Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı başa çatdı - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə könüllülərlə iş sahəsində çalışan əməkdaşların bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi, peşəkarlıqlarının artırılması, eləcə də müvafiq sertifikasiyadan keçirilməsi məqsədilə baş tutan Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı yekunlaşdı.
AKTİ-yə üzv olan könüllü təşkilatlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxslərinin cəlb olunduğu proqram çərçivəsində ümumilikdə 44 əməkdaş və 6 təlimçinin iştirakı ilə müxtəlif istiqamətli təlim sessiyaları baş tutub.
Proqramın ilk günündə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, Formula 1 könüllülərinin koordinatoru Tural Hümbətov və Bakı Şəhər Halqasının İşçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərovun təqdimatında müvafiq olaraq "Könüllülüyün qanunvericilik üzrə əsasları”, "Könüllülərin cəlb olunması və saxlanması” və "Kütləvi tədbirlərdə könüllülük sisteminin qurulması” təlimləri baş tutub.
Növbəti gün Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavinləri Canoğlan İlyasov və Ruslan Mirzəliyevin təqdimatında "Azərbaycanın gənclər siyasəti”, "Könüllülərin komanda işinin qurulması”, "Könüllülərin seçim prosesinin aparılması” təlimləri baş tutub və iştirakçıların praktiki biliklərinin möhkəmləndirilməsi məqsədilə bir sıra komanda oyunları təşkil edilib.
Proqramın sonuncu günündə iştirakçıların əldə etdikləri biliklərin yoxlanılması və sertifikasiyanın həyata keçirilməsi məqsədilə imtahan prosesi baş tutub. Yekun nəticələrə uyğun olaraq əməkdaşlar könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və iştirakçı sertifikatları ilə təltif olunublar. Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyəti çərçivəsində könüllülərin fərdi və peşəkar inkişafı istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd ediblər. İlk dəfə könüllülərlə iş sahəsində çalışan əməkdaşlar üçün keçirilən proqramın olduqca uğurlu təşəbbüs olduğunu bildirən qonaqlar bu tip layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda proqram iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO