“Sən özünü Makronun “İşlər İdarəsi” kimi apara bilməzsən, cənab Avropa!” - Elşən Musayev
28 Yanvar 2024, 15:12
28 Yanvar
2024
15:12
165
Qarabağ hadisələrinin iştirakçısı, erməni ideoloqu Zori Balayanın "Ruhumuzun dirçəlişi” adlı kitabında belə bir qeyd var: "Dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən bir baxdım ki, 13 yaşında türk qızını pəncərəyə mismarlayıblar. Əvvəlcə uşaq sussun deyə Xaçatur ölmüş ananın kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən həmin 13 yaşlı qızın dərisini baş, qarın və sinə nayihələrindən soymağa başladım. Ardınca saata baxdım. Uşaq düz 7 dəqiqə sonra qan itkisi səbəbilə dünyasını dəyişdi. Daha sonra Xaçatur cəsədi doğradı və itlərə atdı. O zaman sevincdən gözlərimiz parıldayırdı. Anlayırdıq ki, bütün ermənilər hərəkətimizlə qürur duyacaq...”
Daha bir erməni müəllif, Paşinyan inqilabından sonra Livanda məskunlaşmış David Xerdiyanın Xocalı hadisələrinə həsr olunmuş "Xaç uğrunda” kitabında isə bu fraqment əsas sərlövhə kimi keçir: "Yük maşınında 10 yaşlı türk qızı vardı. Başından və qolundan aldığı zədələrə rəğmən ölməmişdi. Yaxın bir saat ərzində canını tam tapşırmamış təxminən 10-15 belə adama rast gəldik. Amma onların heç birini güllə ilə öldürmədik. Atdıq diri-diri ocağa. Tonqaldan gələn imdad, qışqırtı səslərini eşitmək o qədər xoş idi ki...”
***
Və...3 gün bundan öncə xəbər gəlir ki, AŞPA azərbaycanlı deputatların səsvermə hüququnu bir il müddətinə məhdudlaşdırmaq barədə qərar qəbul edib. Niyə? - Demə ki, Avropa ailəsinin strategiyasına zidd addımlar atırmışıq, siyasətimizdə korrektlər etməliymişik...
30 ilə yaxın müddətdə Balayan, Xerdiyan kimi cəlladları "Şengen” vizası ilə Avropanın bu başından o biri başına daşıyan, "İnterpol” kimi məhrəm təşkilatı belə öz ambisiyasının girovuna çevirən, "ekstradisiya” anlayışını beynəlxalq hüquqda "ölü norma” halına gətirən, müharibə cinayətlərinə bais olmuş ən böyük QANSIZları təcili ifşa etməli olduğu halda az qala amneziya xəstəsi kimi təqdim edən, KARlığı və riyaKARlığı öz həyat tərzinə çevirən Avropa!
Sən gerçəkdən utanmadınmı, səbəb sadalayarkən?
Oturub-durub aləmə car çəkirlər ki, Azərbaycan Ermənistanı işğal etməyə hazırlaşır. Haradan eşitdiniz bunu? Kim dedi sizə bunu?
İndi də münəcclimliyəmi başladınız?
Milyon dəfə demişik. Ki, bizim tək arzumuz sülhdür, sülh müqaviləsidir, bölgədə münasibətlərin normallaşmasıdır, sabitlikdir. Bunu bəyan edən dövlət işğalamı hazırlaşar, belə fikirəmi düşər?
Xeyr! Szin dərdiniz nə "işğal”dır, nə "Abzas Media”, nə insan hüquq və azadlıqları, nə də müşahidəçilər. Siz sadəcə "Brüssel”dən sonra davamı gəlməyən prosesin acığını çıxırsız, öz aləminizdə Azərbaycana xox gəlirsiz, komandanız üçün yeni, qeyd-şərtsiz itaətkar axtarırsız.
Və paralel fonda bir məqamı unudursuz ki, AŞPA Fransa Senatının alt qurumu, "Yelisey”in "İşlər İdarəsi”, Makronun Nazirlər Kabineti deyil!
Strasburqla bağlılığınız isə yalnız məkan anlamındadır...
Hələ dünəndən etibarən Niderlandın, Almaniyanın bir-iki "dəmkeş” deputatı və naziri də özünə əl qatıb, söhbətə "əlimyandı” girib və məsuliyyətsiz açıqlamalar verməyə başlayıb. Soruşsan Azərbaycan və Ermənistan arasındakı konfliktin səbəbi, tarixi nədir, bilməzlər. Amma yarımçıq tezislər üzərindən bülbül kimi ötməyə bir candırlar...
Avropanın əsas problemi də elə məhz budur: Sütunsuzluq və səbatsızlıq!
Fransada beynəlxalq hüququn banisi sayılan Blan və Vilyermin əgər bilsəydilər ki, nə vaxtsa bütünlükdə Avropanın hüquq taleyi ilə bağlı qərarların üzərində bankir Makronun dərkənarı qoyulacaq, inanın, o zaman nə beynəlxalq tənzimləmə mexanizmləri ilə bağlı nəzəriyyələr yazardılar, nə də beynəlxalq müqavilələr haqda fundamental əsərlər...
Öz mətinliyi ilə kişi təcəssümü yaradan "Orlean qızı” Janna Darkın qulağına əgər məqamında kimsə pıçıldasaydı ki, 6 əsr sonra sənin ölkəndə hökümətin yarısı qadın təcəssümlü kişilərdən ibarət olacaq və...onlar düşmən sandığı Azərbaycandan acığını hətta bir qadının – Natəvanın abidəsinə əl uzatmaqla çıxacaq, buraxın yandırılmağı, heç qamçılanmağı belə özünə rəva bilməzdi!
Erməninin törətdiyi ən vicdansız cinayətləri görməzdən keçərək "müşahidəçi” mövzusunda ilişib qalanlar, əsl işğalçıya 29 il müddətində bir kəlmə söz demədikləri halda yatıb yuxuda gördükləri "işğal”la bağlı fikir yürüdənlər, ƏDALƏT və AZADLIQ anlayışlarını RƏZALƏT və TƏZADLIQ ilə səhv salanlar bu gün bizə nə hüquq, nə mənəviyyat, nə də siyasət dərsi keçə bilməzlər!
Ölkəsində hələ də monarxiya, kral üsul-idarəsini saxlayan Niderlandın demokratiyadan, 7 statında ölüm hökmü bu günə qədər qüvvədə olan Amerikanın hüquq islahatlarından, indiyə qədər yəhudi soyqırımına görə təzminat ödəyən Almaniyanın insan haqlarından, əli də, üzü də, gözü də bir milyondan çox əlcəzairlinin qanına bulaşmış Fransanın düzgünlükdən, şəffaflıqdan danışmağa heç bir haqqı yoxdur!
Dəzgah yerindədir. Üzərimizə uzanan bütün dilləri dibindən kəsəcəyik!
AŞPA-nın diletant aşpazlarına isə xatırlatmaq lazımdır ki, barı bundan sonra hazırlayacaqları salat(lar)a dəxilsiz ədviyyatlar vurmasınlar, onu yöndəmsiz hala gətirməsinlər, ağını, bozunu, şitini çıxarmasınlar...
YEYİLMİR!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat