“Ölkəmizdə siyasi dialoq mühitinin bütün elementləri var” - DEPUTAT

“Ölkəmizdə siyasi dialoq mühitinin bütün elementləri var” - DEPUTAT


"Siyasi dialoq siyasi sistemin təkmilləşməsi üçün tələb olunan vacib nüanslardan biridir və həmin haqqında danışdığımız siyasi dialoq mühitinin bütün elementləri ölkəmizdə var. – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Siyasi Partiyalar haqqında” yeni qanunun qəbulundan sonra isə dialoq formatının genişlənməsi üçün daha da münbit zəmin yaranıb. Hazırda Partiyalar üçün bütün şərait var. Dövlət üzərinə düşən hər şeyi edir. Siyasi təsisatlar öz hərəkətlərində, təşəbbüslərində tam müstəqildir. Ona görə də qarşıdakı seçkilərdə siyasi partiyalar özlərini tam ifadə edə biləcək və demokratiyanın imkanlarından maksimum bəhrələnəcəklər.

Xəbər lenti