təklif edən yanaşmaların, modellərin müzakirəsini təqdir etməliyik.
Cəmiyyət olaraq problemlərimiz, təhsilimizin inkişafını əngəlləyən bütün digər məsələlər haqqında açıq danışmağı bacarmalı və həlli prosesində də birlikdə iştirak etməliyik. Çünki təhsilin problemləri cəmiyyətin və onun hər bir fərdinin problemləridir.
Biz məktəb, müəllim və valideyn arasında dialoqun başlamasını müsbət qiymətləndiririk. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq düşünürük ki, bu əlaqələr daha da güclənməlidir.
Eyni zamanda maliyyə şəffaflığının təmin edilməsi, icma əsaslı məktəblər modeli və s məsələlər yeni olsa da, bu bizi çəkindirməməlidir, əsas məqsəd müsbət dəyişikliklərə nail olmaqdır, bu istiqamətdə səylərimizi birləşdirməliliyik, islahatlar üçün əlverişli mühir formalaşmasına nail olmalıyıq, bu zaman ortaya çıxan problemləri isə mərhələ-mərhələ, zamanla həll etmək mümkündür."
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar