Separatçılar üçün iki seçim: Ya bayrağın kölgəsi, ya əsgərin silləsi
19 Aprel 2023, 18:35
19 Aprel
2023
18:35
329
Nikol Paşinyanın parlamentdəki son açıqlamalrından sonra Ermənistandakı revanşçı dairələr, o cümlədən 44 günlük müharibə zamanı Qarabağdan dovşan kimi qaçan müharibə cinayətkarları vaxtilə Azərbaycanın muxtar inzibati ərazi subyekti kimi mövcud olmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti” ilə bağlı tarixi və hüquqi məqamları təhrif etməklə, rəsmi İrəvanın Alma-Ata Bəyannaməsi ilə ölkəmizin ərazi bütövlüyünü tanıması faktının üzərinə kölgə salmaq istəyirlər. Onların qənaətinə görə, "Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycanin tərkibindən 1988-ci il iyunun 12-də ləğv edilmiş inzibati ərazi subyektinin "xalq deputatları soveti”nin qərarı ilə "çıxdığı” üçün Ermənistanın Alma-Ata Bəyyanaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı "DQMV”-yə şamil oluna bilməz. Qeyd edim ki, bəzən baş nazir Paşinyan da daxil olmaqla Ermənistan hökumətinin bəzi nümayəndələri birbaşa olmasa da, yayındırıcı və hiyləgər ifadələrlə eyni yanaşmanı sərgiləməyə çalışırlar. Şübhəsiz ki, bu mülahizələrin və iddiaların heç bir əsası yoxdur və bu qəbildən olan separatçı xülyalar Azərbaycan ərazilərində separatizm hərəkatını başladan, ölkəmizdən iti qovan kimi qovulan, dovşan kimi qaçan müharibə canilərinin, terorçuların, fərarilərin özlərinə təsəlli vermək niyyətindən qaynaqlanır.
Mənzərə aydın olsun deyə, öncə 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsinə nəzər salaq:
Bəyannamədə qeyd olunur ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna respublikaları... "bir-birlərinin ərazi bütövlüklərini, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”.
Göründüyü kimi, Alma-Ata Bəyannaməsində adıçəkilən dövlətlərin bir-birilərinin, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı və hörmət etdiyi imperativ şəkildə vurğulanır.
Alma-Ata Bəyannaməsində, həmçinin qeyd olunur ki, "Müstəqil Dövlətlər Birliyinin yaranması ilə SSRİ öz mövcudluğuna son verir. Birliyin üzvü olan dövlətlər öz konstitusiyalarındakı prosedurlara uyğun olaraq, keçmiş SSRİ-nin müqavilə və razlaşmalardan doğan beynəlxalq öhdəliklərinə əməl edəcəklərinə zəmanət verirlər”. Bu o deməkdir ki, SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna Alma-Ata Bəyyanaməsinin imzlanması ilə son qoyulub və bəyannamə imzalananadək bütün müttəfiq respublikaların ərazisində SSRİ konstitusiyası qüvvədə olub. Eləcə də MDB üzvü olan bütün dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan SSRİ-nin hüquqi varisləridir. Bütün bunları ona görə qeyd edirəm ki, Ermənistanın və Azərbaycan ərazilərindəki separatçıların Alma-Ata Bəyannaməsi imzalananadək, yəni 1991-ci il dekabrın 21-dək qəbul etdikləri SSRİ konstitusiyasına zidd qərarlarının, istisnasız olaraq, heç bir hüquqi qüvvəsinin olmadığı bir daha aydın olsun.
SSRİ konstitusiyasının 71-ci müddəasında SSRİ-nin təşkil edən bütün müttəfiq respublikarın adları bir-bir sadalanır, 72-ci müddəasında isə qeyd olunur ki, "Hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır”. Bu isə o deməkdir ki, SSRİ-ni yalnız və yalnız müttəfiq respublikalar tərk edə bilərlər.
SSRİ konstitusiyasının 78-ci maddəsində isə qeyd olunur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Əgər belə bir razılıq olarsa, yenə də SSRİ konstitusiyasına görə, bu, SSRİ Ali Sovetinin qərarı ilə təsdiq olunmalıdır. Məlum olduğu kimi, həmin dövrdə "DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı Azərbaycan SSR-in razılığı və təbii ki, olmayan "razılığın” SSRİ Ali Soveti tərəfindən təsdiqi də olmayıb. "DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı qərarı isə 1988-ci il iyulun 13-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına zidd olduğu üçün ləğv edilib. SSRİ Ali Sovetinin iyulun 18-də qəbul etdiyi qətnamədə qeyd olunur ki, "Azərbaycan SSR Ali Sovetinin qərarının nəticəsi olaraq, DQMV-nin Ermənistana birləşdirilməsi mümkün deyil. SSRİ Ali Sovetinin sözügedən qətnamələrində, SSRİ konstitusiyasının 78-ci və 87-ci müddəalarına istinad olunur. SSRİ konstisiyasının 78-ci müddəasında bildirilir ki, "müttəfiq respublikanın razılığı olmadan onun sərhədlərini dəyişmək mümkün deyil”. 87-ci müddəada isə deyilir ki, "DQMV Azərbaycan Respublikasının tərkibində daxildir”.
Vəssalam! Edilən və ediləcək hiyləgərliklərin, dedi-qodu xarakterli bəyanatların heç bir faydası yoxdur və Ermənistanın daxili auditoriyasına ünvanlanmış bəyanatlarla, yalnız qondarma iddialarla, saxta tarixlə, darmadağın edilmiş miflərlə, ultramillətçi ideyalarla manqurtlaşdırılmış ermənilərə təsəlli vermək olar.
Separatçıların isə, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi iki yolu var: Ya Azərbaycan qanunlarına tabe olacaq, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının sözü ilə oturub-duracaq, ya da cəhənnəm olub gedəcəklər. Üçüncü yol isə yoxdur. Üçüncü olan yol deyil, yollamaq, iti qovan kimi qovmaqdır! Ya bayrağın kölgəsi, ya əsgərin silləsi!
Elçin Mirzəbəyli
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”