Mingəçevir bölgənin enerji habına çevriləcək
15 Fevral 2023, 22:30
15 Fevral
2023
22:30
319
Əli Hüseynli
Milli Məclisin deputatı
44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda yaranmış geosiyasi və iqtisadi reallıqlar ölkənin postmünaqişə dövründəki inkişaf mərhələsinə məhz bu prizmadan yanaşılmasını tələb edir.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Füzulidən Şuşaya qədər uzanan Zəfər yolunun tikintisinə başlamaqla dinc quruculuq işlərinin yeni mərhələsinə start verildi, azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri icra olunmağa başladı. Çox böyük maliyyə tutumlu olmasına baxmayaraq bu proses indi daha böyük vüsətlə davam etdirilir.
Bununla yanaşı cənab İlham Əliyev ölkəmizin digər bölgələrinin inkişafına da böyük diqqət yetirir. Onun bu istiqamətdə imzaladığı fərman və sərəncamları silsilə xarakter daşıyır. Prezidentin sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapmışdır. Son illər ərzində sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Fevralın 13-də Bakıda "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasiminin keçirilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycanın bütün istiqmətlər üzrə regionların bərabər templə, stabil, dinamik inkişafını hədəfləyir.
Məlumdur ki, bu müəssisə Mingəçevir şəhərinin ərazisində inşa ediləcəkdir. Onu da qeyd edək ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən bu il 100 illik yubileyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev olmuşdur. Bu baxımdan təməlqoyma mərasiminin məhz "Heydər Əliyev ili”ndə keçirilməsinin bir rəmzi mənası da vardır. Belə ki, onun təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən "Azərbaycan” İstilik Elektrk Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu İES 1990-cı ilin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Yeri gəlmişkən, Mingəçevir İES-nın önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.
Bu gün Mingəçevir şəhəri ölkənin ən iri sənaye mərkəzlərindən biridir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən "Azərbaycan” İES və SES silsiləsi ilə yanaşı burada ən müxtəlif profilli sənaye müəssisələri faliyyət göstərir. Lakin keçid dövründə elektroenergetika sahəsinə baxımsız yanaşma və İES-nın istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərbaycan” İES 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, etibarlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Lakin hal-hazırda istismarda olan köhnə nəsil enerji bloklarının faydalı iş əmsalı çox aşağı olduğunu görə onun fəaliyyəti əlavə yanacaq sərfiyyatı və böyük izafi xərclərlə müşayiət olunur. Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərancama əsasən "Azərenerji” ASC tərəfindən burada 1280 meqavat gücündə yeni elektrik stansiyasının tikilməsi barədə qərar da məhz bu səbəbdən irəli gəlir.
Qeyd edək ki, stansiyasının inşasına dünyaca məşhur şirkətlər cəlb olunmuşlar. Layihəyə əsasən, tikintidə İtaliyanın "Ansaldo Energia” və Çinin "Dongfang Electric” şirkətlərinin istehsal etdikləri avadanlıqlardan istifadə olunacaq. Yeni İES Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək və ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə güclənəcək.
Bu müəssisə, şübhəsiz, Avropanın enerji təhlükəsizliyinə və regionda ekoloji problemlərin həllinə də növbəti töhfə olacaq. Belə ki, Azərbaycan öz tələbatından artıq istehsal etdiyi elektrik enerjisini Avropaya nəql etmək imkanı əldə edəcək. Digər tərəfdən, yüksək səmərə yaradan avadanlıqlardan istifadə və yeni texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində böyük həcmdə yanaca qənaət olunacaq ki, bu da Avropaya ötürülən təbii qazın artırilmasını təmin edəcək. Daha bir üstünlük atmosferə zərərli tullantıların minimuma endirilməsidir. Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında Azərbaycanın reallaşdırdığı enerji layihələrinin əhəmiyyətini çox yüksək qiymətləndirmişdir: "…Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik… Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır”.
2025-ci ildə yeni stansiyanın istismara verilməsi ilə Mingəçevir şəhəri bölgənin enerji habına çevriləcək. Şübhəsiz, son illər Azərbaycanın ən sürətlə inkişaf edən regionlarından biri kimi Mingəçevir şəhəri bundan sonra daha cəlbedici bir məkan olacaq. Yeni layihənin reallaşması ilə gənclər şəhəri olan Mingəçevirin yeni, müasir və daha dolğun siması formalaşacaq. İnfrastrukturun təkmilləşməsi və yeni iş yerlərinin açılması əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərəcək, turizm sənayesinin inkişafı üçün münbit şərait yaranacaq. Bir sözlə, təkcə mingəçevirlilər deyil, resbublikamızın bütün əhalisi yeni layihənin yaratdığı imkanlardan bəhrələnə biləcəkdir.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!