QHT sədri: Biz elə mühit yaratmalıyıq ki,...
10 Fevral 2023, 11:54
10 Fevral
2023
11:54
317
ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.
Konfrans barədə fikirlərini "Şərq”lə bölüşən "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd etdi ki, QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi bu gün vətəndaş cəmiyyəti ilə bağlı əsas prioritetlərdəndir:
- Konfransda Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak edirdi. Hesab edirəm ki, çox vacib görüş idi və geniş müzakirələr aparıldı. Yerli QHT ilə beynəlxalq QHT sektorunun əməkdaşlığının gücləndirilməsi, əlbəttə, vacibdir. Lakin bu sahədə müsbət nəticələr əldə etmək üçün davamlı fəaliyyət vacibdir. Müvafiq dövlət qurumları da bu ehtiyacları hiss edir. Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi bu konfrans QHT-nin bu istiqamətdə inkişafına dövlətin də maraqlı olduğunu təsdiq edir. Prezident Administrasiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi digər dövlət qurumları ilə birgə QHT-nin bu sahədə potensialının artırılmasına dəstək vermək niyyətindədirlər. Bu dəstək əsasən təlimlərin təşkili, informasiyaya çıxışın yaxşılaşdırılması və s. ola bilər. Müzakirələr açıq və konstruktiv keçdi. Hər bir QHT ümummilli məsələdə dövlətimizin haqq işinə dəstək vermək niyyətindədir. Hesab edirəm ki, güclərin birləşdirilməsi vacibdir. Fikrimcə, QHT-nin beynəlxalq təmsilçiliyinin artırılması üçün ümumilikdə QHT qanunvericiliyinə və xarici maliyyə çıxışına da yenidən baxmaq lazımdır. Əlbəttə, bu siyasətin formalaşmasında dövlətin təhlükəsizliyi əsasdır. Amma hesab edirəm ki, yumşalma ilə bağlı addım atmaq imkanları mövcuddur. Rəhbəri olduğum təşkilat 2022-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olub. Amma etiraf edim ki, təmsilçiliklə bağlı problemlərimiz mövcuddur. Bu problem digər QHT-də də var. Bu məsələ üzərində də işləmək lazımdır. Hesab edirəm ki, bizim daha yaxşı beynəlxalq təmsilçiliyimiz üçün xarici QHT ilə birgə layihələrin işlənilməsi önəmlidir. Bu layihələr isə beynəlxalq donorlar vasitəsilə maliyyələşir. Bu çıxışın əldə olunması üçün instutisional inkişaf, bilik və bacarıqların artırılması şərtdir. Biz elə mühit yaratmalıyıq ki, bacarıqlı inşanlar, xüsusən savadlı gənclər QHT sektoruna gəlsin. Bu nəticəni təmin edə bilsək, yaxın 5 il ərzində beynəlxalq platformalarda daha güclü təmsil oluna bilərik. Görüşdən müsbət təəssüratla ayrıldıq. Çünki dövlət rəsmiləri təkliflər üzərindən yeni görüşlərin keçiriləcəyini və bu istiqamətdə konkret addımlar atılacağını bildirdilər.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!