Paşinyanın “yeni konstitusiya” hədəfi
03 Fevral 2024, 16:10
03 Fevral
2024
16:10
205
Azərbaycana uyönəlik ərazi iddialarının aradan qaldırılması üçün konstitusiya dəyişikliyinə ehtiyac yoxdur
Ermənistanın Azərbaycana qarşı birbaşa, Türkiyəyə münasibətdə isə dolayısıyla irəli sürdüyü əraz iddialarının yer aldığı sənədlərdən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd məqamların aradan qaldırılması üçün, bu ölkənin konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur. Çünki sözügedən qanunsuz iddialar Ermənistanın konstitusiyasında deyil, müstəqillik haqqında bəyyanəsində yer alıb. Konstitusiyada isə müstəqillik haqqında bəyannaməyə ümumi, "milli hədəflər” adı altında istinad var.
Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ”ın milli şurasının” "Dağlıq Qarabağ”ın "Ermənistan SSR-ə birləşdirilməsi” haqqında "birgə qərarı”na istinad olunur. Bu isə, şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir.
Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ”ın "milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli "qərarı” həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan – SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan, Ermənistanın müstəqillik bəyyanəməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar da belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur. İndiki halda, qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması, ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının Məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər”.
Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan konstitusiyasında bu müstəqillik bəyannaməsindəki "hədəflərə” istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir.
Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə, rəsmi İrəvanın iddia etdiyi kimi mövcud kostitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirməsinə ehtiyac yoxdur. Özünü, həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər. Bunun üçün Ermənsitan parlamentində, hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan konstitusiyasında qeyd olunur ki, "Parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, Referendum, Partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur”. Ermənistanın müstəqillik bəyannaməsi isə konsitusiya aktı olmadığı üçün sadə səs çoxluğu ilə qəbul oluna bilər.
Paşinyanın məsələni konstitusiyanın yenilənməsi kontekstindən ictimai rəyə təqdim etməsində məqsəd, təkcə qonşulara əraz iddialarının aradan qaldırılması ilə bağlı deyil. Nikol Paşinyan, əslində ölkə konstitusiyasında yer alan və Ermənistanın bir dövlət kimi formalaşmasına mane olan bir neçə məqamı sözügedən sənəddən çıxarmaq istəyir. Bunlardan biri Erməni Apostol Kilsəsi (maddə 18), digəri isə erməni diasporu ilə əlaqələrlə (maddə 19) bağlıdır. Həm kilsənin, həm də diasporun konstitusion statusa sahib olması, onların Ermənistanın siyasi hakimiyyətinin, konkret halda isə Paşinyan hökumətinin fəaliyyətinə müdaxilə etmələrinə imkan yaradır. Nikol Paşinyanla kilsə və diaspor arasında yaranmış ziddiyyətlərin bir hissəsi də, çox güman ki, bununla bağlıdır. Əslində bu məqam baş nazirin "yeni konstitusiya” ilə bağlı fikirlərində də, özünü dolayısıyla büruzə verir. Mövcud Konstitusiya ilə Ermənistan heç bir halda hüquqi və suveren bir dövlət kimi formalaşa bilməz. Müstəqillik bəyannaməsində yer alan ərazi iddialarına dolayısıyla, "milli hədəflər” altında istinad, müxtəlif dövlətlərin ərazisində fəaliyyət göstərən və eyni zamanda həmin dövlətlərin maraqlarını ifadə edən diaspor təşkilatlarının, ehkamlarla, subyektiv, elmi, hüquqi əsası olmayan yanaşmalarla idarə olunan kilsənin konstitusion statusa malik olmaları hüquqi dövlət anlayışına zidd olmaqla yanaşı, həm də suverenliyə təhlükədir. Azərrbaycanla sülh müqaviləsinə mane olan amillərin müstəqillik haqqında bəyannaməyə redaktə xarakterli dəyişiklər etməklə aradan qaldırılması əvəzinə yeni konstitusiyanın qənul edilməsi müstəvisinə daşınması isə, çox güman ki, Nikol Paşinyanın yenə də prosesi uzatmaq, vaxt qazanmaq niyyətindən qaynaqlanır.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Paşinyanın “yeni konstitusiya” hədəfi
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir” MÜNASİBƏT
-
MANŞET, SOSİAL, SİYASƏT
Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“İlham Əliyev növbəti dəfə bütün dünyaya öz mesajlarını çatdırdı...” – Elşən Musayev
-
SOSİAL, SİYASƏT
O video saxtadır - SÜBUTLAR
-
SOSİAL, SİYASƏT
Günel Səfərova ATƏT-in tədbirində spikeri Azərbaycana qarşı qərəzdə qınadı
-
SOSİAL, SİYASƏT
Azərbaycanın bir qrup QHT-si bəyanat imzalayıb