“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax rayonunda növbəti filialı istifadəyə verilib
26 Dekabr 2022, 10:17
26 Dekabr
2022
10:17
320
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dekabrın 24-də Qazax rayonunda növbəti filialı açılıb.
İctimai.az xəbər verir ki, bu münasibətlə açılış tədbiri keçirilib. Tədbirdə "LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi idarə heyətinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, "LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbər müavini Aygün Namazova, Mərkəzin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Filialın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Əlamətdar bir gündə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə Qazax filialının istifadəyə verilməsini qürurla qeyd edən T.Paşayeva "LOQOS” ailəsi olaraq ölkə başçısını təbrik edib, ünvanına səmimi arzularını çatdırıb. "LOQOS” ailəsi olaraq fəaliyyətə başladığı ilk gündən dövlətin, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini, öz əməli işləri ilə töhfə verməyə çalışdıqlarını qeyd edib. Qazax filialının açılmasından söz açan Mərkəz rəhbəri burada yaşayan sakinlərə psixoloji dəstəklə yanaşı, Qazaxdan olan peşəkar kadrların hazırlanması sahəsində də töhfə vermək olduğunu söyləyib. Gələcək fəaliyyətlərində filialın əməkdaşlarına uğurlar arzulayıb. Qazaxda aparılan quruculuq işlərindən söz açan T.Paşayeva bu işlər sayəsində Qazaxın nümunəvi bölgələrdən birinə çevrildiyini söyləyib və buna görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına tarixi Qələbə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə qazaxlılar, ziyalılar adından təbrik edib, ünvanına xoş arzularını səsləndirib. Yeni fəaliyyətə başlayan "LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb, rayonda belə bir Mərkəzin açılmasına görə "LOQOS” ailəsinə minnətdarlığını bildirib.
Müavin Aygün Namazova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, "LOQOS” ailəsini Qazaxda sayca 11-ci filialını açması münasibətilə təbrik edib, filialın kollektivinə uğurlar arzulayıb.
"LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının rəhbəri Günay Hüseynova çıxış edərək səmimi ürək sözlərini bölüşüb, rəhbərlik etdiyi filialın digər filiallar kimi hər zaman nümunəvi olması, "LOQOS” ailəsinin adına uyğun şəkildə fəaliyyət göstərməsi üçün böyük səylə çalışacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsindən söz açan G.Hüseynova müharibədən 2 il ötməsinə baxmayaraq "LOQOS” ailəsi olaraq şəhid ailələrinə, qazilərimizə daim dəstək göstərdiklərini söyləyib. Açılış münasibətilə Qazax filialında 1 ay müddətində konsultasiyaların ödənişsiz şəkildə olacağını qeyd edib.
Sonra tədbir iştirakçıları filialda yaradılan şəraitlə tanış olublar. Sonda açılış münasibətilə tort kəsilib, uşaqlara hədiyyə təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, 2014-cü ildən etibarən fəaliyyətə başlayan, ölkəmizin ən böyük psixologiya mərkəzi olan "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq 8 ildir ki, vətəndaşlarımızın xidmətindədir. Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyubütünləmə və digər sahələrdə yüksək səviyyəli kompleks iş aparır. Hər bir Mərkəzdə ali təhsilli, peşəkar, təcrübəli, klinik psixoloq, psixoloq, psixopedaqoq, loqoped, psixoterapevt, refleksoloq, idman mütəxəssisləri çalışır və Azərbaycanın ən böyük psixoloji Mərkəzlərindən biri kimi vahid ailə şəklində fəaliyyətini davam etdirir.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar