Nur şəhəri Mingəçevirin 73 yaşı tamam olur
11 Noyabr 2021, 15:14
11 Noyabr
2021
15:14
756
Mingəçevirin adı gələndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Bu şəhərin işığından hər evə, hər kəsə pay düşür. Mingəçeviri bütün Azərbaycan tikib, 73 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı ilə nur şəhərinin tikintisinə axışırdılar. Onların çoxu elə bu şəhərdə ailə qurub ev-eşik sahibi oldular, respublikamızın tərəqqisinə töhfə verdilər, bu cavan şəhəri Azərbaycanın dördüncü sənaye-istehsal mərkəzinə çevirdilər.
AZƏRTAC yazıçı Hacı Nərimanoğlunun 1948-ci il noyabrın 11-də Mingəçevirə şəhər statusunun verilməsi ilə bağlı yazısını təqdim edir.
1990-cı illərə qədər Mingəçevirdəki nadir zavodların çoxuna birbaşa dəmir yolu xətti çəkilmişdi və buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. Bu şəhərin və elektrik stansiyalarının inşasında SSRİ-nin bütün respublikalarından, ən çox da Rusiyadan 100 min nəfər çalışıb. Buraya 20 min dustaq, 20 min alman əsiri də daxildir və indi Bozdağın ətəyində 911 almanın, Almaniya tərəfindən savaşa qatılmış digər millətlərin əsgər və zabitinin məzarı var. Almanların tikdiyi binalar, körpülər, yaşadıqları evlər indiyədək sağ-salamat qalıb.
Mingəçevirdə 15 millətin nümayəndəsi yaşayır. Mingəçevir I və II Qarabağ müharibəsində ən çox şəhid verən şəhərlərdən biridir. Otuz ildir 20 mindən çox məcburi köçkün bu şəhərdə müvəqqəti məskunlaşıb.
Qədim Mingəçevir. Birinci minillikdən əvvəl yaşamış tarixçi, coğrafiyaşünaslar Plutarx, Strabon, Ptolomey öz qeyd və xəritələrində Kürün sağ və sol sahilində hazırkı Mingəçevirin yerləşdiyi ərazidə geniş sahədə zəngin yaşayış məskəninin mövcudluğundan bəhs edib. Şəhərə bitişik Mingəçevir və Hürüuşağı kəndlərində indiyədək xeyli qədim qəbir yerləri qalıb. Övliya Çələbi (1611-1682) "Səyahətnamə”sində Mingəçevir haqqında məlumat verib, Kür çayının sağ sahilində Bozdağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğunu yazıb.
1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində diqqəti Mingəçevirin qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək, bu ərazinin tarixinin ətraflı öyrənilməsinin zəruriliyini vurğulamışdı. F.S.Bayer, Y.A.Paxomov, K.V.Trever, Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında ərazidə zəngin maddi-mədəniyyət abidələrinin mövcudluğu qeyd edilib.
1941-ci ildə "Azərbaycan arxeologiyasının atası”, Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Saleh Qazıyevin rəhbərliyi ilə Samux-Mingəçevir ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidə Cənubi Qafqazın ən iri arxeoloji kompleksi - eneolit dövrünə (e.ə III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olundu. Tapılan əkinçilik, heyvandarlıq, sənətkarlıq, ovçuluq alətləri burada əhalinin oturaq həyat sürdüyünü sübut edirdi. Qədim şəhərin izləri, 200 qəbir və katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti, adət-ənənələri, qonşu ölkələrlə əlaqələri, ərazidə gedən qanlı savaşlar barədə zəngin məlumatları üzə çıxarmışdı. Mingəçevir-Samux bölgəsinin arxeoloji mənzərəsi Alban tariximizin, kökümüzün canlı salnaməsi, daş yaddaşı, əyani təcəssümü idi. Samux-Mingəçevir ərazisi Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni mərkəzlərdən biri kimi tanınmışdı. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbası tərtib edilmiş, məktəblər açılmışdı. Mingəçevir dənizinin, keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında qanlı döyüşlərin mərkəzi olub. Roma mənbələrində bu savaş barədə ətraflı məlumatlar var.
Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri idi. Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınırdı. Eləcə də Yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçirdi.
Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən bədnam qonşularımızın hiylələri, planları bu dəfə də öz işini görüb: Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox sayda alban yazılı abidələrinin də olduğu daş kitabələr (Mingəçevir - Sudağılan epitafiyası) ölkədən çıxarılıb, izi itirilib.
"Mingəçevir" toponiminin necə yaranması, mənası barədə müxtəlif ehtimallar, fərqli şərhlər mövcuddur. Onların arasında dilçi alim, mərhum akademik Tofiq Hacıyevin mülahizələri diqqəti daha çox cəlb edir: toponimdə iki alban türk tayfasının - "məng” və "savir”in adı birləşib, fonetik dəyişikliyə uğrayaraq daşlaşıb. Hər iki tayfanın Qafqazda mövcudluğu və Qafqaz türklərinin soykökündə iştirak etdiyi məlumdur. Türk dünyasının bütün guşələrində, o cümlədən Azərbaycanda bu tayfaların adını yaşadan xeyli toponim var.
Samuxla Mingəçevir əkiz qardaşdır, ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə hektar nadir fauna və florası olan ərazi qədim tariximizin üstü açılmamış dəfinə, xəzinələri, el-obaları, qəbiristanlıqları, əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sular altında qalıb.
On bir il (1993-2004-cü illər) AZƏRTAC-ın bölgə müxbiri vəzifəsində çalışarkən bu şəhərdə yaşadım, onun mehriban, səmimi sakinləri ilə qaynayıb qarışdım, ata-baba yurdum Qubadlının həsrətinə, ağrı-acısına Mingəçevir həyan oldu. Mingəçevirin 100-dək şəhidi haqqında kitablar yazıb nəşr etdirdim. Bu yurdun tarixi, şəhərin qurucuları, dəyərli insanları ilə bağlı çoxsaylı məqalələrim dərc olundu.
Mingəçevirdəki Samux məhəlləsində - o yerlərdən köçüb yeni salınan şəhərdə özlərinə təzədən ev-eşik quran insanlar arasında çoxlu dostlar tapdım. Tez-tez gəmi ilə Mingəçevir dənizində seyrə çıxar, suların dibinə gömülən el-obaların yerini aramağa çalışar, xatirələrə dalardıq.
"Samux” alban mənşəli toponimdir: "meşəlik”, "ağaclıq”, "ov yeri” mənasını verir. Hələ çar dövründə - 1910-cu ildə Samuxun böyük bir hissəsi qoruq ərazisi elan edilmişdi. Bu torpaqlarda bitən nadir Eldar şamı meşəliyi 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilmiş, onun dünyada bənzəri olmayan relikt ağac növü olduğu sübut edilmişdi.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar şamı” Dövlət Təbiət Qoruğu yaradılıb.
Müasir Mingəçevir. SSRİ Nazirlər Sovetinin 1945-ci il 6 iyul tarixli qərarı ilə Mingəçevir SES-in inşasına başlandı. 1948-ci il noyabrın 11-də isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevirə şəhər statusu verildi. Bu zərurət hidroqovşağın tikintisi ilə əlaqədar əhalinin artması, ictimai-mədəni və məişət obyektlərinin genişlənməsinə olan tələbatdan irəli gəlirdi.
SES-in tikintisinə İttifaq büdcəsindən hər il respublikamızın öz büdcəsindən çox vəsait ayrılırdı. Mingəçevir indi respublikamızda hasil olunan elektrik enerjisinin 65 faizini verir.
Mingəçevir hidrostansiyasının – SES-in texniki göstəriciləri su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin vüsətini də göstərir: bəndin torpaq səddinin hündürlüyü 80 metr, uzunluğu 1550 metr, bünövrəsinin eni 320 metrdir, torpaq tutumu 15,6 milyon kubmetrdir. Burada Avropada ən böyük süni göl (su anbarı) yaradılıb. Sahəsi 605 kvadratkilometr olan Mingəçevir dənizinin sututumu 17 milyard kubmetr, uzunluğu 75 kilometr, eni 9-18 kilometr, dərinliyi 25-70 metrdir. SES-in illik hasilat gücü 1,5 milyard kilovat/saat, Vərvərə SES-in gücü isə 16,5 milyon kilovat/saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan kanalından isə saniyədə 70 kubmetr su axır. Kür çayının SES-dən Vərvərə su anbarının yuxarısınadək olan hissəsi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı olub.
Dövlət müstəqilliyimizin bərpa olunduğu 30 ildə şəhər həyatının demək olar hər bir sahəsində mühüm dəyişikliklər və yeniliklər baş verib. Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etdirilir. Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.
Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir gündən-günə gözəlləşir, simasını dəyişir, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları - mingəçevirlilərdir.
Yetmiş üç yaşın mübarək, nur şəhərimiz Mingəçevir!
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib