Pakistan mətbuatı Xocalı soyqırımından yazıb (FOTO)

Pakistanda nəşr olunan "Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.
Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.
Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, "The New York Times”, "Sunday Times”, "Washington Times” və "the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.
Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.
Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.
Xəbər lenti
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:20Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:01“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:09PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:21AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:43Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:34Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
-
13:48"Təkcə torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, havadarları da məsuliyyət daşıyırlar" - DEPUTAT
-
12:42“AzerGold” QSC-nin 2022-ci ildə vergi ödənişləri artıb
-
12:40“Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü – FOTO
-
10:58Çavuşoğlu: Can Azərbaycan TDT-nin Fövqəladə toplantısının keçirilməsini təklif edib
-
18:10Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçirilib
-
17:16“Əli Kərimli təpədən dırnağa qədər anti-millidir!” – DEPUTAT
-
16:42“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
-
13:35QHT Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru ilə görüşüb - FOTO
-
13:02XII Çağırış Kubokunun seçim turları yekunlaşıb - FOTOLAR
-
10:56“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” Layihəsi
-
10:24“Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib - VYANADA
-
16:17"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov
-
15:34Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
-
15:32"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT
-
12:13Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
-
22:41Azərbaycan nümayəndə heyəti Vyanada keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir
-
16:26“İnvestAZ Asset Management”in lisenziyası ləğv edilməyib, müddəti bitib - AÇIQLAMA
-
15:18Gənclər Paytaxtı - 2023 çərçivəsində "Dostluq Kuboku" adlı intellektual yarış keçirilib
-
11:47“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:25Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar - FOTO
-
12:04“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
-
12:45Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir
-
10:42“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
-
10:25“MULTİ Gənclik” layihəsinə start verilib - QUBADA