Paytaxtdan Paytaxta Zəfərin izi ilə - Cəsarət Hüseynzadə yazır
Cəsarət Hüseynzadə
"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai birliyinin sədri,
QHT.az saytının rəhbəri
44 günlük vətən müharibəsinin yolu - Zəfər yolu dövlətimizin siyasi mərkəzi Bakı şəhərindən, ölkəlimizin mədəniyyət beşiyi Şuşa şəhərinə qədər sözün bütün mənalarında bir yoldur. Bu yol məfkurəmizin, düşüncəmizin yoludur. Bu yol Azərbaycan Əsgərinin, Ali Baş Komandanın yoludur. İllərdir hər birimiz, gücümüz çatdığı qədərində, bütün varlığımız ilə bu yolun yolçularıyıq. Bəli, biz bu yoldayıq, amma hər yolun, hər bir məfkurənin bir rəhbəri var. Zəfər yolu məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz canları və qanları ilə çəkdiyi şərəf və qeyrət yoludur. Bu yol uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi önündə baş əyir, Azərbaycan Ordusu və Cənab Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk.
Gözlənilən yolçuluq!
Var gücümüzlə babalarımızın yaşadığı torpaqlarda daha tez məskunlaşmalıyıq. Dövlət tərəfindən məhz bu istiqamətdə paralel işlər həyata keçirlməkdədir. Mina təmizləmə, tikinti-quruculuq və s. işlərlə paralel olaraq, işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunur. İslahatlar dalğasından sonra hökumətin müsbət addımlarından biri də, həyata keçirilən tədbirlərə kompleks yanşama sərgiləməsidir.
Ötən dövrdə müxtəlif xarici və yerli siyasətçilərin, deputatların, yerli və xarici jurnalistlərin müxtəlif təşkilatların nümayəndələrinin və Şuşa sakinlərinin bu mədəniyyət ocağına səfərləri təşkil edilmişdir.
Bu çərçivədə sentyabrın 11 və 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 300-ə yaxın QHT nümayəndəsinin də Şuşa şəhərinə səfəri təşkil olundu.
Əslində Ağdam səfərində bu haqda məlumatımız var idi və yaxın müddətdə Şuşaya gedəcəyimizi bilirdik. Amma vaxt və zaman keçmək bilmirdi.
Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin də səbirsizliklə və sevinclə gözlədiyi gün gəldi. İnsafən təşkilatçılar maksimum çalışmışdılar ki, daha çox QHT bu səfərdə təmsil olunsun. Bu səfərləri təşkil etmək (Xüsusən hazırda QHT Agentliyin indi-indi formalaşdığı dövrdə) kifayət qədər çətindir. Hamı getmək istəyir və hər bir şəxsinin mövqeyinə də dözümlü yanaşmaq vacibdir.
Yol uzundur, ona görə yox ki, məsafə uzaqdır, sadəcə daha tez çatmaq arzusu var hər bir şəxsin ürəyində. Hamı sakitdir, çünki vacib bir yerə, bir görüşə tələsir. QHT varsa, ictimai siyasi məsələlər də müzakirə olunur heç şübhəsiz. Amma sakit, ən çox 2-3 həmkarla.
Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət
Yol boyu işğaldan azad olunmuş ərazilərdən keçirik. Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət. Erməni deyərkən vəhşilik, qəddarlıq gəlir illərdir ağlımıza, düşüncəmizə. Amma illərdir ermənin bu vəhşiliyi, qəddarlığı insana, bir türkə qarşı etdiyin düşünmüşük. Sən demə düşündüyümüzdən də daha qəddar, daha vəhşi imiş bunlar. Təbiəti, torpağı, binanı, körpünü gözlə görünən hər şey alt-üst etməyə hazır imiş bu cəlladlar. Bütün bu ərazilərdə bu vəhşilikləri amansızcasına edib alçaqlar.
Arzuların və ümidlərin yeni müjdəsi
Füzulidən keçirik. Bu yaxınlarda açılışı olan möhtəşəm hava limanını görürük. Tikilən, ucaldılan hər bir bina, hər mərkəz, hava limanı arzuların və ümidlərin yeni müjdəçisidir. Biz bildiyimiz qədər çox vacibdir. Amma bilmədiyimiz qədər daha vacibdir. Atılan hər addımda ölkəmizin təhlükəsizliyinin qorunması üçün o qədər məqamlar var ki, onu bilmək üçün 44 günlük müharibənin necə ustalıqla aparılmasın bilmək lazımdır və yaxud inanmaq lazımdır.
Paytaxt Şuşa
Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq Şuşa təkcə ölkəmizin deyil, bütün Azərbaycanın, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının paytaxtıdır.
Şuşa ötən dövrlərdə də paytaxt olub. Şuşa ürəklərin, elə Qarabağımızın da paytaxtı olub.
Şuşada olmaq çox qürurvericidir, amma insan çox qarışıq hisslər keçirir. Sevinc və kədər, qürur və məyusluq, sevgi və nifrət...
Onlarca bu tip qarışıq hisslər insanı rahat buraxmır. Şəhəri gəzdikcə Azərbaycan ordusunun gücü ilə qürurlanıb, öz şəhərimiz hansı cəsarətlə qaytardığına sevinib, sevgi ilə bu hissləri və hətta sevinc göz yaşlarını paylaşırsan.
Eyni zamanda mədəniyyət ocağına vurulan zərbələri görüb kədərlənirsən, Şuşada və digər ərazilərdə ermənilərin törətdiyi bu vəhşiliklərə görə dünyanın laqeydliyinə təəssüflənirsən və bütün bu sadaladığım, sadalamağa zamanın yetməyəcəyi faktlara görə, erməniyə və onun timsalında haqsızlığa qarşı kin və nifrətin püskürürsən.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun çox böyük qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edilib. Şuşanın hər yerində bu qəhrəmanlığı və qüruru hiss edirsən.
Hesab edirəm bu qələbə bütün təmtərağı ilə Şuşanın hər tərəfini bəzəməlidir. Zaman keçdikcə Şuşa sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar bu əziməti və qələbəni görməli və dünyaya ötürməlidirlər.
Səfər zamanı hər addımda Şuşada aparılan abadlıq və quruculuq işlərini hiss etdik. Şuşa artıq öz sakinlərinin və sahiblərinin nəfəsi ilə yaşayır, tarixi görkəmini saxlamaqla qurulur və yaxın zamanda ölkəmizin ən inkişaf guşəsinə çeviriləcək.
Müqəddəs torpaq, hava və çörək.
Şəhərə gələn sakinlər və qonaqlar hər biri o müqəddəs torpaqdan bir ovuc götürür. İllərlə Şuşa həsrəti ilə yaşayan, lakın ömrün vəfa etmədiyi, dünyasını dəyişdiyi şuşalılar üçün torpaqdan müqəddəs nə ola bilər? Şuşaya səfər edən şəxslərdən ən çox istənilən rica - Şuşa torpağıdır.
Bir övlad borcu, bir dost borcudur Şuşa torpağı.
Həmin borcu geniş anlamda Ali baş komadan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu tariximizə qaytardı.
Şuşada olarkən gözəl Qarabağ havasını hiss edirsən. Şuşalılar heç şübhəsiz gözü bağlı bu hava ilə öz vətənlərini tanıyarlar.
Şuşaya səfər edib, evə qayıdarkən müqəddəs nemətdən – bərəkətdən yaxınlarına, dostlarına gətirmək istəyirsən. Tam səmimiyyətlə deyirəm ki, Şuşa çörəyi fərqli bir nemət idi. O, sahibkara çox təşəkkür edirəm ki, dedikləri kimi doğrudan da fərqli keyfiyyətdə çörək istehsal edirlər.
Şəhər nə qədər dağılsa da, laqeydliyə məruz qalsa, hər küçəsi ilə, hər döngəsi ilə tarixin canlı əfsanəsi olduğunu büruzə verir. Çox təəssüf ki, hər addımda da, işğal altında olduğu, baxımsız qaldığı acı bir xatirə kimi gözümüzün önündən getmir. 30 il bundan öncəsi görkəmindən də əsər-əlamət qalmayıb.
Amma dövlətimiz saatbasaat, günbəgün gözəlliyini, tarixini və müasirliyi bərpa etmək, qurmaq və yaratmaq üçün çalışır. Zəfər yolu ilə gedərkən, Şuşaya daxil olarkən bu bərpanın və quruculuğun sürətlə getdiyinə və qısa müddətdə yekunlaşacağına heç kimin şübhəsi qalmır.
Cıdır düzü
Cıdır düzü - adından da məlum olduğu kimi, tarixən Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi yer olmuşdur. Bundan başqa, Cıdır düzü şuşalılar üçün həm də, toplaşma, müxtəlif bayram və mərasimlərin keçirilmə yeri funksiyasını daşıyıb.
İndi Cıdır düzü həm də Xankəndində yaşayan ermənilər üçün ürəklərinə xəncər kimi sancılacaq üçrəngli bayrağın dalğalandığı bir yerdir.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib