"Sudan səmərəli istifadə etmək üçün bütün imkanları səfərbər etmək lazımdır" - TƏHLİL
09 May 2023, 13:21
09 May
2023
13:21
273
"Diqqətinizə çatdırmaq istəyirəm ki, 16.04.2023 tarixdə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisində sağ yamacını dağıdaraq öz güzərgahından çıxaraq böyük bir ərazinin su altında qalması məni heç də təəcübləndirmədi."
7NEWS.az xəbər verir ki, bu sözləri mühəndis,
E.C.Məmmədov deyib: "Çünki son 30 il müddətində bu kanalın nə cari, nə orta, nə əsaslı təmiri büdcədə nəzərdə tutulduğu kimi yerinə yetilməmişdir. Keçən əsrin 50-ci illərində istismara verilmiş bu kanal bu günə qədər Azərbaycanda kənd təsərrüfatının inkişafında müstəsna rol oynasa da, eyni zamanda kanalın güzərgahı keçən bölgələrimizdə münbit torpaqların zaman zaman yararsız hala düşməsinə səbəb olmuşdur. Beləki uzunluğu 170 km-dən çox olan bu kanal torpaqdan inşa olunduğu üçün demək olar ki, hər il içindən axıtmış olduğu suyun miqdarından çox suyu torpağa hopdurur və nəticədə ətraf bölgələrdə yeraltı suların torpağın səthinə qalxaraq şoranlaşma prosesini sürətləndirmiş olur. Mingəçevir İstilik Elektrik Stansiyasının soyutma su təminatını ödəmək üçün kanaldan mütəmadi olaraq təxminən 50 m3/san – yə yaxın suyun axıdılmasını irad tutan kanal idarəsi kanalın lildən və çöküntülərdən, habelə soyutma prosesindən sonra temperaturu nisbətən artmış olan suda əmələ gələn bitki örtüyündən təmizlənməsini vaxtlı vaxtında vicdanla yrinə yetirməməsi üzündən bu kimi dağılma halları intensivləşəcəkdir. Təmizləmə işləri qaydalara uyğun aparılmadığı üçün kanalın dibində yığılan çöküntü səbəbindən kiçilmiş olan en kəsik kanala buraxılan suyun nominal həcmini ötürə bilmədiyi üçün, dağılmalar da qaçılmaz olur. Dağılmaların digər bir səbəbi də, gözdən pərdə asmaq üçün aparılan təmizləmə işləri zamanı, kanalın daxili yamaclarının təhlükəli həddə qədər zədələnməsidir. Belə ki, kanalın orta hissəsini təmizləmək çətin və çoxlu xərc tələb etdiyinə görə, çoxbilmiş kanal idarəsi kanalın inşaatı dönəmindən qalmış ekskovator ilə daxili yamacları şaquli vəziyyətdə qazaraq en kəsiyi artırmaq hesabına suyun nisbətən çox keçməsinə təşəbbüs ediblər. Buna görə də əvvələr 120 m3/san – dən çox su ötürmə gücündə olan kanal bu gün nominal gücünün çox altında belə dözmür və dağılır. Çox bəsit və gülünc bir səbəb göstərilir ki, su heyvanlarının açmış olduğu oyuqlara görə kanal dağılıb. Bəs ölkəmiz milyon ton pambıq istehsal edən dönəmlərdə də bu kanal gecə gündüz dolu axırdı və həmin hevanlar da bu kanalda mövcud idilər. Belə gülünc bəhanələrin heç yeri yoxdur. Artıq həqiqəti demək lazımdır. Uzun illər bu işlər üçün ayrılmış vəsaitlər haraya sərf olunmuşdur ki, bu gün belə hallar ilə rastlaşırıq. Bu cür davam edərsə yaxın gələcəkdə kanal demək olar ki, tam qəzalı vəziyyətə düşəcəkdir. Bu yaxınlarda eşitdim ki, Mingəçevirdə ikinci İstilik Elektrik stansiyasının inşası planlaşdırılır. Əgər bu stansiya da soyutma suyunu Yuxarı Qarabağ kanalı vasitəsi ilə təmin etsə, o zaman kanalın vəziyyəti daha acınacaqlı olacaqdır.
Son zamanlar dünyada su qıtlığı aktual problemə çevrilmişdir. Bu problem bizim ölkəmiz üçün də mövcuddur. Çünki ölkəmizin su ehtiyacları əsasən kənardan gələn sular hesabına qarşılanır. Buna görə sudan səmərəli istifadə etmək və su ehtiyatlarını artırmaq üçün bütün imkanları səfərbər etmək lazımdır. Bir müddət bundan öncə, su itkisinin qarşısını almaq məqsədi ilə həm Yuxarı Qarabağ, həm də Yuxarı Şirvan kanalının suyunu dayandırmadan tam beton üzlüyə alınmasını aidyyəti qurumlara çatdırmağa çalışsaq da müsbət nəticə əldə edə bilmədik. Baha başa gəlməsini irad tutaraq müsbət rəy bildirmədilər. Halbuki illərlə büdcədən bu kanalların istismarına ayrılmış vəsait az deyil. Həmin vəsaiti təmir işləri adı altında mənimsəmək daha rahat və sərfəli olması cavabdeh qurumların daha çox işinə yarayırdı. Ölkəmizdə suvarma suyuna olan ehtiyac hər zaman aktual olaraq qalmaqdadır. Bu problemin həlli istiqamətində " Şahinoğlu " M M C olaraq yuxarıda qeyd etdiyim kimi, ölkəmizin iki ən böyük su kanalının tam beton üzlüyə alınması və dağ ətəyi bölgələrdə sel sularının depolanaraq əkinçilik üçün səmərəli qaydada istifadə olunması işlərinin həyata keçirilməsi üçün aidiyyatı qurumlara təklifimizi bird daha bildiririk. Mühəndis, E.C.Məmmədov"
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO